01/06/2026
Uşaqlar həyatımızın ən dəyərli sərvəti, gələcəyimizin ən böyük ümididir. Bütün balaları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzu edirik. 🎈
31/05/2026
Xaçmazda keçiriləcək.
🚵🚵🚵 Dünya Velosiped Günü münasibətlə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə rayonunda kütləvi idman tədbiri - veloyürüş təşkil ediləcək.
Heydər Əliyev Mərkəzinin qarşısından Zəfər parkı marşrutu üzrə start götürəcək yarış 2 km məsafəni əhatə edəcək. İyunun 4-də saat 11:00-da start götürəcək tədbirdə hər kəs öz velosipedi ilə iştirak edə bilər.
Kütləvi idman tədbirinin təşkilində məqsəd velosiped idman növünün əhali arasında tanıdılması, sağlam həyat tərzinin təbliği və bu nəqliyyat vasitəsindən istifadə etməklə ətraf mühitin qorunmasıdır.
30/05/2026
Beynəlxalq yarışdan müvəffəqiyyətlə dönən Xaçmaz güləşçisinin qarşılanma mərasimi keçirilib.
✅ 29 may 2026-cı il tarixində Xorvatiyanın Poreç şəhərində keçirilən çimərlik güləşi üzrə U-17 Avropa çempionatında gümüş medal qazanan Xaçmaz güləşçisi Elvin Hacıquliyevin (80 kq) qarşılanma mərasimi keçirilmişdir.
✅ Xaçmaz şəhəri “Çənlibel” parkında keçirilən qarşılanma mərasimində sakinlər, idmançılar, məşqçilər, Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun müdiri Elman Məmmədov və yerli sektorun əməkdaşları iştirak ediblər.
✅ Qalib böyük coşqu və təntənə ilə qarşılanmışdır.
29/05/2026
Yeniyetmə atletimiz ölkə birinciliyində ikinci yeri tutub.
✅ 29 may 2026-cı il tarixdə Bakı şəhərində atletika idman növü üzrə ölkə birinciliyi keçirilmişdir.
2011-2012-ci il təvəllüdlü yeniyetmələrin 1500 metr məsafəyə qaçış yarışında idmançımız Sayadova Marina Bəxtiyar qızı🥈II yeri qazanmışdır.
Bu nailiyyət münasibətilə idmançımızı və onun məşqçisi Məhəmməd Əlipaşayevi təbrik edirik!
28/05/2026
"Şimal" futbol komandası əzmkar qələbə ilə 1-ci liqada qaldı.
Mayın 27-də növbəti mövsüm üçün Azərbaycan 1-ci liqasına vəsiqə uğrunda pley-off matçı keçirilib. Pley-off oyununda Xaçmaz təmsilçisi "Şimal" "Qaradağ Lökbatan"la qarşılaşıb.
Şamaxı şəhər stadionunda keçirilən matçda komandamız əzmkar oyun nümayiş etdirərək 90+3-cü dəqiqədə vurduğu qolla qalib gələrək 1-ci liqadakı yerini qoruyub.
Oyunda VAR sistemi də tətbiq edilib.
Qolları komandamızın heyətində Rüstəm Hümbətov, 85 (1:1) və Rəvan Abasov, 90+3 dəqiqələrində vurublar. "Şimal" - "Qaradağ Lökbatan"- 2:1.
Komandamızın bütün heyətini möhtəşəm qələbə münasibətilə təbrik edir, yeni mövsümdə uğurlar arzu edirik.
28/05/2026
Xaçmazlı yeniyetmə güləşçi Avropa çempionu oldu – Yusuf Abdullayev doğma rayonda coşqu ilə qarşılanıb.
Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-15 Avropa çempionatında Xaçmaz güləş məktəbinin yetirməsi Yusuf Abdullayev möhtəşəm uğura imza atıb.
38 kiloqram çəki dərəcəsində mübarizə aparan yeniyetmə idmançı final görüşündə Gürcüstan təmsilçisi Rezi Yobidzeyə 10:0 hesabı ilə tam üstünlüklə qalib gələrək U-15 Avropa çempionu adına sahib olub.
Yusuf Abdullayev finala gedən yolda da rəqiblərinə şans verməyib. O, ukraynalı İvan Vasilkovu 10:0, ermənistanlı Norayr Gevorqyanı 11:0, belçikalı Mohammad Bisultanovu isə 13:1 hesabı ilə məğlub edərək inamla finala yüksəlib.
Avropa çempionunun doğma Xaçmaz rayonunda təntənəli qarşılanma mərasimi keçirilib. Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, rayon ictimaiyyəti, məşqçilər və gənc idmançılar Yusuf Abdullayevi böyük coşqu və qürur hissi ilə qarşılayıblar.
Xaçmaz idmanının növbəti böyük uğuru kimi qiymətləndirilən bu nəticə rayon sakinləri tərəfindən sevinc hissi ilə qarşılanıb. Mütəxəssislər Yusuf Abdullayevin gələcəkdə Azərbaycan güləşinin aparıcı idmançılarından biri olacağına inandıqlarını bildiriblər.
28/05/2026
28 May - Müstəqillik Gününüz mübarək! 🇦🇿
27/05/2026
‼️Oyun CBC Sport ( ) telekanalında və "birinciikinci" yutub kanalında canlı yayımlayacaq ☑️
_____