04/06/2026
Beynəlxalq Əmək Konfransının 114-cü sessiyasında (Cenevrə) iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, nazir Anar Əliyev ölkəmizin Beynəlxalq Əmək Təşkilatının (International Labour Organization) daha bir Konvensiyasına qoşulmasına dair bildirişi Təşkilatın Baş direktoru Jilber Hunqboya təqdim edib.
ℹ️ “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiya bu ilin əvvəlində Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilib.
Sessiya çərçivəsində nazir Anar Əliyev Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhan və Litvanın sosial təminat və əmək naziri Yurate Zaylskyene, BƏT-in Baş direktorunun köməkçisi və kabinetinin rəhbəri Beate Andres, Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Peter van Roy ilə görüşüb.
➡️ https://dost.gov.az/news/1526
03/06/2026
Beynəlxalq Əmək Təşkilatının (International Labour Organization) Cenevrədə (İsveçrə) keçirilən Beynəlxalq Əmək Konfransının 114-cü sessiyasında çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev son illər Azərbaycanda aparılan sosial islahatların uğurlarını diqqətə çatdırıb.
O, Azərbaycanın BƏT-in artıq 60 Konvensiyasına qoşulduğunu, Təşkilatın daha 4 Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiya imkanlarının nəzərdən keçirildiyini bildirib.
ℹ️ Sessiya çərçivəsində nazir Anar Əliyev BƏT-in Baş direktoru Jilber Hunqbo ilə görüşüb. Görüşdə BƏT ilə Azərbaycan arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
➡️ https://dost.gov.az/news/1525
03/06/2026
DOST mərkəzlərində 18 İyun - İnsan Hüquqları Günü ilə əlaqədar elan olunmuş “İnsan hüquqları aylığı” çərçivəsində məlumatlandırma keçirilib.
Mərkəzlərə müraciət edən vətəndaşlara maarifləndirici buklet, flayer və kitabçalar paylanılıb.
Paylanılan maarifləndirici materiallarda uşaq hüquqları, məişət zorakılığı və insan alveri ilə mübarizə kimi mühüm mövzulara toxunulub.
↪️ https://dost.gov.az/news/1524
03/06/2026
🏢 Qarabağ Regional DOST Mərkəzinin Füzuli xidmət məntəqəsində vətəndaşlara əmək münasibətləri sahəsində xidmətlər də göstərilir. Burada işəgötürənə və işçilərə əmək qanunvericiliyinin tətbiqi, elektron əmək müqaviləsinin bağlanılması, onda dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı metodiki kömək göstərilir. Məntəqəyə gələrək məzuniyyət, artıq iş vaxtı, sınaq müddəti, işçilərin ixtisarı, əlavə əmək fəaliyyəti və s. məsələlər haqqında məlumat almaq da mümkündür. ✅
Əmək münasibətləri sahəsində göstərilən xidmətlərlə bağlı ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz. ⤵️
🔗 https://dost.gov.az/services/labor-relations
📍 Füzuli şəhəri, Dəmir Yumruq prospekti, kvartal 5, bina 26
🗓️ Bazar ertəsi - cümə: 09:00-18:00
̈yükQayıdış
01/06/2026
Prezident İlham Əliyev: “Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Biz xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik”.
➡️ https://president.az/az/articles/view/72619