İrmaşlı kənd Vüqar Əlirzayev ad.1 nömrəli tam orta məktəb. tam orta məktəbi

İrmaşlı kənd Vüqar Əlirzayev ad.1 nömrəli tam orta məktəb. tam orta məktəbi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from İrmaşlı kənd Vüqar Əlirzayev ad.1 nömrəli tam orta məktəb. tam orta məktəbi, Public & Government Service, Şəmkir rayonu İrmaşlı kəndi, Annenfel'd.

Photos from İrmaşlı kənd Vüqar Əlirzayev ad.1 nömrəli tam orta məktəb. tam orta məktəbi's post 27/09/2025

27 Sentyabr – Anım Günü münasibətilə məktəbimizdə şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Çıxış edən məktəbimizin direktoru Röyalə Qurbanova şəhidlərimizin Azərbaycan tarixində qəhrəmanlıq zirvəsinə ucaldıqlarını vurğuladı. O, 44 günlük Vətən müharibəsinin xalqımızın birliyi, gücü və yenilməzliyi ilə qazanıldığını qeyd edərək, şəhid ailələrinə dərin ehtiramını bildirdi.
Daha sonra məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Ceyhun Məmmədov və məktəbin hərbi rəhbəri Vətən Müharibəsi veteranı mayor Rauf İbrahimov çıxış edərək şəhidlərimizin qəhrəmanlığının gələcək nəsillər üçün böyük bir məktəb olduğunu söylədilər. Onlar, dövlətin və cəmiyyətin hər zaman şəhid ailələrinin yanında olduğunu xüsusi olaraq vurğuladılar.
Tədbirdə şəhid yaxınlarının çıxışları isə hər kəsi duyğulandırdı. Onların sözləri, övladlarının müqəddəs amal uğrunda şəhid olmaları, şagirdlər üçün unudulmaz bir vətənpərvərlik dərsi oldu.
Şagirdlərin ifasında səslənən şeirlər, bədii səhnələr və kompozisiyalar Anım Gününün mənəvi dəyərini daha da artırdı. Onlar qəhrəmanlarımızın mübarizə yolunu canlandıraraq, şəhidlərimizin adlarının daim qəlblərdə yaşayacağını nümayiş etdirdilər.
Bu gün bir daha sübut olundu ki, şəhidlərimizin xatirəsi əbədi yaşayacaq, onların göstərdiyi igidlik gələcək nəsillərə yol göstərəcəkdir.

Photos from İrmaşlı kənd Vüqar Əlirzayev ad.1 nömrəli tam orta məktəb. tam orta məktəbi's post 15/09/2025

Məktəbimizdə 15 sentyabr "Bilik günü" münasibətilə tədbir keçirildi. Tədbiri məktəbin direktoru Röyalə Qurbanova açdı. Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Sonra şagirdlərin hazırladıqları müxtəlif musiqili-əyləncəli nömrələr təqdim edildi.
İlk dərs saatı "Konstitusiya və suverenlik" ilinə həsr edildi.

Photos from Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi's post 02/09/2025
14/08/2025

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov 19-22 avqust tarixlərində Ağstafa, Qazax, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında vətəndaşları qəbul edəcək.

Vətəndaşlar Qazax-Tovuz Regional Təhsil İdarəsinin +994 55 834 31 37 nömrəli telefonuna zəng etməklə və “whatsapp” vasitəsilə əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

14/08/2025

📢 Məktəbimizin şagirdlərinin və birinci sinfə qədəm qoyan şagirdlərin valideynlərinin nəzərinə!
Bir daha xatırladırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli Qərarına əsasən 2023–2024-cü tədris ilində valideyn sorğuları vasitəsilə və Pedaqoji Şura iclasında müzakirə olunaraq Qərarda göstərilən formalardan “2 nömrəli əlavə” geyim forması seçilmişdir və ən az 3 tədris ili müddətində dəyişilməz olaraq qalacaqdır.
Şəmkir rayon İrmaşlı kənd V.Əlirzayev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində 2025–2026-cı tədris ili üçün də aşağıdakı təsvirdə məktəbli forması istifadə olunacaqdır.

27/07/2025

Məktəbimizin şagirdi Ələkbərov Amid Ramil oğlu Serbiyada məktəblilər arasında boks üzrə Avropa çempionatında bürünc medala layiq görülüb.
Təbrik edirik.

Photos from Qazax-Tovuz Regional Təhsil İdarəsi's post 15/07/2025
15/07/2025

📌 Məktəbəhazırlıq qruplarına kimlər müraciət edə bilərlər❓

Want your business to be the top-listed Government Service in Annenfel'd?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Şəmkir Rayonu İrmaşlı Kəndi
Annenfel'd