05/06/2026
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar Gədəbəy rayonu Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən “Memarlığın Rəngləri, Şəhərlərin Nəfəsi” adlı rəsm və əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.
Sərgidə mərkəzin dərnək üzvlərinin şəhərsalma, memarlıq, tarixi abidələr, müasir tikililər və Azərbaycanın memarlıq irsini əks etdirən rəsm və əl işləri nümayiş etdirilmişdir.
Gənc istedadların yaradıcılıq nümunələri iştirakçılar tərəfindən maraqla qarşılanmış, onların bədii təxəyyülü və estetik baxışları yüksək qiymətləndirilmişdir.
Sərginin keçirilməsində məqsəd uşaqlarda memarlıq sənətinə marağın artırılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və milli-mədəni irsimizin təbliğ olunmasıdır.
01/06/2026
1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü
1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə mərkəzimizdə tədbir təşkil olunmuşdur. Tədbirdə dərnək üzvləri mahnılar, şeirlər və maraqlı çıxışlarla iştirak edərək bayram ab-havası yaratmış, uşaqların sevinc və xoşbəxtlik dolu anları yaşanmışdır.
Uşaqların sağlam, təhlükəsiz və qayğıkeş mühitdə böyüməsi, onların hüquqlarının qorunması və hərtərəfli inkişafı cəmiyyətimizin əsas prioritetlərindəndir. Bu əlamətdar gün münasibətilə uşaqlara daim sevgi, diqqət və qayğı göstərməyin vacibliyi bir daha vurğulanmışdır.
Tədbirin sonunda çıxış edən mərkəzimizin dərnək üzvləri fəal iştiraklarına və nümayiş etdirdikləri bacarıqlara görə sertifikatlarla təltif olunmuşlar.
Bütün uşaqları 1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə təbrik edir, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayırıq!
01/06/2026
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! 👧🏻🧒🏻🎈
28/05/2026
Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifələrindən biri olan 28 May – Müstəqillik Günü xalqımızın milli birliyinin və suverenliyinin rəmzidir.
Müstəqilliyimiz daim möhkəm, dövlətimiz güclü olsun!
Müstəqillik Gününüz mübarək!
27/05/2026
Qurban bayramınız mübarək!
21/05/2026
“Teatr sənəti” dərnəyi üzvlərinin iştirakı ilə təşkil olunan piknik uşaqların asudə vaxtlarının səmərəli təşkili və yaradıcı bacarıqlarının inkişafı baxımından maraqlı və yaddaqalan olub.
Təbiətin gözəlliyi qoynunda keçirilən piknik zamanı dərnək üzvləri səmimi söhbətlər aparıb, kitab mütaliəsi edib, xoş və əyləncəli anlar yaşayıblar. Birlik və dostluq mühitində keçən bu görüş iştirakçılara yüksək əhval-ruhiyyə bəxş edib.
15/05/2026
15 May – Beynəlxalq Ailə Günü münasibətilə
Gədəbəy Rayon İcra Hakimiyyəti və Gədəbəy rayonu üzrə Təhsil Sektorunun təşkilatçılığı ilə keçirilən tədbirdə Gədəbəy rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri də fəal iştirak edərək maraqlı çıxışlar nümayiş etdirmişlər.
Tədbirdə ailə dəyərlərinin təbliği, ailənin cəmiyyətin inkişafındakı rolu və milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti vurğulanmışdır. Dərnək üzvlərimizin təqdim etdikləri şeirlər, musiqi nömrələri və səhnəciklər iştirakçılar tərəfindən böyük maraq və alqışla qarşılanmışdır.
Ailə hər bir insanın ilk məktəbi, sevgi və qayğı mənbəyidir.
Beynəlxalq Ailə Günü münasibətilə bütün ailələri təbrik edir, onlara xoşbəxtlik, firavanlıq və sağlam ömür arzulayırıq.
10/05/2026
Bu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür.
Ulu öndər bütün fəaliyyəti boyunca təhsili dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri hesab etmiş, gənclərin savadlı, vətənpərvər və milli dəyərlərə bağlı şəkildə yetişməsinə xüsusi önəm vermişdir.
Heydər Əliyevin söylədiyi kimi, təhsil sahəsi xalqımızın bu günü, millətimizin və dövlətimizin gələcəyi üçün ən vacib sahədir.