Azersilah Holding CJSC

Azersilah Holding CJSC

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Azersilah Holding CJSC, Public & Government Service, 40 Matbuat Avenue, Baku.

19/01/2026
Photos from Azersilah Holding CJSC's post 19/01/2026

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət ediblər.

Azərbaycan xalqının azadlığı və dövlət müstəqilliyi uğrunda canlarını fəda etmiş Vətən övladlarının məzarları önünə gül dəstələri qoyulub, onların əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

20 Yanvar faciəsi xalqımızın iradəsini, azadlıq əzmini və müstəqillik yolunda göstərdiyi qətiyyəti əks etdirən tarixi bir gündür.

Şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayır.

Photos from Azersilah Holding CJSC's post 13/01/2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Açılış mərasimində Müdafiə sənayesi naziri Vüqar Mustafayev dövlətimizin başçısına müəssisədə yaradılmış müasir istehsal şəraiti, quraşdırılmış yüksək dəqiqlikli texnoloji avadanlıqlar və həyata keçirilən yenidənqurma işləri barədə məlumat verib.

Bildirilib ki, müxtəlif növ hərbi təyinatlı məhsulların istehsalı üçün nəzərdə tutulan zavodda texnoloji xətlərin layihələndirilməsi, istehsal axınlarının qurulması və seriyalı istehsala uyğunlaşdırılması “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin yerli mütəxəssisləri tərəfindən icra olunub. İstehsal proseslərinin milli hərbi-texniki normalara və beynəlxalq keyfiyyət standartlarına uyğunlaşdırılması məqsədilə keyfiyyətə nəzarət laboratoriyası yaradılıb.

Yenidənqurma çərçivəsində zavodun ərazisində yeni istehsalat və köməkçi binalar inşa edilib, mövcud tikililər müasir texnoloji tələblərə uyğunlaşdırılıb, ballistik və resurs sınaqları üçün xüsusi poliqonlar yaradılıb.

06/01/2026

Prezident İlham Əliyevin 5 yanvar 2026-cı il tarixində televiziya müsahibəsində səsləndirdiyi bu fikirlər Azərbaycanın müdafiə sənayesində əldə etdiyi real istehsal və ixrac nəticələrini əks etdirir.
Bu göstəricilər milli müdafiə potensialının planlı və davamlı şəkildə gücləndirildiyini təsdiqləyir.

23/12/2025

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür. Onun qərarlılığı, milli maraqlara əsaslanan mövqeyi və dövlətçilik prinsipinə sadiqliyi Azərbaycanı regional və qlobal səviyyədə daha fəal və nüfuzlu tərəfə çevirib.
Cənab Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, dövlətimizin inkişafı naminə gördüyü işlərdə uğurlar arzulayırıq.

Photos from Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi's post 17/12/2025
16/12/2025

Bu gün Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinin 20 ili tamam olur.

Bu illər ərzində müdafiə sənayesi istehsalda mövcud olan pərakəndə yanaşmadan vahid, əlaqəli və məqsədyönlü sənaye ekosisteminə keçib.
Bu transformasiya planlı inkişafı, koordinasiyanı və texnoloji imkanların sistemli şəkildə formalaşmasını təmin edib.

Bu mühüm yolun hər mərhələsində əməyi olan müdafiə sənayesi əməkdaşlarını Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinin 20 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edir, göstərdikləri peşəkarlığa və fədakar fəaliyyətə görə təşəkkür edirik!

Photos from Azersilah Holding CJSC's post 12/12/2025

Müstəqil Azərbaycan dövlətinin formalaşmasında müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü münasibətilə “Azərsilah” Müdafiə Sənayesi Holdinqi Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Emil İbrahimov və Holdinqin kollektivi Fəxri xiyabanı ziyarət edərək Ulu Öndərin xatirəsini dərin hörmətlə yad edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar.

12/12/2025

Bu gün müasir müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin anım günüdür.
Onun müəyyən etdiyi inkişaf strategiyası, dövlətçilik prinsipləri və milli ideyası bu gün də ölkəmizin yolunu müəyyənləşdirən əsas dayaqlardandır.
Ulu Öndərin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.

Photos from Azersilah Holding CJSC's post 03/12/2025

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti Misirin Qahirə şəhərində keçirilən “EDEX-2025” beynəlxalq müdafiə sərgisində iştirak edir.
Sərgidə 104 adda məhsulumuzu nümayiş etdirərək ölkəmizin müdafiə sənayesinin texnoloji səviyyəsini və istehsal potensialını qlobal auditoriyaya çatdırırıq.
Sərgidə iştirakımız innovasiya yönümlü inkişaf strategiyamızın beynəlxalq səviyyədə tanınmasına yeni imkanlar açır.

Want your business to be the top-listed Government Service in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address

40 Matbuat Avenue
Baku
AZ1141

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00