Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Share

"Təhsil millətin gələcəyidir" Heydər Əliyev

Photos from Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi's post 02/06/2026

İyunun 2-də elm və təhsil nazirinin müavini İdris İsayev Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini Marat Minibayev ilə görüşüb.

Görüşdə iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və əlaqələrin inkişaf perspektivləri müzakirə olunub, həmçinin təhsilin rəqəmsallaşdırılması sahəsində tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

02/06/2026

📢 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır.

🗓️ Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək.

ℹ️ Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

02/06/2026

Ali təhsil müəssisələrinin tələbələri arasında debat turniri təşkil olunacaq

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlığı çərçivəsində ali təhsil müəssisələrinin tələbələri arasında debat turniri təşkil ediləcək.

Ətraflı - https://shorturl.az/qbTOD

01/06/2026

📢 Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır.

📌 Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 📧[email protected] elektron poçtu vasitəsilə həyata keçirilir.

01/06/2026

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir.

⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq.

Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər.

✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər.

01/06/2026

Elm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək.

📍 Qəbula kimlər yazıla bilər?
Gəncə, Samux və Kəlbəcər sakinləri

📌 Qəbula necə yazılmaq olar?
📞 Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq
💻 Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq
📲 "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək

⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək)
❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir.

01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! 👧🏻🧒🏻🎈

29/05/2026

Azərbaycan regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır. 🇦🇿

Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “OpenAI” arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində 500 mindən çox şagird üçün süni intellekt əsaslı fərdiləşdirilmiş öyrənmə imkanları yaradılacaq.

“Rəqəmsal məktəb” layihəsi çərçivəsində hazırlanacaq platforma şagirdlərin bilik səviyyəsini analiz edəcək, fərdi tapşırıqlar təqdim edəcək və müəllimlər üçün real vaxt statistikaları formalaşdıracaq.

Əməkdaşlıq çərçivəsində həmçinin innovasiya ekosisteminin inkişafı üçün hakatonların, “build days” formatlı tədbirlərin, eləcə də strukturlaşdırılmış tədqiqat üzrə əlaqələrin təşkili nəzərdə tutulur.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23114-1

28/05/2026

Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifələrindən biri olan 28 May – Müstəqillik Günü xalqımızın milli birliyinin və suverenliyinin rəmzidir.

Müstəqilliyimiz daim möhkəm, dövlətimiz güclü olsun!

Müstəqillik Gününüz mübarək!

27/05/2026

Qurban bayramınız mübarək!

Want your business to be the top-listed Government Service in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Xətai Prospekti, 49
Baku
AZ1008

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00