19/03/2026
19.03.2026-cı il tarixində məktəbimizdə Novruz bayramı tədbiri keçirildi.
Keçirilən tədbir şagirdlərdə Milli - Mənəvi dəyərlərə hörmətin artırılması və Novruz ənənələrinin yaşadılması baxımdan əhəmiyyətli olmuşdur.
17/03/2026
17.03.2026-ci il tarixində "Valideyn məktəb əməkdaşlığı" mövzusunda valideyin seminarı təşkil olunmuşdur. Seminarda məktəb və ailə əməkdaşlığı ,valideyin dəstəyi ,valideyinlərin ən çox buraxdıqları səhvlər və düzgün yanaşma ,qarşıya qoyulan məqsədlər barədə fikir mübadiləsi aparılmışdır.
12/03/2026
12.03.2026 ci il tarixində Göygöl rayon Hacıməlik qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbində fizika fənn aylığı çərçivəsində əyləncəli dərs təşkil edildi.
12/03/2026
12.03.2026 cı il tarixində Göygöl rayon Hacıməlik qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbində Milli mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik ruhunda tədbirlərin təşkili üzrə təlimata əsasən 4.6 bəndə uyğun olaraq Vətəndaşlıq haqqında qanun, Milli kimliyin hüquqi ifadəsi mövzusunda söhbət aparıldı.
11/03/2026
3-cü sinifdə oxu dəqiqələri təşkil olundu.
10/03/2026
10.03.2026 cı il tarixində məktəbimizdə "İdman həftəsi " ilə bağlı şagirdlər arasında yarışlar keçirildi.
10/03/2026
Göygöl rayon Hacıməlik qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbində 10.03 2026 ci il tarixində 8 ci sinifdə rəssam Vincent Van Goghnun tanıdılması.
07/03/2026
6.03 . 2026 cı il tarixində məktəbimizdə "İdman həftəsi" ilə bağlı futbol yarışı keçirildi.
05/03/2026
4.03.2026 cı il tarixində məktəbimizdə "İdman həftəsi " ilə bağlı şagirdlər arasında yarışlar keçirildi.
04/03/2026
Göygöl rayon Hacıməlik qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbində 4.03.2026 cı il tarixində 6 cı sinifdə Jül Vernin "Hava şarında beş həftə" kitabından sürətli oxu.
03/03/2026
Məktəbimizdə insan alveri və onun fəsadları barədə maarifləndirici tədbir keçirilib.
Məktəbimizdə şagirdlərin hüquqi biliklərinin artırılması və sosial təhlükələrə qarşı maarifləndirilməsi məqsədilə insan alveri və onun fəsadları mövzusunda silsilə xarakterli tədbirlərə start verilmişdir. Tədbir zamanı aşağıdakı məsələlər ətraflı şəkildə izah olunub:
"İnsan alveri anlayışı və hüquqi mahiyyəti"
"Kimlər insan alveri qurbanı ola bilər?"
“Bu mənim başıma gələ bilməz” prinsipi və yanlış təhlükəsizlik illüziyası
İnsan alveri qurbanlarının cəlb etmə metodları
İnsan alverinin əsas formaları
İnsan alverinin baş vermə səbəbləri
Şagirdlərə real həyatdan nümunələr təqdim edilmiş, mövzu ilə bağlı maarifləndirici videomaterial nümayiş olunmuşdur. Müzakirələr interaktiv formada aparılmış, şagirdlərin sualları cavablandırılmışdır.