31/05/2026
Göygöl rayon Texniki,Təbiət Fənləri Təmayüllü Lisey
Göygöl rayon Texniki,Təbiət Fənləri Təmayüllü Lisey 2007-ci il tarixindən fəaliyyət göstərir.
31/05/2026
26/05/2026
V-VII sinif şagirdləri üçün 31 May tarixində keçiriləcək Lütfizadə adına riyaziyyat-məntiq olimpiadasının və Respublika Fənn Müsabiqəsinin final turunda iştirak hüququ qazanmış 4 nəfər şagirdimizə buraxılış vərəqləri təqdim olundu.
26/05/2026
Rəqəmsal Summativ Qiymətləndirilmə
2025-2026-cı tədris ilinin ikinci yarım ili üzrə Təhsilalanların Attestasiyası Qaydalarına uyğun olaraq TTFT liseydə rəqəmsal Böyük Summativ Qiymətləndirmələrin həyata keçirilməsinə başlanılmışdır. BSQ-nin keçirilmə cədvəlinə əsasən, 26 May tarixində 5a və 7a sinif şagirdlərinin tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə qiymətləndirilməsi təşkil edilmişdir.
Qiymətləndirmə prosesi lisey rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın və fənn müəllimlərinin nəzarəti ilə MS TEAMS platformasında və Classtime proqramında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılmışdır.
26/05/2026
26.05.2026-cı il tarixində TTFT liseyinin VIl A sinif şagirdlərinin may ayında 12 əsas fənn üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilmiş monitorinqin nəticələrinin təhlilinə həsr olunmuş valideyn iclası təşkil edilmişdir.
İclasda liseyin rəhbərliyi, fənn müəllimləri və şagirdlərin valideynləri iştirak etmişdir. Valideynlərə şagirdlərin fərdi nəticələri cavab kartları vasitəsilə təqdim olunmuş, monitorinqin ümumi nəticələri geniş şəkildə təhlil edilmiş, həmçinin tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.
Monitorinqdə yüksək nəticə göstərən şagirdlər təşəkkürnamə ilə təltif olunmuşdur.
26/05/2026
Rəqəmsal Summativ Qiymətləndirilmə
2025-2026-cı tədris ilinin ikinci yarım ili üzrə Təhsilalanların Attestasiyası Qaydalarına uyğun olaraq TTFT liseydə rəqəmsal Böyük Summativ Qiymətləndirmələrin həyata keçirilməsinə başlanılmışdır. BSQ-nin keçirilmə cədvəlinə əsasən, 25 May tarixində 5b və 6a sinif şagirdlərinin tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə qiymətləndirilməsi təşkil edilmişdir. Qiymətləndirmə prosesi lisey rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın və fənn müəllimlərinin nəzarəti ilə MS TEAMS platformasında və Classtime proqramında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılmışdır.
26/05/2026
25.05.2026-cı il tarixində TTFT liseyinin V A və V B sinif şagirdlərinin may ayında 8 əsas fənn üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilmiş monitorinqin nəticələrinin təhlilinə həsr olunmuş valideyn iclası təşkil edilmişdir.
İclasda liseyin rəhbərliyi, fənn müəllimləri və şagirdlərin valideynləri iştirak etmişdir. Valideynlərə şagirdlərin fərdi nəticələri cavab kartları vasitəsilə təqdim olunmuş, monitorinqin ümumi nəticələri geniş şəkildə təhlil edilmiş, həmçinin tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.
İclas protokoluna əsasən, monitorinq nəticələrində keyfiyyət göstəricisi zəif olan riyaziyyat fənni üzrə yay bilet imtahanının keçirilməsi barədə qərar qəbul edilmişdir.
Monitorinqdə yüksək nəticə göstərən şagirdlər təşəkkürnamə ilə təltif olunmuşdur.
26/05/2026
2025–2026-cı tədris ili üzrə IX sinif buraxılış imtahanlarının nəticələrinə əsasən liseyin 17 nəfər məzunundan 10 nəfəri 200 baldan yuxarı nəticə göstərmişdir. Məzunların ümumi orta bal göstəricisi 196 bal olmuşdur.
Fənlər üzrə orta nəticələr aşağıdakı kimidir:
* Azərbaycan dili – 70 bal
* İngilis dili – 70 bal
* Riyaziyyat – 56 bal
1. Musazadə Tahir Arzu – 282 bal
2. Məmmədli Nuray Rövşən – 257 bal
3. Nəcəfov Aftandil Şahmalı – 247 bal
4. Hacıyeva Əsnad Nail – 229 bal
5. Abdullayev Mehdi Aleksandr – 228 bal
6. Vəliyeva Sabirə Fərid – 221 bal
7. Quluzadə Renat Vüqar – 220 bal
8. Allahverdiyev Rəsul Coşqun – 212 bal
9. Rzalı Şahzadə Ceyhun – 203 bal
10. Quliyeva Zəhra Çingiz – 201 bal
Əldə olunan uğurlu nəticələr münasibətilə Azərbaycan dili fənn müəllimi Yeganə Əhmədovanı, ingilis dili fənn müəllimi Yeganə Qubanovanı, riyaziyyat fənn müəllimi Şəfəq Aslanovanı və məzunlarımızı təbrik edir, gələcək təhsil həyatlarında uğurlar və yeni nailiyyətlər arzulayırıq.
25/05/2026
Tarix fənn aylığı çərçivəsində liseyin tarix müəllimi Könül Kazımova tərəfindən 8 a sinfində Azərbaycan tarixi fənni üzrə Şah I Abbas, Şah I Təhmasib, Ağa Məhəmməd şah Qacar və Nadir şah Əfşar kimi görkəmli tarixi şəxsiyyətlər haqqında tədqiqat işi aparıldı. Şagirdlər hökmdarların fəaliyyəti, həyata keçirdikləri islahatlar, döyüşlər və Azərbaycan tarixindəki rolları barədə araşdırmalar təqdim etdilər. Tədqiqat işi şagirdlərin tarixə marağının artırılması və araşdırma bacarıqlarının inkişaf etdirilməsi baxımından faydalı oldu.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
Göygöl
AZE02500
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
