02/06/2026
Vətən müharibəsi şəhidi, gizir Ağayev İlkin Tehran oğlunun doğum günü qeyd olunub.
İyunun 2-də Zərdab Rayon İcra Hakimiyyətinin, YAP Zərdab Rayon təşkilatının, idarə və müəssisələrin məsul şəxslərinin, ictimaiyyət nümayəndələrinin və şəhid ailələrinin iştirakı ilə Vətən müharibəsi şəhidi, gizir İlkin Tehran oğlu Ağayevin doğum günü əlaqədar məzarı, onunla bərabər Körpükənd kənd qəbirstanlığında dəfn olunmuş digər şəhidlərimizin məzarları ziyarət olundu, məzarlarının önünə gül dəstələri düzülərək, ruhlarına dualar oxundu.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
02/06/2026
Doğum günləri İyun ayında olan Zərdab Rayon şəhidləri:
1. Ağayev İlkin Tehran oğlu - 02.06.1986-cı il tarixdə Zərdab Rayon Körpükənd kəndində anadan olub, 08.11.2020-ci il tarixdə şəhidlik zirvəsinə ucalıb.
2. Şahmurov Elşad Abbasqulu oğlu - 03.06.1974-cü il tarixdə Zərdab Rayon Şəftəhal kəndində anadan olub, 26.01.1994-cü il tarixdə şəhidlik zirvəsinə ucalıb.
3. Xəlilov Mehman Ağabala oğlu - 03.06.1973-cü il tarixdə Zərdab Rayon Şəftəhal kəndində anadan olub, 05.04.1993-cü il tarixdə şəhidlik zirvəsinə ucalıb.
4. Məmmədov Bədəl Ağacan oğlu - 06.06.1973-cü il tarixdə Zərdab Rayon Şəftəhal kəndində anadan olub, 08.10.1992-ci il tarixdə şəhidlik zirvəsinə ucalıb.
5. Rüsdəmov Yaşar Rüsdəm oğlu - 15.06.1968-ci il tarixdə Zərdab Rayon Şəftəhal kəndində anadan olub, 30.01.1994-cü il tarixdə şəhidlik zirvəsinə ucalıb.
6. Şıxəliyev Pərviz Nəsir oğlu - 16.06..1973-cü il tarixdə Zərdab Rayon Məlikumudlu kəndində anadan olub, 08.02.1993-cü il tarixdə şəhidlik zirvəsinə ucalıb.
7. Məmişov Münasib Tacəddin oğlu - 20.06.1973-cü il tarixdə Zərdab Rayon Bıçaqçı kəndində anadan olub, 16.06.1993-cü il tarixdə şəhidlik zirvəsinə ucalıb.
8. Qasımov Çingiz Mehdi oğlu - 20.06.1973-cü il tarixdə Zərdab Rayon Kəndəbil kəndində anadan olub, 24.08.1992-ci il tarixdə şəhidlik zirvəsinə ucalıb.
9. Qədirov Mehdi Ədil oğlu - 21.06.1961-ci il tarixda Zərdab Rayon Otmanoba kəndində anadan olub, 26.01.1994-cü il tarixdə şəhidlik zirvəsinə ucalıb.
10. İsmayılov Davud İsmayın oğlu - 29.06.1974-cü il tarixdə Zərdab Rayon Otmanoba kəndində anadan olub, 16.08.1993-cü il tarixdə şəhidlik zirvəsinə ucalıb.
Allah ərazi bütövlüyümüz uğrunda canlarından keçən bütün şəhidlərimizə rəhmət eləsin! İgidlərimizin göstərdikləri qəhramanlıqları heç vaxt unutmuruq və unutmayacağıq !
01/06/2026
Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.