31/05/2025
Yeni Azərbaycan Partiyası/ New Azerbaijan Party İsmayıllı rayon təşkilatının sədri.
31/05/2025
19/01/2025
Tarix unudarmı Dağüstü parkda
Qardaşlıq məzarı qazılan günü?!
Qırmızı Ordunun qara əməli
Qara hərflərlə yazılan günü!!!!!
30/12/2024
30/12/2024
Hər biriniz qəhrəmansınız!
26/09/2024
Qarabağın göylərindən Cənnətə yol salanlar, ruhunuz şad olsun. Sizin canınız və qanınız bahasına bu Vətən bütöv oldu. Azərbaycan kimi müqəddəs və əbədisiniz. Şənini vəsf etdiyimiz, ulduzunu, ayını göydə mələklərin öpdüyü, Zəfərimin sancağı olan üç boyalı bayrağımın Qarabağda dikəldiyi hər yer sizin qanınızın axdığı, ruhunuzun Cənnətə ucaldığı müqəddəs məkandır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik!
10/04/2024
Əziz dostlar! Hər birinizi Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bayramınız mübarək!
20/03/2024
Novruz bayramı süfrənizə ruzi-bərəkət, qəlbinizə xoş hisslər, sevinc gətirsin.
Bayramınız mübarək!
10/03/2024
Əziz müsəlman bacı və qardaşlar!
İslamda ilin ayları arasında Ramazan ayı müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar. Çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olmuşdur.
Bu ay hər kəsə sağlamlıq, bol ruzi-bərəkət və əmin-amanlıq gətirsin.
"Xoş gəldin, Ramazan!"
Allah orucunuzu qəbul etsin!