Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək İctimai Birliyi

Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək  İctimai Birliyi

Share

Support Youth Development and Progress Public Union

10/04/2026
Photos from Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək  İctimai Birliyi's post 05/03/2026

“Ulu Öndərin irsi – Vətənə və xalqa xidmət nümunəsi” layihəsi çərçivəsində Hacıqabulda seminar keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının tərəfdaşlığı ilə “Ulu Öndərin irsi – Vətənə və xalqa xidmət nümunəsi” adlı layihə çərçivəsində Hacıqabul rayonunda seminar keçirilib.

Seminarın əsas məqsədi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik irsinin gənclər arasında təbliği, onun Vətənə və xalqa xidmət prinsiplərinin gənc nəslə çatdırılması, həmçinin gənclərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsidir.

Layihə çərçivəsində təşkil olunan seminarda 50 nəfərdən çox gənc iştirak edib. Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyin qorunması və ölkənin inkişafı istiqamətində həyata keçirdiyi siyasətdən və onun zəngin siyasi irsindən bəhs ediblər.

Seminar zamanı iştirakçılarla fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb və layihənin məqsəd və vəzifələri haqqında geniş məlumat verilib. Qeyd olunub ki, bu cür maarifləndirici tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə və onların ictimai fəallığının artırılmasına mühüm töhfə verir.

Tədbirin sonunda iştirakçılar üçün çay-kofe fasiləsi təşkil olunub, qeyri-rəsmi mühitdə müzakirələr davam etdirilib və xatirə şəkilləri çəkdirilib.

31/12/2024

Əziz Gənclərimiz!
Bayramlarınız qutlu, canınız sağlam, ömrünüz uzun, ruziniz bol, birliyimiz, həmrəyliyiniz möhkəm olsun.
2025-ci il arzu-niyyətlərinizin gerçəkləşdiyi, ümidlərinizin doğrulduğu il olsun.
2025-ci iliniz mübarək olsun!

Photos from Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək  İctimai Birliyi's post 14/10/2024

🎉 İntellektual turnir yekunlaşıb.

✅"Qarabağ Azərbaycandır" mövzusunda 5 oktyabr- "Müəllimlər Günü"nə həsr olunan "Müəllimlər Kuboku" turnirinin final mərhələsinin oyunu keçirilib.
İntellektual turnirin keçirilməsində əsas məqsəd
gənclərin intellektual bilik və bacarıqlarının artırılması istiqamətində fəaliyyətlərin həyata keçirilməsidir.Üç mərhələdən ibarət olan oyunda 100 gənc müəllim iştirak edib.

🤩Turnir Nə? Harada? Nə Zaman? formatında keçirilib və komandalara ümumilikdə 36 sual səsləndirilib. Gərgin və maraqlı keçən oyunun nəticələrinə əsasən:
🥇Hacıqabul şəhər 6 nömrəli tam orta məktəb- I Yer;
🥈Hacıqabul rayon Meynəman kənd tam orta məktəb- II Yer;
🥉Hacıqabul şəhər 2 saylı tam orta məktəb- III Yer-də qərarlaşıblar.
Qeyd edək ki, intellektual turnir Hacıqabul Rayonu Üzrə Gənclər və İdman Sektoru , Hacıqabul rayonu üzrə Təhsil Sektoru, Hacıqabul rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Hacıqabul nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Yarışın qalibləri təşkilatçılar tərəfindən Diplom, Medal və Kubokla təltif olunublar.

Photos from Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək  İctimai Birliyi's post 13/03/2024

"Gənclərə Doğru Təşəbbüslər" adlı layihə çərçivəsində növbəti təlimlər keçirilib.
“Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək" İctimai Birliyi “Gənclərə Doğru Təşəbbüslər ” adlı layihə çərçivəsində Hacıqabul rayon 5 nömrəli tam orta məktəbində gənclərə peşə təhsili ilə bağlı təlim keçirilib.
Layihəni Azərbaycan Respublikasının Gənclər Fondunu maliyyələşdirir.
Layihənin həyata keçirilməsində əsas məqsəd regionlarda yaşayan gəncləri peşə təhsili təliminə cəlb etmək yolu ilə bərabər imkanlar təmin etmək , gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclər arasında peşə təhsilinin təbliği və və maarifləndirmə işinin aparılmasıdır.
Təlimin sonunda iştirakçı gənclərə sertifikatlar təqdim olunub.

Photos from Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək  İctimai Birliyi's post 11/03/2024

"Gənclərə Doğru Təşəbbüslər" adlı layihə çərçivəsində Qarasu kəndində təlim keçirilib.
“Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək" İctimai Birliyi “Gənclərə Doğru Təşəbbüslər ” adlı layihə çərçivəsində Hacıqabul rayon Qarasu kənd tam orta məktəbində gənclərə peşə təhsili ilə bağlı təlim keçirilib.
Layihəni Azərbaycan Respublikasının Gənclər Fondunu maliyyələşdirir.
Layihənin həyata keçirilməsində əsas məqsəd regionlarda yaşayan gəncləri peşə təhsili təliminə cəlb etmək yolu ilə bərabər imkanlar təmin etmək , gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclər arasında peşə təhsilinin təbliği və və maarifləndirmə işinin aparılmasıdır.
Təlimin sonunda iştirakçı gənclərə sertifikatlar təqdim olunub.

Want your business to be the top-listed Government Service in Adshikabul?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Adshikabul