Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi

Share

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi (MARGİİ) Mərkəzi Aran Regional Gənclər və İdman idarəsi

Photos from Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi's post 02/06/2026

📌01.06.2026-cı il tarixində Ağdaş şəhər 6 nömrəli körpələr evi uşaq bağçasında Ağdaş rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “Xoşbəxt uşaqlar, parlaq gələcək” adlı musiqili-əyləncəli tədbir keçirilmişdir.
✅Tədbirin keçirilməsində əsas məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq potensialının üzə çıxarılması, cəmiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi, eləcə də uşaqlarda sevinc və bayram əhval-ruhiyyəsinin yaradılması olmuşdur.

02/06/2026

“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “Kiçik qəlblərin möcüzə günü” adlı musiqili-əyləncəli tədbirdən video görüntüləri təqdim edirik: 🤩

Photos from Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi's post 02/06/2026

▶️01.06.2026-cı il tarixində Zərdab rayon Heydər Əliyev parkında Zərdab Rayon İcra Hakimiyyətinin dəstəyi, Zərdab rayonu üzrə gənclər və idman sektorunun, Zərdab Gənclər Evi və Zərdab Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “Kiçik qəlblərin möcüzə günü” adlı musiqili-əyləncəli tədbir keçirilmişdir.
✅Tədbirin keçirilməsində əsas məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq potensialının üzə çıxarılması, cəmiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi, eləcə də uşaqlarda sevinc və bayram əhval-ruhiyyəsinin yaradılması olmuşdur.

Photos from Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi's post 02/06/2026

📌1 iyun 2026-cı il tarixində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi, Mingəçevir şəhəri üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Mingəçevir şəhər V.Ağakişiyev adına 12 nömrəli tam orta ümumtəhsil məktəbində “Rəngli arzular - xoşbəxt uşaqlar” adlı asfalt üzərində rəsm aksiyası təşkil edilmişdir.
✅Aksiyanın keçirilməsində əsas məqsəd əlamətdar günün qeyd edilməsi, uşaqların bacarıqlarının inkişaf etdirilməsi və onların asudə vaxtlarının səmərəli təşkilidir.
▶️İştirakçılar Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən təşəkkürnamələrlə təltif edilmişlər.

Photos from Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi's post 02/06/2026

📌29 may 2026-cı il tarixində Bakı şəhər Sərhədçi İdman Mərkəzində yunan-Roma güləşi üzrə U-15 “Qızıl Barsofqa” wrestling cup turniri keçirilmişdir.
✅Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Göyçay UGİM turnirdə 20 idmançı ilə iştirak etmişdir. İdmançılar uğurlu çıxış edərək 1 qızıl, 2 gümüş, 3 bürünc medalla geri dönmüşdür.
l yer - Əliyev Ömər (35 kq)
ll yer - Şirinov Cəsur (32 kq)
ll yer - Qurbanov Murad (53 kq)
lll yer - Həmzəyev Zakir (48 kq)
lll yer - Manverdiyev Məhəmməd (47 kq)
lll yer - Manverdiyev Davud (59 kq)
İdmançıları və onların məqçi-müəllimlərini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq. ✨

Photos from Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi's post 01/06/2026

📌26.05.2026-cı il tarixində Yevlax şəhər S.Əliyev adına 1 nömrəli tam orta məktəbdə Yevlax rayonu üzrə gənclər və idman sektoru, Mərkəzi Aran Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə voleybol idman növü üzrə ümumtəhsil məktəblərinin qızlardan ibarət komandaları arasında rayon turniri keçirilmişdir.
✅Turnirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında voleybol idman növünə olan marağın artırılması, onların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, sağlam həyat tərzinin təbliği və perspektivli idmançıların üzə çıxarılmasından ibarətdir.

Photos from Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi's post 01/06/2026

📌26.05.2026-cı il tarixində Ucar rayon Mərkəzi stadionda Ucar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə atletka idman növü üzrə məktəbli oğlanlar arasında rayon turniri keçirilmişdir.
✅Turnirin keçirilməsində əsas məqsəd məktəblilər arasında atletika idman növünün təbliği, sağlam həyat tərzinin təşviq edilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların idmana marağının artırılması, eləcə də perspektivli idmançıların aşkar olunması olmuşdur.
Qaliblər Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunmuşlar.

Photos from Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi's post 01/06/2026

📌26.05.2026-cı il tarixində Ucar rayon Alpout kənd 1 nömrəli tam orta məktəbdə Ucar Rayon Polis şöbəsi və Ucar rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək “ adlı görüş keçirilmişdir.
✅Görüşün keçirilməsində əsas məqsəd narkomaniyanın insan sağlamlığına, cəmiyyətə və gənclərin gələcəyinə vurduğu zərərlər barədə maarifləndirmə işinin aparılması, sağlam həyat tərzinin təbliği, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durmağa təşviq edilməsi olmuşdur.

Photos from Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi's post 01/06/2026

📌26.05.2026-cı il tarixində Kürdəmir Peşə Liseyi PHŞ-də Kürdəmir rayonu üzrə gənclər və idman sektorunun, Kürdəmir Gənclər Evi SXM-in və Kürdəmir Peşə Liseyi PHŞ-nin birgə təşkilatçılığı ilə “Mənim Müstəqil ölkəm” adlı toplantı keçirilmişdir.
✅Toplantının keçirilməsində əsas məqsəd gənclərə Müstəqillik Gününün tarixi əhəmiyyətinin aşılanması, milli-mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun təbliği olmuşdur.

Photos from Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi's post 01/06/2026

📌26.05.2026-cı il tarixində Ucar rayonu üzrə gənclər və idman sektorunun, Ucar Gənclər Evi SXM-in və Ucar şəhər 7 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Ucar Gənclər Evi SXM-in ərazisində “28 May - Müstəqillik Günü”nə həsr olunmuş “Təmiz gələcək üçün birlikdə” adlı təmizlik aksiyası keçirilmişdir.
✅Aksiyanın keçirilməsində əsas məqsəd ətraf mühitin mühafizəsinə diqqətin artırılması, ekoloji məsuliyyət hissinin formalaşdırılması və gənclərin ictimai faydalı fəaliyyətlərə cəlb olunması olmuşdur.

Want your business to be the top-listed Government Service in Mingechaur?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Https://maps. App. Goo. Gl/u9m25sxWwDxa4MYQ 7
Mingechaur

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00