Lerik rayonu Namiq Əliyev adına Lüləkəran kənd tam orta ümumtəhsil məktəbi

Lerik rayonu Namiq Əliyev adına Lüləkəran kənd tam orta ümumtəhsil məktəbi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lerik rayonu Namiq Əliyev adına Lüləkəran kənd tam orta ümumtəhsil məktəbi, Public School, Lerik Lüləkəran kəndi, Lerik.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Lerik rayonu Namiq Əliyev adına Lüləkəran kənd tam orta ümumtəhsil məktəbinin rəsmi səhifəsidir.

Photos from Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi's post 02/06/2026

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi ilə bağlı ən çox verilən suallara cavabları təqdim edirik.

Photos from Lerik rayonu Namiq Əliyev adına Lüləkəran kənd tam orta ümumtəhsil məktəbi's post 02/06/2026

01 iyun 2026-cı il tarixində məktəbimizdə "1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin tarix müəllimi B.Eyvazov açdı. Daha sonra müəllim bu günün əhəmiyyəti haqda şagirdlərə geniş məlumat verdi. Ölkəmizdə uşaqlara verilən dəyərlərdən, onların hüquqlarından bəhs etdi. Sonda isə şagirdlərə "1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş slaydlar nümayiş etdirildi.

01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! 👧🏻🧒🏻🎈

28/05/2026

Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifələrindən biri olan 28 May – Müstəqillik Günü xalqımızın milli birliyinin və suverenliyinin rəmzidir.

Müstəqilliyimiz daim möhkəm, dövlətimiz güclü olsun!

Müstəqillik Gününüz mübarək!

Photos from Lerik rayonu Namiq Əliyev adına Lüləkəran kənd tam orta ümumtəhsil məktəbi's post 27/05/2026

2-ci və 3-cü sinif şagirdlərinin gözündə Müstəqillik Günü 🇦🇿

Balaca mələklərin Vətən sevgisi, dövlət rəmzlərimizə olan sonsuz məhəbbəti çəkdikləri şəkillərdə bir daha öz əksini tapdı. Şagirdlərimizin çəkdiyi rəsmlər onların müstəqil Azərbaycana olan sevgisinin və qürur hissinin ən gözəl nümunəsidir.
Yaşasın müstəqil Azərbaycan!

Photos from Lerik rayonu Namiq Əliyev adına Lüləkəran kənd tam orta ümumtəhsil məktəbi's post 27/05/2026

26 aprel 2026-cı il tarixində keçirilmiş IX siniflərin buraxılış imtahanlarının nəticələri açıqlanmışdır. Məktəb üzrə imtahanda iştirak edən 12 şagirddən 1 nəfər 200 baldan yuxarı, 5 nəfər isə 100 baldan yuxarı nəticə göstərmişdir.
Şagirdlərimizdən Həbibova Aytac Əliməmməd qızı ümumi orta təhsil haqqında fərqlənmə attestatına namizəddir.
Bütün şagirdlərimizə növbəti təhsil pillələrində uğurlar arzulayırıq.

27/05/2026

Qurban bayramınız mübarək!

Photos from Lerik rayonu Namiq Əliyev adına Lüləkəran kənd tam orta ümumtəhsil məktəbi's post 25/05/2026

Bu gün məktəbimizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı müəllimlər arasında maarifləndirici görüş keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi və pedaqoji kollektiv iştirak etmişdir. Çıxış edənlər korrupsiyanın cəmiyyətə və təhsil sahəsinə mənfi təsirlərindən bəhs etmişlər. Müəllimlərə şəffaflığın, dürüstlüyün və qanunlara riayət etməyin vacibliyi barədə geniş məlumat verilmişdir. Görüş zamanı korrupsiyaya qarşı mübarizə istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər diqqətə çatdırılmışdır. Həmçinin müəllimlərin bu sahədə üzərinə düşən vəzifələr və məsuliyyətlər müzakirə olunmuşdur. Tədbirin keçirilməsində əsas məqsəd pedaqoji mühitdə sağlam və ədalətli münasibətlərin qorunmasına töhfə vermək olmuşdur.

Photos from Lerik rayonu Namiq Əliyev adına Lüləkəran kənd tam orta ümumtəhsil məktəbi's post 23/05/2026

22 may 2026-cı il tarixdə məktəbimizdə “İnsan Hüquqları Aylığı” çərçivəsində “Mənim hüquqlarım” adlı maarifləndirici tədbir keçirildi. Tədbirin əsas məqsədi şagirdləri insan hüquq və vəzifələri haqqında məlumatlandırmaq idi. Məktəbin tarix müəllimi B. Eyvazov insan hüquqlarının əhəmiyyəti barədə şagirdlərə geniş məlumat verdi. Tədbir zamanı mövzu ilə bağlı slaydlar nümayiş olundu və şagirdlər faydalı məlumatlar əldə etdilər. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı və maarifləndirici oldu.

22/05/2026

📢 Müəllimlərin yerdəyişməsi müsabiqəsi üzrə növbəti vakansiya seçiminə başlanılır

23 may saat 11:00-dan etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir.

Müsabiqə üzrə vakansiya seçimi 26 may saat 11:00-dək davam edəcək. Müəllimlər qeyd olunan tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

❗ Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmaq və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamaq tövsiyə olunur.

Want your business to be the top-listed Government Service in Lerik?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Lerik Lüləkəran Kəndi
Lerik

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00