Ağcabədi DSMF

Ağcabədi DSMF

Share

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ YANINDA DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNUN AĞCABƏDİ RAYON ŞÖBƏSİ

02/07/2020

Prezident İlham Əliyevin müvafiq Fərmanları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olmaqla Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsləri yaradılıb və Nizamnamələri təsdiqlənib.

Nazirlik yanında müvafiq qurumların bazasında yeni publik hüquqi şəxslərin yaradılması həmin qurumların fəaliyyətində inzibati idarəçilikdən əhaliyə xidmət modelinə keçidi, onların daha çox ictimai əhəmiyyətli və vətəndaşların sosial məsələlərinin praktik müstəvidə operativ həllinə yönəlik funksiyalarının genişlənməsini təmin edəcək.

Ətraflı: http://sosial.gov.az/post_352942

Photos from Ağcabədi DSMF's post 15/04/2020

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinin Sosial xidmət sektorunun əməkdaşları vasitəsi ilə 207 nəfər tənha, ahıl və əlil vətəndaşlara ərzaq yardımı edilmişdir.

11/04/2020

Ünvanlı sosial yardım alan ailə üzvlərinin sayı son 10 gündə
40 min nəfər artıb

Aztəminatlı ailələrə dövlət dəstəyinin gücləndirilməsi tədbirləri ünvanlı dövlət sosial yardımı proqramı çərçivəsində də davam etdirilir və proqramın əhatə dairəsi genişləndirilir.

Son 10 gündə ünvanlı yardım alan ailələrin sayı 14 faiz və ya 9500 ailə artaraq 78 min 500-ə çatıb, yardım alan ailə üzvlərinin sayı isə 40 min nəfər artaraq 330 mini ötüb.
Eyni zamanda, ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti xüsusi karantin rejimi müddətində bitmiş ailələrə bu yardımın verilməsi müddəti uzadılıb.

Hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği də artıb. 2020-ci ilin əvvəli ilə müqayisədə bu məbləğ 10 faizədək artaraq 222 manatı ötüb.

11/04/2020
11/04/2020

Nazirdən əhaliyə pul yardımı ilə bağlı ŞAD XƏBƏR 10/04/2020

Nazirdən əhaliyə pul yardımı ilə bağlı ŞAD XƏBƏR Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı pandemiyanın milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, sosial ist...

06/04/2020

📢İşsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.

İşsiz kimi qeydiyyata alınmaq və ya birdəfəlik ödəməni (190 manat) almaq üçün karantin rejimini pozub evdən çıxaraq Məşğulluq Mərkəzlərinə müraciət etmələrinə heç bir ehtiyac yoxdur. Xüsusi karantin rejimi ilə əlaqədar hazırda mərkəzlərdə vətəndaş qəbulu da həyata keçirilmir.

Ətraflı: http://sosial.gov.az/post/3318

Koronavirusdan zərər çəkən sektorlara dəstək proqramları hazırlanacaq 25/03/2020

Koronavirusdan zərər çəkən sektorlara dəstək proqramları hazırlanacaq “İş yerləri məsələsi ilə bağlı dövlət strukturlarında müvafiq addımlar atılıb. Burada iş yerləri maksimum qorunacaq, ixtisarlar olmayacaq. Özəl sektor işçiləri ilə əlaqədar isə dövlət tərəfindən çoxsaylı dəstək tədbirləri hazırlanır”. “Report” xəbər ...

Photos from Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi's post 16/02/2020
Want your business to be the top-listed Government Service in Aghjabädi?

Click here to claim your Sponsored Listing.

Location

Address

Heydər Əliyev Pr
Aghjabädi
0400

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00