20/03/2025
Əziz həmvətlərimiz, Baharın gəlişi yurdumuza təravət, səadət, xoşbəxtlik gətirsin.Evlərinizdə ruzi-bərəkətiniz bol olsun.
Hər birinizə uzun ömür, can sağlığı arzu edirik.
"Novruz" bayramınız mübarək !
08/03/2025
Dünyanın ən dəyərli xanımlarının Azərbaycan xanımları olması danılmaz faktdır.
Əziz xanımlarımız, "8 Mart" Beynalxalq Qadınlar Bayramı münasibəti ilə hər birinizi ürəkdən təbrik edirik.
Sizlərə tanrı neməti olan uzun ömür, can sağlığı və ailə səadəti arzulayırıq.
BAYRAMINIZ MÜBARƏK !
06/03/2025
1955-ci ilin bu günü son nəfəsində
"Azərbaycan,Azərbaycan,Azərbaycan" deyərək əbədiyyətə qovuşan Məhəmməd Əmin Rəsulzadənin vəfatından 70 il ötür.
Xalqımıza cümhuriyyətin, demokratiyanın hisslərini yaşadan, tamını daddıran Ulu Öndər qəlbimizdə yaşayır və əbədi yaşayacaq.
Hörmət və ehtiramla anırıq !
20/01/2025
35 il öncə vəhşi, imperialist Sovet Sosialist respublikasının rəhbərliyi Azərbaycan xalqının başına növbəti faciəni gətirdi.
Əliyalın xalqın üzərinə iyirmi minlik ordu ilə yürüdü və 1990-cı il Yanvar ayının 19-undan 20-sinə keçən gecə müstəqillik üçün can atan ölkəmizin paytaxtını günahsız insanların qanına boyadı.
Bu qətliam qərarı Sovet rəhbərliyinin xəbəri olmadan verilə bilməzdi.
İllər ötsə də , SSR-nin varisi olan Rusiya imperiyası hələ də xalqlmıza qarşı eyni məkrli mövqedədir.
Allah şəhidlərimizə rəhmət eləsin.
SÜXH İdarə Heyəti
20.01.2025
08/11/2024
Bu gün qələbə günümüzdür.
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, sağlımlığını itirən qazilərimizə əbədi minnətdarlıq borcumuz var.
Şanlı Azərbaycan ordusunun bütün zabit və əsgər heyətinə bu günü bizə bəxş etdikləri üçün təşəkkür edirik.
Yaşasın Azərbaycanımız !
Bayramınız Mübarək !
29/10/2024
Türkiyə Cümhuriyyətinin 101 yaşı tamam olur.
Öndər Qazi Mustafa Kamal Paşa Atatürk və dostları cümhuriyyətin təməlini qoyaraq bu günki Türkiyəmizi gələcək nəsillərə ötürməyə nail olmuşlar.
Mənim ikinci ana vətənim, qürurum , canım Türkiyəm , dünya yaşadıqca yaşa !
Cümhuriyyətin Mübarək !
27/10/2024
Dəyərli həmvətənlərim ,
bir neçə gündür "Ev dustaqlığı" na buraxılmışam.
Səhhətimdə yaranan problemlərdən dolayı paylaşımı gec etməli oldum.
UCA millətimdən ayrı düşdüyüm müddətdə, sözün əsl mənasında dəstək olan , əməyi keçən "Bəlli" dostlarıma xüsusi təşəkkür edirəm.
Hazırda formadayam , gümraham , özümü daha da güclü hiss edirəm.
Dik qamətimi yalnız Allahın qarşısında əyə bilərəm.Buna kimsənin şübhəsi olmasın.
Yola davam !
Ramin Əliyev
22/10/2024
Respublikamızın paytaxtı Bakı şəhərinin yaxın günlərdə COP-29-a ev sahibliyi edəcəyi hərkəsə məlumdur.
Yarıtmaz şəhərsalma fəaliyyəti nəticəsində baş verən "Subasma" olayı bir daha sübut edir ki, vəzifə və kreslosundan yapışan bütün iqtidar nümayəndələri bu illər ərzində pul yığmaqla, büdcəni talamaqla məşğul olub.
Hakim rejimin illərdir xalqa sırıdğı " Təmiz Bakı " layihəsi, dünən və bu gün yağan yağışın yaratdığı gölməçələrə yəni , suya düşdü.
Bakı şəhərinin kanalizasiya problemləri illərdir ki, kosmetik təmir olunur.Səbəbi isə monopolist tikinti şirkətlərinin, rejimə bağlı biznes adamlarının hər tində bina, obyekt, profaktoriya ucaltmasıdır.
Nə qədər ki, korrupsioner idarəetmə sistemi hökm sürəcək, dəyişən heçnə olmayacaq.
Qanun da , cərimə də kasıb xalq üçün nəzərdə tutulub.
Sabunçu rayon ərazisində yerləşən yol ötürücüsünün yağış suları ilə dolması nəticəsində iki nəfər boğularaq(müxtəlif xəbər mənbələrində tirajlanıb) dünyasını dəyişib.Bu hadisə həm ölkəmiz, həm də idarəçilik adına utanc verici olaydır.
Məsuliyyət daşıyan şəxslərin isə cəzalandırılması utopiyadan başqa birşey deyil.
Yəni, müxtəlif bəhanələr gətiriləcək, qurbanlıq günahkarlar seçiləcək.
Həyatını itirən şəxslərin ailələrinə və yaxınlarına hərəkatımızın İdarə Heyəti adından başsağlığı diləyirik.
Allah rəhmət eləsin !
19/10/2024
Yer üzündə bütün dinlər azaddır.Ən sonuncu din " İslam " , son müqəddəs səmavi kitab "Qurani-Kərim ", son elçi isə Allahın Rəsulu Məhəmməd Peyğmbərdir(S.Ə.S).
"Qurani-Kərim" kimi , " Tövrat "-da Uca Allahın göndərdiyi müqəddəs müəccimədir.
Bu gün Fələstin xalqının başına gətirilən soyqrım bütün dinlərə mənsub insanların gözü önündə baş verir.Axı,heç bir din zorakılığı təbliğ etmir.
İsrail dövlətinin əsası 1948-ci ildə Fələstin dövlətinin suveren torpaqlarında qoyulub.Bu addımın özü işğalçılığın qanuniləşməsinə dəlalət edir.
Dost yəhudi xalqı unutmamalıdır ki, A.Hitler Almaniyasının amansız qırğınlarından qurtularaq Fələstin torpaqlarına , Qüdsə pənah gətirmişlər.
Şərlənərək həbs edilmiş Son Ümid Hərəkatının rəhbəri Ramin Əliyev və hərəkatımızın İdarə Heyəti adından Fələstində baş verən insanlıq dramına açıq şəkildə etiraz edirik.
İsrail dövlətinə , İran İslam Respublikasına bağlı "Həmas" , " Hizbullah " (T.Təşkilatı) müqavimət ordularına səslənirik :
- Günahsız, dinc əhalinin şəhid edilməsini dayandırın.Mənfur, siyasi niyyətlərinizi məsum körpələrin qanı bahasına həyata keçirməkdən vaz keçin.
!
!
18/10/2024
18 Oktyabr əbədiyaşar Azərbaycanımızın dövlət müstəqilliyinin bərpası günüdür.
Millət olaraq məhz , bu gün dünya dövlətləri sırasına qoşulmağımızı rəsmiləşdirmişik.
Bütöv Azərbaycan xalqını bu münasibətlə hərəkatımızın İdarə Heyəti adından təbrik edirik.
İnsan hüquq və azadlıqlarının müstəqil olması arzusu ilə müstəqilliyimiz əbədi olsun.
Yaşa ! Yaşa ! Çox Yaşa !
Ey, şanlı Azərbaycan !
09/10/2024
Keçmiş siyasi məhbus, hazırda siyasi sifariş əsasında Gürcüstan respublikasında həbsdə saxlanılan Jurnalist Əfqan Sadıqovun səhhətində çox ciddi problemlər yaranıb.Gürcüstan Miqrasiya Xidmətinin riyakar sifarişi yerinə yetirməsi, göstərişin bir başa Azərbaycan İqtidarından alındığını isbatlayır.
Əfqan Sadıqovun həyati yaşamına real təhlükə yaranıb.
Bunun məsuliyyəti və acı nəticəsi həm Azərbaycan , həm də Gürcüstan hakimiyyətinin birbaşa ayağına yazılacaq.
Hərəkatımızın İdarə Heyəti adından jurnalist Əfqan Sadıqovun dərhal azad edilməsini tələb edirik !
ყოფილ პოლიტპატიმარს, ჟურნალისტ აფგან სადიგოვს, რომელიც ამჟამად საქართველოს რესპუბლიკაში პოლიტიკური დაკვეთის საფუძველზე იმყოფება, ჯანმრთელობის სერიოზული პრობლემები აქვს საქართველოს მიგრაციის სამსახურის მიერ თვალთმაქცური ბრძანების შესრულება მოწმობს, რომ ბრძანება იქნა მიღებული აზერბაიჯანის მთავრობისგან.
აფგან სადიგოვის სიცოცხლეს რეალური საფრთხე ემუქრება.
ამის პასუხისმგებლობა და მწარე შედეგები პირდაპირ აზერბაიჯანისა და საქართველოს ხელისუფლების ფეხებზე დაიწერება.
ჩვენი მოძრაობის მმართველი საბჭოს სახელით მოვითხოვთ ჟურნალისტ აფგან სადიგოვის დაუყოვნებლივ გათავისუფლებას!