Information Communication Technologies Agency

Information Communication Technologies Agency

Share

Azərbaycanın telekommunikasiya və poçt tənzimləyicisi | Azerbaijan's telecom & postal services regulator

01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edir, onlara sağlam, xoşbəxt və qayğısız həyat arzulayırıq.

28/05/2026

🇦🇿 28 May – Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edir, ölkəmizə daim inkişaf, rifah və əmin-amanlıq arzulayırıq.

Müstəqilliyimiz əbədi və sarsılmaz olsun!

27/05/2026

🌙 Qurban bayramınız mübarək!

20/05/2026

📡 WUF13 çərçivəsində radioelektron avadanlıqların etiketlənməsi prosesi davam edir
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) və Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində istifadə olunacaq radioelektron avadanlıqların texniki yoxlanışı və etiketlənməsi həyata keçirilir.
🌍 Beynəlxalq tədbir çərçivəsində:
📶 simsiz cihazların radiotezliklərə uyğunluğu yoxlanılır
🛠 texniki parametrlər qiymətləndirilir
🏷 cihazlar xüsusi etiketlərlə təmin olunur
📊 Mayın 14-dən etibarən:
🎥 yerli və xarici media qurumlarına məxsus
📡 600-ə yaxın radioelektron avadanlıq
uğurla yoxlanılıb və etiketlənib.
⚠️ Media nümayəndələrinin diqqətinə çatdırılır ki, forum ərazisində yalnız texniki yoxlamadan keçmiş və etiketlənmiş cihazların istifadəsinə icazə veriləcək.
📌 Etiketlənmə prosesinin operativ təşkili üçün:
🔹 QR kodun təqdim olunması
🔹 cihazların ayrılmış radiotezliklərə uyğun konfiqurasiya edilməsi
🔹 cihazların işlək və tam şarj edilmiş vəziyyətdə təqdim olunması
xahiş olunur.
📧 Radiospektrin idarə olunması və tezlik ayrılması ilə bağlı suallar [email protected] elektron poçtu vasitəsilə ünvanlana bilər.
🛡 İKTA və DRİ forum çərçivəsində radiospektrin təhlükəsiz, dayanıqlı və səmərəli idarə olunması istiqamətində tədbirləri davam etdirir.
🔗 Daha ətraflı: https://tinyurl.com/3t2xtrym

18/05/2026

📊 2026-cı ilin ilk 4 ayında “E-Şikayət” platformasına 2 585 müraciət daxil olub

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) “E-Şikayət” sistemi vasitəsilə telekommunikasiya və poçt xidmətləri ilə bağlı daxil olan vətəndaş müraciətlərinin təhlili davam etdirilir.

📌 İlk 4 ay ərzində:
📨 ümumilikdə 2 585 müraciət qeydə alınıb
🏢 müraciətlər 92 telekommunikasiya və poçt xidməti təchizatçısını əhatə edib
📅 sistemə gündə orta hesabla 21 şikayət daxil olub

📡 Müraciətlərin bölgüsü:
🌐 41,9% — internet və telefon rabitəsi xidmətləri
📱 30,6% — mobil internet və mobil rabitə xidmətləri
📬 27,5% — poçt rabitəsi xidmətləri

🔍 İnternet xidmətləri üzrə müraciətlər əsasən:
⚠️ xidmətin işləməməsi
📶 xidmət keyfiyyəti
🤝 xidmət təchizatçılarının fəaliyyəti
ilə bağlı olub.

📲 Mobil rabitə xidmətləri üzrə:
🔄 nömrədaşıma
💳 tariflərlə bağlı məsələlər
📞 xidmət keyfiyyəti
üstünlük təşkil edib.

📦 Poçt rabitəsi xidmətlərində isə müraciətlərin:
📭 89,5%-i göndərişlərin gecikdirilməsi, çatdırılmaması və ya itirilməsi
👨‍💼 5,3%-i müştəri xidmətləri
💰 5,2%-i isə ödəniş və texniki məsələlərlə bağlı qeydə alınıb.

📍 Sosial-coğrafi təhlillərə əsasən müraciətlərin:
🏙 55,9%-i Bakı
🏘 5,1%-i Abşeron–Xırdalan
🌆 4,8%-i isə Sumqayıt üzrə olub.

👥 Sistemdən istifadə edən müraciətçilərin:
👨 90,1%-ni kişilər
👩 9,9%-ni qadınlar təşkil edib.

🎯 İKTA tərəfindən aparılan təhlillər xidmət keyfiyyətinin yüksəldilməsi, istehlakçı hüquqlarının qorunması və vətəndaş məmnunluğunun artırılması məqsədilə davam etdirilir.

🔗 Daha ətraflı: https://l1nq.com/uh936lc

Photos from Information Communication Technologies Agency's post 18/05/2026

🌐 Dünya Bankının “B-READY” hesabatı üzrə Yol Xəritəsinin icrası müzakirə olunub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Dünya Bankının “Business Ready (B-READY) 2025” beynəlxalq qiymətləndirməsi çərçivəsində “Kommunal xidmətlər (internet)” indikatoru üzrə 2026-cı il Yol Xəritəsinin icrasına dair müzakirə keçirilib.
🤝 Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qrupunun üzvləri, eləcə də İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nümayəndələri iştirak ediblər.
📊 Təqdim olunan məlumatlara əsasən, Azərbaycan:
🏆 internet xidmətlərinin əməliyyat effektivliyi göstəricisi üzrə 101 ölkə arasında 5-ci yerə,
⚖️ tənzimləyici çərçivə üzrə 17-ci yerə,
🖥 dövlət xidmətləri üzrə isə 27-ci yerə yüksəlib.
📌 Ümumilikdə isə “Kommunal xidmətlər” indikatoru üzrə ölkəmiz 83.05 xal ilə 25-ci mövqedə qərarlaşıb və regionun lider ölkələri sırasında yer alıb.
💡 Tədbirdə:
📡 genişzolaqlı internet infrastrukturunun inkişafı
🔐 kibertəhlükəsizlik və şəbəkə dayanıqlılığı
⚙️ arabağlantı və infrastruktur paylaşımı mexanizmləri
👥 istehlakçı hüquqlarının qorunması
📈 real-time monitorinq və analitika sistemləri
mövzuları ətrafında müzakirələr aparılıb.
🚀 Eyni zamanda:
🔹 “Yeni internet qoşuntusu” (e-connection) xidməti
🔹 “Genişzolaqlı Xəritələndirmə” sistemi
🔹 “Məlumat toplama sistemi”
🔹 NORS (Network Outage Report System) modulu
🔹 milli İXP (Internet Exchange Point) modeli
üzrə həyata keçirilən işlər təqdim olunub.
🎯 Görüş çərçivəsində internet xidmətləri sahəsində şəffaf, ölçülə bilən və istifadəçi mərkəzli idarəetmə modelinin inkişafı üzrə növbəti prioritet istiqamətlər də müzakirə edilib.
🔗 Daha ətraflı: https://l1nq.com/2zvumkp

18/05/2026

🚀 Azərbaycanda internet sürəti artmaqda davam edir!
🌐 “Ookla”nın aprel ayı üzrə “Speedtest Global Index” hesabatına əsasən, ölkəmizdə:
📶 sabit genişzolaqlı internetin median sürəti 91,57 Mb/s
📱 mobil internetin median sürəti isə 94,64 Mb/s təşkil edib.
📈 Son 1 ildə:
⚡ sabit genişzolaqlı internetin sürəti 18,68%
📡 mobil internetin sürəti isə 27,67% artıb.
💡 İnternet sürətində müşahidə olunan yüksəliş:
🖥 rəqəmsal xidmətlərdən istifadənin genişlənməsi
🎓 distant təhsil imkanlarının inkişafı
💼 məsafədən iş modelinin yayılması
🌍 Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin güclənməsi
ilə müşayiət olunur.
📊 Göstəricilər genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla”nın “Speedtest Global Index” hesabatı əsasında təqdim olunur.
🔗 Daha ətraflı: https://l1nq.com/2u9t5ge

Photos from Information Communication Technologies Agency's post 14/05/2026

📮 İKTA nümayəndəsi Ümumdünya Poçt İttifaqının Administrativ Şurasının yaz sessiyasında iştirak edib

🇦🇿 İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) əməkdaşı İsveçrə Konfederasiyasının paytaxtı Bern şəhərində keçirilən Ümumdünya Poçt İttifaqının (UPU) Administrativ Şurasının yaz sessiyasında iştirak edib.

🌍 Sessiya çərçivəsində beynəlxalq poçt sektorunda tənzimləmə mexanizmləri, universal poçt xidmətlərinin inkişafı, rəqəmsallaşma, xidmət keyfiyyətinin artırılması və üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.

💡 Tədbir zamanı poçt rabitəsi sahəsində mövcud çağırışlar, innovativ həllərin tətbiqi və beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı fikir mübadiləsi həyata keçirilib.

🤝 Səfər çərçivəsində müxtəlif ölkələrin tənzimləyici qurumlarının nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib, poçt sektorunda əməkdaşlıq imkanları və gələcək birgə təşəbbüslər müzakirə olunub.

📌 Qeyd edək ki, Azərbaycan ötən ilin sentyabr ayında Dubay şəhərində keçirilmiş 28-ci Ümumdünya Poçt Konqresində Ümumdünya Poçt İttifaqının həm Administrativ Şurasına, həm də Poçt Əməliyyatları Şurasına üzv seçilib.

Photos from Information Communication Technologies Agency's post 13/05/2026

🌐 İKTA-nın nümayəndə heyəti Ankarada keçirilən Tənzimləyici Qurumların Qlobal Simpoziumunda (“GSR-26”) iştirak edib

📍 İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nümayəndə heyəti Ankarada keçirilən və telekommunikasiya sahəsində dünyanın ən nüfuzlu platformalarından hesab olunan “GSR-26” çərçivəsində yüksəksəviyyəli sessiyalara qatılıb.

🤝 Tədbirdə:
📡 rəqəmsal bazarların inkişafı
⚙️ yeni texnologiyaların tənzimlənməsi
📈 xidmət keyfiyyətinin yüksəldilməsi
🌍 regional əməkdaşlığın gücləndirilməsi
mövzuları müzakirə olunub.

💬 Sessiyalar zamanı:
🔐 istehlakçı hüquqlarının qorunması
📊 data əsaslı tənzimləmə modelləri
🌐 internet dayanıqlılığı
🛡 milli rəqəmsal suverenlik
kimi istiqamətlər xüsusi diqqət mərkəzində olub.

📘 Tədbir çərçivəsində qəbul olunan “GSR-26 Best Practice Guidelines” sənədi rəqəmsal bazarlarda çevik, şəffaf və nəticəyönümlü tənzimləmə yanaşmaları üzrə beynəlxalq tövsiyələri özündə birləşdirir.

🚀 İKTA üçün bu platformada iştirak qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və müasir tənzimləmə yanaşmalarının tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır.

🔗 Daha ətraflı: https://tinyurl.com/2pj8ap9f

13/05/2026

📬 İKTA poçt rabitəsi xidmətləri üzrə şikayət indeksini açıqlayıb

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2026-cı ilin birinci rübü üzrə poçt rabitəsi xidmətlərinin şikayət indeksi və müraciətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib.

📊 Hesabat “E-Şikayət” sistemi vasitəsilə poçt rabitəsi operatorları ilə bağlı daxil olmuş müraciətlər əsasında hazırlanıb.

📌 Şikayət indeksi:
⚖️ xidmət keyfiyyətinin qiymətləndirilməsi
🚀 operatorların operativlik səviyyəsinin ölçülməsi
📈 bazar payı və şikayət nisbətinin müqayisəsi əsasında hesablanır

⏱️ Hesabatda operatorların müraciətlərə orta cavablandırma müddəti də əks olunub.

🎯 Məqsəd:
🔍 şəffaflığın artırılması
🤝 ictimai nəzarətin gücləndirilməsi
⭐ xidmət keyfiyyətinin yüksəldilməsi
📡 poçt sahəsində real vəziyyətin qiymətləndirilməsi

📱 Xatırladaq ki, vətəndaşlar poçt rabitəsi xidmətləri ilə bağlı müraciətlərini “mygov” platforması üzərindən fəaliyyət göstərən “E-Şikayət” xidməti vasitəsilə təqdim edə bilərlər.

🔗 Daha ətraflı: https://tinyurl.com/yzsfhufz

Want your business to be the top-listed Government Service in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address

Üzeyir Hacıbəyli 48
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00