Azərbaycan Toksikoloqlar Dərnəyi - Azerbaijan Society of Toxicologists

Azərbaycan Toksikoloqlar Dərnəyi - Azerbaijan Society of Toxicologists

Share

Azerbaijan Toxicologists Professional Society

Photos from Azərbaycan Toksikoloqlar Dərnəyi - Azerbaijan Society of Toxicologists's post 05/06/2026

📢 «Kəskin zəhərlənmələrin təcili idarə olunması və müasir müalicə yanaşmaları” mövzusunda intensiv təlim kursu keçiriləcək.

📅 22–23 iyun 2026
🕘 09:00 – 18:00
🎓 18 DTT balı

📍 İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Simulyasiya Mərkəzi

👨🏼‍⚕️ Təlimçi: dosent, t.ü.f.d. İsmayıl Əfəndiyev – klinik toksikologiya sahəsində uzunillik təcrübəyə malik mütəxəssis, Mərkəzi Gömrük Hospitalının həkim-toksikoloqu və Azərbaycan Tibb Universitetinin dosenti.

👥 Təlim aşağıdakı ixtisaslar üzrə həkimlər və rezidentlər üçün nəzərdə tutulub:

• Anesteziologiya-reanimatologiya
• Təcili tibbi yardım
• Acıl / qəbul şəbələrin həkimləri
• Toksikologiya

Təlim proqramında:

✅ Kəskin dərman və kimyəvi maddələrlə zəhərlənmələr
✅ Narkotiklər, alkoqol və yeni psixoaktiv maddələr
✅ Dəm qazı ilə zəhərlənmələr
✅ Zəhərli heyvan sancmaları və bitki-göbələk intoksikasiyaları
✅ Antidotlar və onların tətbiqi
✅ Detoksikasiya üsulları (aktiv kömür, hemodializ, plazmaferez və s.)
✅ Kütləvi toksikoloji hadisələrin idarə olunması
✅ ABCDE yanaşması və əsas toksidromlar
✅ Praktik bacarıq stansiyaları və yüksək reallıqlı simulyasiya ssenariləri

🔬 Təlim iştirakçılara yalnız nəzəri bilik deyil, həm də real klinik vəziyyətlərin idarə olunması üzrə praktik bacarıqlar qazandıracaq.

📞 Əlaqə: +994 51 225 31 18

® DGK-nın Tibbi Xidmət İdarəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib 01/06/2026

26–29 may 2026-cı il tarixlərində Litvanın Vilnüs şəhərində Avropa Toksikoloji Mərkəzlər və Klinik Toksikoloqlar Assosiasiyasının (EAPCCT) 46-cı Beynəlxalq Konqresi keçirilib:

® DGK-nın Tibbi Xidmət İdarəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev Litvanın Vilnüs şəhərində keçirilən Avropa Toksikoloji Mərkəzlər və Klinik Toksikoloqlar Assosiasiyasının (EAPCCT) 46-cı Beynəlxalq Konqresində i...

19/05/2026
Photos from Azərbaycan Toksikoloqlar Dərnəyi - Azerbaijan Society of Toxicologists's post 17/05/2026

Azərbaycan Toksikoloqlar Dərnəyinin dəstəyi ilə “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasir yanaşmalar” mövzusunda elmi-praktik simpozium böyük müvəffəqiyyətlə keçirilib

15/05/2026

Azərbaycan Toksikoloqlar Dərnəyinin İdarə Heyəti üzvlərinin səmimi görüşü

Photos from Azərbaycan Toksikoloqlar Dərnəyi - Azerbaijan Society of Toxicologists's post 12/05/2026

15 may 2026-cı il tarixində Azərbaycan Toksikoloqlar Dərnəyinin sədri, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, İdarə Heyətinin üzvləri t.ü.f.d. Nigar Bağırova və Dr. İnarə Ağabalayeva “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasir yanaşmalar” mövzusunda keçiriləcək elmi-praktiki simpoziumda məruzələrlə çıxış edəcəklər.
Ətraflı: https://customshospital.az/tecili-allerqologiya-ve-keskin-toksiko-allergik-veziyyetler-diaqnostika-ve-mualiceye-muasir-yanasmalar/?fbclid=IwY2xjawRug0xleHRuA2FlbQIxMABicmlkETFYSTJFMlp3UXJXdkVTOExlc3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHjye8ScNsTMCEnfOvFe3Yyy7SrFNH4mIWay6YQzaivW0eze7d3ORcU-lTkoi_aem_-qRDC9sj89DW_hKhYE-N6A .tab=0

09/05/2026

15 may 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı, Azərbaycan Toksikoloqlar Dərnəyi, Azərbaycan Tibb Universiteti və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin dəstəyi ilə “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasir yanaşmalar” mövzusunda elmi-praktik simpozium keçiriləcək.
Simpozium Səhiyyə Nazirliyi tərəfindən 4 DTT balı akkreditasiya olunmuşdur.
Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək MÜTLƏQDİR!
Tədbirin proqramı ilə tanış olmaq və qeydiyyat üçün link:
https://customshospital.az/tecili-allerqologiya-ve-keskin-toksiko-allergik-veziyyetler-diaqnostika-ve-mualiceye-muasir-yanasmalar/ .tab=0

08/05/2026

Жизнь продолжается
Весна…Сирень…Токсикология!

Photos from Azərbaycan Toksikoloqlar Dərnəyi - Azerbaijan Society of Toxicologists's post 21/03/2026

Azərbaycan Toksikoloqlar Dərnəyinin dəstəyi ilə Sumqayıt şəhərində “Region gənclərinin narkomaniya ilə mübarizə üzrə II Forumu” keçirilib.

Операция «Древолаз». Что известно о яде южноамериканской лягушки, о котором говорят эксперты, изучавшие обстоятельства смерти Навально 18/02/2026

Продолжаем тему яда южноамериканской лягушки в российской "Новой газете"

Операция «Древолаз». Что известно о яде южноамериканской лягушки, о котором говорят эксперты, изучавшие обстоятельства смерти Навально 18+. НАСТОЯЩИЙ МАТЕРИАЛ (ИНФОРМАЦИЯ) ПРОИЗВЕДЕН, РАСПРОСТРАНЕН И (ИЛИ) НАПРАВЛЕН ИНОСТРАННЫМ АГЕНТОМ БОРУХОВИЧ (ТУМАКОВОЙ) ИРИНОЙ ГРИГОРЬЕВНОЙ ЛИБО КАСАЕТСЯ ДЕЯТЕЛЬ...

Want your business to be the top-listed Government Service in Bakı?

Click here to claim your Sponsored Listing.

Location

Address


Bakı