Ekopost
Bu səhifədə ölkəmizin və planetimizin ekoloji problemlərindən və həlli yolları barədə paylaşım edirik
22/11/2025
Bakı şəhər, Xətai rayonunda Sabit Orucov küçəsində ağaclar bu formada səkinin insanlar üçün əlçatanlığına mane olur. Əlbəttə yaşıllıq tərəfdarıyıq, amma insanları təhlükəyə ataraq onları ağaclara qarşı aqressiv edəcək davranışlara qarşıyıq.
Kəlbəcərdə bir kameraya düşən fərqli növlər
Təbiətin, dağların, göllərin, meşələrin təmizliyinə həmişə önəm verən dostumuz Rusif Zamanov hörmət və sayğı ilə anırıq🙏
Ruhun şad olsun böyük qəlbli, mübarək əməlli təbiət aşiqi ⚘️⚘️💚
23/09/2025
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkərandakı məşhur Haftoni meşəsində icarə müqaviləsinin şərtlərinə zidd olaraq 100 hektar ərazidə bağ salan şəxsin müqaviləsinə xitam verilməsi iddiasına Ali Məhkəmədə baxılıb.
Məhkəmənin qərarına əsasən, adıçəkilən şəxs 100 hektar meşə sahəsini geri qaytarmalıdır.
Qeyd edək ki, bir müddətdir “Ecofront” Haftoni meşəsinin məhv edilməsinə qarşı kampaniya aparırdı. Onların mübarizə apardığı Raqib Məmmədov Lənkərandakı asfalt zavodunun sahibidir və “Asfalt Raqib” adı ilə tanınır.
(c) Ecofront
08/09/2025
Çox p*s xəbər oldu bu😥
🇮🇷 İranın Qərbi Azərbaycan vilayətində yerləşən Urmiya gölü tamamilə quruyub.
Click here to claim your Sponsored Listing.
