04/06/2026
Bakı şəhər Sabunçu rayon MKS-nin 11 nömrəli kitabxana filialı 259 nömrəli tam orta məktəb ilə birlikdə Azərbaycan ədəbiyyatında çoxəsrlik ənənəsi olan satirik şeirin ən görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabirin anadan olmasının 164-cü ildönümü ilə əlaqədar tədbir keçirib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra məktəblilər ədibin həyat və yaradıcılığı haqqında ətraflı məlumat veriblər.
Tədbirin bədii hissəsində şeirlər, mahnılar səsləndirilib və maarifçi ideyalarının müasir dövrdə də aktuallığını əks etdirən maraqlı səhnəciklər nümayiş etdirilib.
03/06/2026
Bakı şəhər Sabunçu rayon MKS-nin 8 nömrəli kitabxana filialında kitabxana "Nağıl saatı" təşkil edib.
Kitabxanaçılar uşaqlara kitabxanaya daxil olan yeni uşaq kitabları ilə tanış ediblər.
Qeyd edək ki, nağıl saatı uşaqların mütaliə marağının artırılmasında mühüm rol oynayır.
02/06/2026
📚 Antoine de Saint-Exupery -" Küçük prens"
Bu kitab həm uşaqlar, həm də böyüklər üçün yazılıb. Uşaqlar onu maraqlı nağıl kimi oxuyur, böyüklər isə onun dərin fəlsəfi mənalarını kəşf edirlər.
📌 Türk dilində sevən oxucular üçün.
02/06/2026
📚 Hekayələrlə dəyərlər silsiləsi -Yaxşılığı öyrədən hekayələr
Bu kitab yaxşılıqdan bəhs edən hekayələr toplusudur. Hər bir hekayə maraqlı hadisələr, bəzən macəra dolu əhvalatlar vasitəsilə uşaqlara yaxşılıq etməyi, xeyirxah olmağı öyrədir, balacaları bir-birilərinə kömək etməyə çağırır.
02/06/2026
Bakı şəhər Sabunçu rayon MKS-nin 5 nömrəli kitabxana filialı 319 nömrəli körpələr evi-uşaq bağçasında 1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib.
Tədbirdə uşaqlar şeirlər söyləyib, mahnılar ifa edib, müxtəlif əyləncəli oyunlarda iştirak edərək bayram sevincini bölüşüblər.
01/06/2026
Bakı şəhər Sabunçu rayon 7 nömrəli kitabxana filialında Uşaqların Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir “ adlı tədbir keçirilib.
Tədbirdə uşaqlar şeirlər söyləyib, mahnılar oxuyub.
Sonda kiçikyaşlı oxuculara hədiyyələr təqdim olunub.
01/06/2026
İyunun 1-də Bakı şəhər Sabunçu rayon MKS-nin 12 nömrəli kitabxana filialı Ə.Paşayev adına Mədəniyyət evi və X. Vəliyev adına 75 nömrəli tam orta məktəb ilə birlikdə "Uşaqlar-sabahımızın ümidi, həyatımızın rəngidir" adlı tədbir keçirib.
Tədbirdə şeirlər, mahnılar səsləndirilib.
Sonda məktəblilərə hədiyyələr təqdim edilib.
01/06/2026
Bakı şəhər Sabunçu rayon MKS-nin 9 nömrəli kitabxana filialında 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar
"Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar" adlı söhbət keçirilib.
Söhbət zamanı kiçikyaşlı oxucular rəngarəng uşaq kitabları ilə tanış olublar.
Kitabxananın əməkdaşı uşaqları maraqlandıran suallara cavab verib, onlara müxtəlif şeir, nağıl və hekayələr oxuyub.