30/05/2026
“Bir Təbəssüm” Vətənpərvərliyin Təbliğinə Yardım İctimai Birliyinin üzvləri “Qarabağ Mədəniyyət Xəritəsi – Hər rayonun öz səsi” festivalı çərçivəsində təşkil olunan Qarabağ Mədəniyyət Sərgisində iştirak ediblər.
Tədbirdə Qarabağın zəngin mədəni irsi, xalçaçılıq nümunələri, ənənəvi sənətkarlıq sərgiləri, milli mətbəx təqdimatları və müxtəlif mədəni fəaliyyətlərlə yaxından tanış olublar.
27/05/2026
28 May - Azərbaycanın Müstəqillik Günü 🇦🇿
21/05/2026
Bir Təbəssüm Vətənpərvərliyin Təbliğinə Yardım İctimai Birliyinin Baş katibi Şahin Məmmədli və birliyimizin üzvü Turqut Həsənli WUF13 tədbiri çərçivəsində təşkil olunan tədbirlərdə iştirak ediblər.
Bu çərçivədə onlar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Rezonans” Gənclərin İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənclərin inklüziv şəhər təşəbbüsləri” layihəsinin açılış tədbirinə qatılıblar.
Tədbirdə inklüziv şəhər imkanları, şəhərsalma və ekoloji məsələlər üzrə çıxışlar dinlənilib, iştirakçılarla fikir mübadiləsi aparılıb.
16/05/2026
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu çərçivəsində keçirilən tədbirdə
“Bir Təbəssüm” Vətənpərvərliyin Təbliğinə Yardım İctimai Birliyini Baş katib Şahin Məmmədli təmsil edib.
Forum zamanı türk dünyasında vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın inkişafı, qarşılıqlı təcrübə mübadiləsi və ortaq fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb.
14/05/2026
“Bakı Şəhərsalma Həftəsi” çərçivəsində “Gülüstan Sarayı”nda keçirilən Qlobal Cənub QHT Platformasının (GSNP) I Baş Assambleyasında “Bir Təbəssüm” Vətənpərvərliyin Təbliğinə Yardım İctimai Birliyini Daxili Nəzarət Komitəsinin rəhbəri Zeynəb Qiyasova təmsil edib.
Baş Assambleya çərçivəsində qlobal əməkdaşlıq perspektivləri, beynəlxalq tərəfdaşlıq münasibətlərinin inkişafı və Qlobal Cənub platformalarının gələcək fəaliyyət istiqamətləri ətrafında geniş müzakirələr aparılıb.
Sonda Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva ilə xatirə şəkli çəkdirilmişdir.
11/05/2026
“Bir Təbəssüm” Vətənpərvərliyin Təbliğinə Yardım İctimai Birliyinin sədri İbrahim İbrahimli Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə WUF13 platforması çərçivəsində keçirilən onlayn məlumatlandırıcı sessiyada iştirak edib.
Sessiyada WUF13 çərçivəsində əməkdaşlıq imkanları, beynəlxalq iştirak və təşkilatlararası koordinasiya məsələləri müzakirə olunub.
10/05/2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Bir Təbəssüm” Vətənpərvərliyin Təbliğinə Yardım İctimai Birliyi və BUTA Gənclərin Həmrəylik Dərnəyinin nümayəndələri Türkiyənin Ankara şəhərində Ulu Öndərin abidəsini ziyarət ediblər.
Anım mərasimi zamanı iştirakçılar Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli birliyin qorunması və müstəqil Azərbaycanın inkişafı istiqamətindəki misilsiz xidmətlərini ehtiramla yad edərək, abidə önünə gül dəstələri düzüblər.
09/05/2026
10 may müasir Azərbaycanın memarı, xalqımızın milli birlik və dövlətçilik ideyalarının banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
Ulu Öndərin müəyyən etdiyi siyasi kurs, milli-mənəvi dəyərlərə bağlılıq və vətənpərvərlik prinsipləri bu gün də gənclər üçün örnək olmaqda davam edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu strateji yol uğurla davam etdirilir.
“Bir Təbəssüm” Vətənpərvərliyin Təbliğinə Yardım İctimai Birliyi olaraq, Azərbaycan dövlətçiliyinin inkişafında misilsiz xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
29/04/2026
“Bir Təbəssüm” Vətənpərvərliyin Təbliğinə Yardım İctimai Birliyinin təşkilatçılığı və TrainBrain-in məkan dəstəyi ilə gənclər üçün növbəti maarifləndirici görüş uğurla baş tutdu.
“Gəncliyin səsi, dövlətin nəbzi” mövzusunda keçirilən görüşün qonağı AK Parti Bursa millət vəkili Osman Mesten oldu.
Tədbir çərçivəsində gənclərin dövlət idarəçiliyində rolu, müasir dövrdə gənclik siyasətinin prioritetləri barədə ətraflı fikir mübadiləsi aparıldı.
Sonda iştirakçılarla xatirə şəkli çəkdirildi.
29/04/2026
“Bir Təbəssüm” Vətənpərvərliyin Təbliğinə Yardım İctimai Birliyinin təşkilatçılığı və TrainBrain-in məkan dəstəyi ilə gənclər üçün növbəti maarifləndirici görüş keçiriləcək.
“Gəncliyin səsi, dövlətin nəbzi” mövzusunda baş tutacaq görüşün qonağı AK Parti Bursa millət vəkili Osman Mesten olacaq.
Tədbir çərçivəsində gənclərin dövlət idarəçiliyində rolu, müasir dövrdə gənclik siyasətinin prioritetləri barədə ətraflı fikir mübadiləsi aparılacaq.
📅 Tarix: 29 Aprel
⏰ Saat: 11:00
📍 Məkan: Əhməd Rəcəbli, Çinar Park Biznes Mərkəzi, bina 2, ofis 411