23/11/2024
“Peşə Təhsilinin İnkişafı Fondu” PHŞ və “TÜV Austria Azərbaycan”MMC arasında əməkdaşlıq.
Peşə Təhsilinin İnkişafı Fondu və TÜV Austria Azərbaycan arasında peşə təhsili sahəsində qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı təşviq etmək niyyəti ilə bu Anlaşma Memorandumu imzalanmışdır.
Memorandumun məqsədi, PTİF və TÜV Austria Azərbaycan arasında peşə təhsilinin inkişafına dəstək vermək, texniki mütəxəssislərin təlim və sertifikatlaşdırılmasını gücləndirmək və Azərbaycanda peşə təhsili sektorunda beynəlxalq standartların tətbiqini təşviq etmək üçün əməkdaşlıq çərçivəsini yaratmaqdır.Bu əməkdaşlıq “TÜV Austria Azərbaycan “MMC-nin beynəlxalq təcrübəsindən faydalanaraq Azərbaycanda peşə təhsilinin inkişafına dəstək verəcək.
22/11/2024
Peşə Təhsilinin İnkişafı Fondu Nizamnaməsinda aşağıdakı fəaliyyət istiqamətləri qeyd olunub
🟤 Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:
•peşə təhsili sahəsinin inkişafına maddi yardım göstərmək;
• peşə təhsili sahəsində gəlirləri peşə təhsili müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsinə yönəltmək;
• peşə təhsilinin inkişafı ilə bağlı dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
• peşə təhsilinin inkişafını təşviq edən mexanizmlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
• peşə təhsili müəssisələrində maliyyə vəziyyətini təhlil etmək;
• peşə təhsili müəssisələrinin gəlirlərinin stimullaşdırılması üzrə təkliflər vermək;
• peşə təhsili müəssisələrində çalışan təhsilverənlərin maddi və sosial rifahının yüksəldilməsi və müvafiq meyarlar əsasında mükafatlandırılması üzrə tədbirlər görmək;
• peşəyönümü işlərinin aparılmasında peşə təhsili müəssisələrinə dəstək vermək.
̇nkişafıfondu
22/11/2024
Peşə təhsilinin vacibliyini göstərən 5 səbəb:
1. İqtisadi inkişaf: Peşə təhsili alan mütəxəssislər iqtisadiyyatın inkişafında mühüm rol oynayır.
2. Praktiki bacarıqların inkişafı: Peşə təhsili tələbələrə konkret iş sahələrində lazım olan praktiki bacarıqları öyrədir. Bu təhsil forması vasitəsilə gənclər iş mühitində uğurla tətbiq edə biləcəkləri dərin biliklər qazanırlar.
3. İş imkanlarının artırılması: Peşə təhsili, xüsusilə texniki və texnoloji sahələrdə, tələbələrə daha geniş iş imkanları yaradır. Peşəkar diploma malik olan şəxslər, iş bazarında daha çox tələb olunur və işə düzəlmək ehtimalları artır.
4. İqtisadi səmərəlilik: Peşə təhsili tələbələrə sürətli və daha əlverişli şəkildə iş tapmaq imkanı yaradır. Bu, onların qısa müddətdə peşəkar həyata başlamasına və gəlir əldə etməsinə imkan verir.
5. İnnovasiya və yaradıcılıq: Peşə təhsili tələbələrin yaradıcılıq potensialını inkişaf etdirir və onları yeni texnologiyalarla tanış edir. Bu, gənclərin yeni və unikal həllər tapmasına şərait yaradır.
̇nkişafıfondu ̇nkişaffondu