Representative Office of Azerbaijan in Palestine

Representative Office of Azerbaijan in Palestine Official page of the Representative Office of the Republic of Azerbaijan to the State of Palestine.

Azərbaycan Respublikasının Fələstin Dövlətindəki Təmsilçilik Ofisinin rəsmi səhifəsi.

27/09/2026

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı və şəhidlərimizin misilsiz fədakarlığı nəticəsində tarixi ədalət bərpa olundu, ərazi bütövlüyümüz və suverenliyimiz təmin edildi.

Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan Bayrağını işğaldan azad edilmiş torpaqlarımızda ucaldan, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən əsgər və zabitlərimizin müqəddəs xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edir, bütün müharibə iştirakçılarına və qazilərimizə cansağlığı arzulayırıq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

27/09/2026
26/09/2026

1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasında keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı (FIFA U-15 World Cup and Festival) ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd edilən s....

20/09/2026

Bu gün ölkəmizdə Dövlət Suverenliyi Günü qeyd olunur.

Ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpasını, eyni zamanda beynəlxalq hüquq və ədalətin təntənəsini təcəssüm etdirən Dövlət Suverenliyi Günü münasibətilə bütün həmvətənlərimizi səmimi-qəlbdən təbrik edirik.

Tariximizin bu şanlı səhifəsini canları bahasına yazan şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.

Dövlət Suverenliyi Günün mübarək, Azərbaycan! 🇦🇿

28/08/2026

1. Müəyyən edilsin ki, 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxsl...

16/07/2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib.

28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

Azərbaycan Respublikasının Fələstin Dövlətindəki Təmsilçilik Ofisinin rəhbəri İlham Nəzərli 22 aprel 2026-cı il tarixind...
22/04/2026

Azərbaycan Respublikasının Fələstin Dövlətindəki Təmsilçilik Ofisinin rəhbəri İlham Nəzərli 22 aprel 2026-cı il tarixində Fələstin Dövlətinin təlim və ali təhsil naziri Əmcəd Səad Süleyman Bərhəm ilə Fələstində təhsil sistemi ilə yaxından tanış olmaq məqsədilə Rantes bölgəsinə birgə səfər etmişdir.

Səfər zamanı Rantes bölgəsinin oğlanlar və qızlar üçün müəyyən olunmuş məktəblərə baş çəkilmiş, Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Azərbaycan Respublikasının Fələstin Dövlətindəki Təmsilçilik Ofisinin rəhbəri İlham Nəzərli 06 aprel 2026-cı il tarixind...
06/04/2026

Azərbaycan Respublikasının Fələstin Dövlətindəki Təmsilçilik Ofisinin rəhbəri İlham Nəzərli 06 aprel 2026-cı il tarixində Fələstin Dövlətinin yerli idarəetmə naziri Sami Əhməd Hiccavi ilə görüş keçirmişdir. Görüş zamanı Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsindən razılıq ifadə olunmuş, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, o cümlədən qarşıda gələn may ayında Azərbaycan Respublikasının ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq işləri və həmin tədbirdə Fələstin Dövlətinin iştirakı barədə fikir mübadiləsi aparılmışdır. Təmsilçilik Ofisinin rəhbəri Azərbaycan Respublikasının Fələstin probleminin beynəlxalq hüquq normalarına, BMT-nin müvafiq qətnamələrinə uyğun şəkildə, iki dövlət prinsipi əsasında, paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin Dövlətinin yaradılması ilə həllini dəstəklədiyini, ölkəmizin bu mövqeyinin birmənalı və dəyişməz olduğunu vurğulamışdır.

Address

Abraj House, 5th Floor, 15 Tokyo Street
Ramallah

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Representative Office of Azerbaijan in Palestine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share