28/02/2025
❗️⚡️ABŞ Prezidenti Donald Tramp Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı daha əvvəl tətbiq edilmiş bəzi sanksiyaların müddətini daha bir il uzadıb.Bu barədə Ağ Evin yaydığı sənədlərdə deyilir.
Söhbət 2014, 2018 və 2022-ci illərdə Vaşinqtonun Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətlərdən gedir.
Tramp vurğulayıb ki, o, bütün bu məhdudlaşdırıcı tədbirlərin 2025-ci ili martın 6-dan sonra da qüvvədə qalmalı olduğu qənaətinə gəlib.
18/02/2024
Adolf Hi**erin qardaşı oğlu Uilyam Patrik Hi**er ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət etmək üçün and içir, 1944-cü il.
Adolf Hi**erin qardaşı Aloisin oğlu 1933-cü ildən başlayaraq yüksək rütbəli əmisindən müdafiə istədi, ancaq Opel zavodunda yer aldı.Adolfu şantaj etdi, ailə sirlərini açmaqla hədələdi. Heç nə əldə edə bilməyən 5 ildən sonra İngiltərəyə, oradan isə ABŞ-a getdi.
08/02/2024
İngiltərənin London şəhərindən olan 12 yaşlı Omari MakKuin dünyanın ən gənc restoran sahibidir. Uşaqlıdan disleksiyadan əziyyət çəkərdi, yəni oxumaq və yazmağı öyrənməkdə çətinlikləri olan Omari 7 yaşında olarkən müəllimlər ondan əlini üzüblər. İllərlə vəziyyət daha da pisləşdiyi və imtahanlardan keçə bilmədiyi üçün atası 5-ci sinifdə oxuyan oğlunu məktəbdən çıxararaq təhsilini evdə davam etdirib. Yemək bişirmək hobbisi olan Omari, özünə youtube kanalı açıb və “YouTube” kanalı tezliklə məşhurlaşıb. Daha sonra isə öz şəxsi restoranını açıb.