28/05/2026
28 May - Müstəqillik Günüdür. 🇦🇿
Xalqımızı bu qürurverici gün münasibətilə təbrik edir, ölkəmizə sülh, rifah, firavanlıq və davamlı inkişaf arzu edirik!
DOST Agentliyinin İdarə Heyətinin sədri Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, iki övladı var.
Fərid Məmmədov 1977-ci ildə Bakı şəhərində anadan olub.
1997-ci ildə Azərbaycan Universitetinin Bank işinin təşkili ixtisası üzrə bakalavr, 1999-cu ildə Azərbaycan Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomları ilə bitirib.
2012-2014-cü illərdə Avstriyanın Vyana İqtisadiyyat Universitetinin İdarəçilik Akademiyasında Layihələrin və pro
28/05/2026
28 May - Müstəqillik Günüdür. 🇦🇿
Xalqımızı bu qürurverici gün münasibətilə təbrik edir, ölkəmizə sülh, rifah, firavanlıq və davamlı inkişaf arzu edirik!
27/05/2026
Qarabağ Regional DOST Mərkəzinin Ağalı "Smart DOST" məntəqəsinin fəaliyyətə başlamasından 4 il ötür. 🎉
Zəngilan rayonunun Ağalı kəndində yerləşən məntəqədə vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə və təminat sahələri üzrə xidmətlər göstərilir.
27/05/2026
Əziz dostlar! 🌙
Müqəddəs Qurban bayramı münasibətilə hər birinizə sağlamlıq, xoşbəxtlik, ruzi-bərəkət və firavanlıq arzulayırıq. Qoy bu əziz bayram evlərinizə sevinc, qəlblərinizə xoş duyğular və birlik gətirsin.
Bayramınız mübarək! ✨
26/05/2026
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.
↪️ https://dost.gov.az/news/1521
25/05/2026
DOST Agentliyinin icra etdiyi əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığını dəstəkləyən Tələbələrin Akselerasiya Proqramı (TAP) çərçivəsində inklüziv məşğulluq və əməkdaşlıq imkanlarına həsr olunmuş dəyirmi masa keçirilib.
Görüşdə dövlət qurumlarının nümayəndələri, işəgötürənlər, tərəfdaş təşkilatlar və proqram iştirakçıları bir araya gəliblər. Tədbirin məqsədi əlilliyi olan gənclərin təcrübə və məşğulluq imkanlarının genişləndirilməsi, həmçinin bu istiqamətdə mövcud potensialın və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.
↪️ https://dost.gov.az/news/1520
20/05/2026
Malta Respublikasının paytaxtı Valletta şəhərində keçirilən 34-cü Avropa Sosial Xidmətlər Konfransında iştirak etməkdən məmnun oldum.
Tədbir çərçivəsində beynəlxalq ekspertlər və tərəfdaş qurumlarla məhsuldar görüşlər keçirdim. O cümlədən, Avropa Sosial Şəbəkəsinin baş icraçı direktoru Alfonso Lara Montero ilə DOST modelinin inkişafı və sosial xidmətlər sahəsində innovativ yanaşmalar barədə faydalı müzakirələr apardıq.
Həmçinin layihə forumunda DOST çərçivəsində fəaliyyət göstərən Vahid Əlaqələndirmə Mərkəzlərinin fəaliyyəti və təcrübəsi ilə bağlı təqdimatla çıxış etdim.
-----
Honored to participate in the 34th European Social Services Conference in Valletta, Malta.
Within the framework of the event, I held productive meetings with international experts and partner organizations, including a valuable discussion with Alfonso Lara Montero, CEO of the European Social Network, on the development of the DOST model and innovative approaches in social services.
I also delivered a presentation at the Project Forum on the activities and experience of the Central Coordination Units within DOST.
13/05/2026
Bu gün DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi ilə bağlı növbəti görüşümüz keçirildi.
Komissiya üzvləri, QHT nümayəndələri və ictimai fəallarla birlikdə 2025-ci ilin nəticələrini və 2026-cı il üzrə əsas hədəfləri müzakirə etdik.
Bu sahədə məqsədimiz əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli müdafiəsinə, xidmətlərə əlçatanlığın və ictimai iştirakçılığın gücləndirilməsinə töhfə verməkdir.
https://dost.gov.az/news/1512
10/05/2026
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzüb.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
➡️ https://sosial.gov.az/az/media/xeberler/emek-ve-ehalinin-sosial-mudafiesi-nazirliyinin-kollektivi-fexri-xiyabanda-ulu-onder-heyder-eliyevin-mezarini-ziyaret-edib-9275
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
Müasir Azərbaycanın qurucusu, dövlətçiliyimizin memarı və xalqımızın yaddaşında silinməz iz qoymuş böyük siyasi xadim - Heydər Əliyevin zəngin irsi bu gün də ölkəmizin inkişaf yoluna işıq saçır.
Dahi şəxsiyyətin Azərbaycanın uğurlu gələcəyi naminə həyata keçirdiyi misilsiz xidmətlər hər zaman dərin hörmət və minnətdarlıqla xatırlanır.