19/05/2026
Bu gün Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaranmasından 4 il ötür.
HEQT Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 19 may 2022-ci il tarixli 1685 nömrəli Fərmanı ilə yaradılıb.
Ötən 4 il ərzində Mərkəz normativ hüquqi aktların keyfiyyətinin artırılması, hüquqi ekspertizanın aparılması və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində uğurla fəaliyyət göstərib.
HEQT Mərkəzi olaraq gələcək fəaliyyətimizdə də peşəkar yanaşmamızı qoruyub saxlayaraq nizamnaməmizdən irəli gələn vəzifələri uğurla icra edəcəyimizə və daha böyük nailiyyətlərə imza atacağımıza inanırıq.
14/05/2026
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru “Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının təqdimat mərasimində iştirak edib
Ətraflı: https://heqt.gov.az/az/news/view/210
13/05/2026
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş dəyirmi masada iştirak edib
Ətraflı: https://heqt.gov.az/az/news/view/209
10/05/2026
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi dərin hörmət və ehtiramla anırıq!
09/05/2026
9 May – Faşizm üzərində Qələbə Günüdür.
07/05/2026
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin təşəbbüsü ilə yaradılan “E-Hüquqşünas” hüquq məlumat portalının rəsmi təqdimat mərasimi keçirilib
Ətraflı: https://heqt.gov.az/az/news/view/208
28/04/2026
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşı Moldovada keçirilən konfransda iştirak edib
Ətraflı: https://heqt.gov.az/az/news/view/207
27/04/2026
Publik hüququn ekspertizası şöbəsinin müdiri Ofelya Bayramlı Avropa Şurasının ölkəmizdəki nümayəndəliyi tərəfindən keçirilən “Rəqəmsal mühit də daxil olmaqla Azərbaycanda uşaqların zorakılıq, cinsi istismar və cinsi sui-istifadədən müdafiəsi” layihəsi çərçivəsində baş tutan dəyirmi masada iştirak edib.
“Barnahus modeli: ədalət, qayğı və uşaq hüquqlarının inteqrasiyası” mövzusunda keçirilən uşaqların zorakılıqdan, cinsi istismar və sui-istifadədən qorunmasına həsr olunmuş dəyirmi masada beynəlxalq və yerli ekspertlərin mövzu ilə bağlı çıxışları dinlənilib.
Tədbir çərçivəsində Barnahus modelinin mahiyyəti, uşaqyönümlü yanaşma əsasında beynəlxalq və Avropa standartlarının tətbiqi, Azərbaycanda uşaqlara qarşı zorakılıq və cinsi istismar hallarına qarşı mübarizə üzrə mövcud milli hüquqi çərçivə, eləcə də modelin müxtəlif ölkələrdə praktik tətbiqi üzrə təcrübələr müzakirə olunub.
24/04/2026
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktorunun müavini hüquqşünas alimlərin 70 illik yubiley tədbirində iştirak edib
Ətraflı: https://heqt.gov.az/az/news/view/206
20/04/2026
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təşkil olunan növbəti təcrübə proqramı başa çatıb
Ətraflı: https://www.heqt.gov.az/az/news/view/205
14/04/2026
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin
Müşahidə Şurasının növbəti iclası keçirilib
Ətraflı: https://heqt.gov.az/az/news/view/204