23/06/2026
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyun 2026-cı il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilənlər sırasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları – Əliyev Aqşin Qabil oğlu, Hüseynova Vüsalə Cabbar qızı və Xudayev Ramin Əmrah oğlu da var.
Bu yüksək dövlət təltifi ali dərəcədə əməkdaşlarımızın fəaliyyətinə verilən yüksək qiymət olmaqla yanaşı, ölkəmizdə dövlət qulluğunun inkişafına və insan kapitalına göstərilən diqqət və qayğının növbəti təzahürüdür.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi adından dövlət qulluqçularına verilən dəyərə, daim diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.
Təltif olunan əməkdaşlarımızı səmimi-qəlbdən təbrik edir, onlara işlərində yeni uğurlar arzulayırıq.
https://president.az/az/articles/view/72810
23/06/2026
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün keçirilən müsahibə prosesi başa çatıb.
Ətraflı: https://scara.gov.az/az/xeber/media/xeberler/islam-dinine-aid-ibadet-yerlerinde-vakant-vezifelerin-tutulmasi-ucun-elan-edilen-novbeti-musahibe-merhelesi-basa-catib-2
̇şüzrədövlətkomitəsi
23/06/2026
İyun ayının 25-də Azərbaycan İlahiyyat İnstitutunda (ünvan: Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi, 29) qanvermə aksiyası keçiriləcək.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi, Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Respublika Qan Bankı, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Milli QHT Forumu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Aşura günündə keçiriləcək aksiyaya könüllü şəxslər və ictimaiyyət nümayəndələri qatılacaqlar.
Vətəndaşları aksiyaya qoşulmağa dəvət edirik!
Ətraflı: https://scara.gov.az/az/xeber/media/xeberler/azerbaycanda-asura-gunu-qanverme-aksiyasi-kecirilecek-1
23/06/2026
Bu əlamətdar gün münasibətilə bütün dövlət qulluqçularını təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
̇şüzrədövlətkomitəsi
22/06/2026
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin tələbələrinin “Məzun andı”
22/06/2026
İyunun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin Məzun Günü keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Azərbaycan Respublikası Milli Majlisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış ediblər.
Ətraflı: https://scara.gov.az/az/xeber/media/xeberler/azerbaycan-ilahiyyat-institutu-ve-baki-ilahiyyat-kollecinde-mezun-gunu-kecirilib
22/06/2026
İyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 25 ili tamam olur.
Bu münasibətlə Komitə, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu, Bakı İlahiyyat Kollecinin rəhbərliyi və əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.
Ətraflı: https://scara.gov.az/az/xeber/media/xeberler/dini-qurumlarla-is-uzre-dovlet-komitesinin-tabeliyindeki-qurumlarin-kollektivi-fexri-xiyabani-ve-sehidler-xiyabanini-ziyaret-edib
21/06/2026
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 25 il ötür.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ümummilli Lider Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə yaradılıb.