02/06/2026
Hörmətli professor - müəllim və tələbə heyəti sizləri Meliorasiya və hidrotexniki qurğular kafedrası müəllimləri tərəfindən işlənib hazırlanan 3 yeni dərs vəsaitinin təqdimatına dəvət edirik!
📅 Tarix: 4 İyun 2026-cı il
🕒 Saat: 15:00
📍 Məkan: Kitabxana və İnformasiya Mərkəzi
28/05/2026
28 May - Müstəqillik Günü🇦🇿
26/05/2026
Müqəddəs Qurban Bayramınız mübarək!
10/05/2026
Dahi şəxsiyyət, uzaqgörən lider, Azərbaycan dövlətçiliyinin banisi, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edirik!
08/05/2026
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsində Kitabxana və İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Böyük zəfərin memarı” adlı tədbir təşkil olunub.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Mühəndislik fakültəsinin dekanı Təvəkgül İslamov çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin iqtisadi və sosial inkişafı, xüsusilə təhsil və sənaye sahələrinin formalaşdırılması istiqamətində göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. Bildirilib ki, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün də uğurla davam etdirilir.
Tədbirdə çıxış edən İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən danışıb. O qeyd edib ki, dahi şəxsiyyətin bütün fəaliyyətinin əsasında xalqımızın parlaq gələcəyi, Azərbaycanın müstəqilliyinin qorunması və qüdrətli dövlət kimi inkişafının təmin olunması dayanıb.
Daha sonra İnformasiya texnologiyaları kafedrasının müdiri Zakir Hüseynov, İctimai fənlər kafedrasının baş müəllimi Türkan Əhmədova və Kitabxana və İnformasiya Mərkəzinin direktoru Kamil Məmişov çıxış edərək Ümummilli Liderin zəngin siyasi irsindən, gənclərə göstərdiyi diqqət və qayğıdan, milli-mənəvi dəyərlərin qorunmasında oynadığı mühüm roldan bəhs ediblər. Vurğulanıb ki, Heydər Əliyevin ideyaları müasir Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm əhəmiyyət daşıyır.
04/05/2026
İmtahanlar davam edir, amma motivasiya hələ də yüksəkdir ⏳📖
Kitabxanamızın oxucuları dayanmağı düşünmür.
Aralıq qiymətləndirmədə uğurlar!
27/04/2026
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Biologiya kafedrasının əməkdaşları tərəfindən nəşr olunan yeni kitabların təqdimatı keçirilib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Müəlliflər İlahə Əliyeva, Aybəniz Hüseynovanın "Geobotanikanın əsasları" adlı dərs vəsaiti həm bakalavr, həm də magistr tələbələri üçün nəzərdə tutulub.
Çıxış edən Elm və İnnovasiya Departamentinin müdiri Elçin Nəsirov təqdim olunan dərs vəsaitinin bitkilərin məkan və zaman üzrə qanunauyğunluqlarını müəyyən edən səbəbləri aşkar edib, bu istiqamətdə elmi ədəbiyyat fondunun genişləndirilməsinə, dəsrsliyin xüsusilə magistrantlar üçün qiymətli mənbə olduğunu bildirərək, müəlliflərə uğurlar arzu edib.
Digər çıxış edənlər təqdim olunan kitabların mahiyyətindən həm nəzəri, həm də praktiki biliklərə daha da dərindən yiyələnmək istəyənlər üçün yaxşı vəsaitlər olduğunu diqqətə çatdırıblar.
20/04/2026
(ADAU) Kitabxana və İnformasiya Mərkəzi oxucularını və tədqiqatçılarını müasir dövrün ən aktual mövzularını əhatə edən yeni nəşrlərlə tanış olmağa dəvət edir. Təqdim olunan kitablar, açıq elm, təmiz enerji, təhsil innovasiyaları və süni intellekt kimi sahələrdə ən son yanaşmaları və elmi perspektivləri özündə birləşdirir. Bu nəşrlər qlobal çağırışlara cavab verən biliklərin yayılmasına, elmi düşüncənin inkişafına və innovativ yanaşmaların təşviqinə xidmət edir. Bu kitablar vasitəsilə tələbələr nəzəri biliklərini zənginləşdirə və praktik biliklər əldə edə bilərlər.
15/04/2026
Dövlət İmtahan Mərkəzinin (DİM) Gəncə Regional bölməsi tərəfindən kitabxanaya yeni nəşr vəsaitlər daxil olmuşdur. Hörmətli tələbələr kitabxanaya yaxınlaşaraq vəsaitləri əldə edə bilərsiniz.