Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi

Share

AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi

Baku General Directorate on Architecture and Urban Planning near State Committee of Urban Planning and Architecture of Azerbaijan Republic

01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Bu əlamətdar gün münasibətilə bütün uşaqları səmimi qəlbdən təbrik edir, onlara xoşbəxt uşaqlıq, möhkəm sağlamlıq və parlaq gələcək arzulayırıq.

28/05/2026

Bu gün Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri – ’nü qeyd edirik.

1918-ci il 28 May tarixi xalqımızın azadlıq və müstəqillik arzularının gerçəkləşdiyi, Xalq Cümhuriyyətinin yaradılması ilə milli dövlətçilik ənənələrinin yeni mərhələyə qədəm qoyduğu bir gündür.

Bu əlamətdar gün münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, xalqımıza daim sülh, rifah və uğurlu gələcək arzulayırıq.

27/05/2026

İnsanları xeyirxahlıq, mərhəmət və paylaşmaq kimi ali dəyərlər ətrafında birləşdirən müqəddəs münasibətilə hər kəsi səmimi qəlbdən təbrik edirik.

Photos from Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi's post 21/05/2026

çərçivəsində ’nda “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təqdimatı olub.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov çıxış edərək, Baş Planın əsas prioritetləri, polisentik şəhər inkişafı, dayanıqlı nəqliyyat sistemi, müasir infrastruktur, əlçatan mənzil təminatı və insanların həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçiriləcək yanaşmalar barədə məlumat verib.

Sessiya çərçivəsində Bakının daha “yaşıl”, inklüziv, dayanıqlı və insanmərkəzli şəhər kimi inkişafı üçün nəzərdə tutulan strateji hədəflər, həmçinin uzunmüddətli şəhərsalma planlaşdırılmasının əhəmiyyəti müzakirə olunub.

10/05/2026

🇦🇿 Bu gün dövlətçilik tarixinin memarı, müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Photos from Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi's post 08/05/2026

Bu gün Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində növbəti vətəndaş qəbulu baş tutub.

Qəbul zamanı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov tərəfindən paytaxt sakinlərinin ’yə və istismara icazələrin verilməsi prosesi, nəzarəti və şəhərdə aparılan tikinti və yenidənqurma layihələri ilə bağlı sualları və müraciətləri dinlənilib, həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə bağlı tövsiyələr və aidiyyəti üzrə göstərişlər verilib.

Photos from Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi's post 07/05/2026

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov Azərbaycan Tibb Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş “Sağlamlıq və Texnologiyanın Zirvəsi” adlı beynəlxalq elmi-praktik konfransın açılış mərasimində çıxış edib.

Read Qasımov müasir dövrdə , , texnologiya və sahələrinin bir-biri ilə sıx bağlı istiqamətlər kimi insanların həyat keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini vurğulayıb. O bildirib ki, bu kimi platformalar müxtəlif sahələr arasında əməkdaşlığın gücləndirilməsi, innovativ yanaşmaların təşviqi və sağlam, dayanıqlı şəhər mühitinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Read Qasımov konfransın təşkilinə görə Azərbaycan Tibb Universitetinin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib, tədbirlə bağlı uğurlar arzulayıb.

Photos from Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi's post 01/05/2026

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən təşkil olunan “İctimai proseslər media müstəvisində” Forumunda iştirak edib.

Tədbirdə çıxış edən Read Qasımov proseslərinin insanların həyat keyfiyyəti, 'nin inkişafı və ictimai məkanların formalaşdırılması ilə birbaşa bağlı olduğunu bildirib. Həmçinin şəhərinin 2040-cı ilədək 'ı çərçivəsində həyata keçirilən istiqamətlərindən bəhs edib. Qeyd edib ki, Baş plan şəhər infrastrukturunun təkmilləşdirilməsi, əlverişli və şəhər mühitinin yaradılması, eləcə də vətəndaşların rifahının yüksəldilməsinə xidmət edir.

Xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının bu sahənin inkişafına göstərilən daimi xüsusi diqqət və qayğının daha bir bariz nümunəsi olduğunu vurğulayıb.

Photos from Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi's post 14/04/2026

“Ulu Öndər Heydər Əliyev və Azərbaycanın memarlıq irsi” mövzusunda tədbir keçirilib

Aprelin 14-də Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin dəstəyi ilə “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın memarlıq irsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları, tanınmış , habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın memarlıq irsi” mövzusuna həsr olunmuş foto-sərgi ilə tanış olublar. Daha sonra Ulu Öndərin və ənənələrinin qorunub inkişaf etdirilməsi sahəsində misilsiz xidmətlərindən bəhs edən sənədli film nümayiş olunub.

“ ” çərçivəsində təşkil olunan tədbiri giriş sözü ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov açaraq, müasir Azərbaycanın şəhərsalma və memarlıq sahəsinin inkişafında Heydər Əliyevin müstəsna rolundan bəhs edib. O qeyd edib ki, Ümummilli Liderin rəhbərliyi dövründə şəhərsalma və memarlıq sahəsi keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub, tarixən formalaşmış şəhərlərin və şəhərsalma strukturlarının qorunması istiqamətində mühüm qərarlar qəbul olunub, abidələrinin bərpası üzrə ardıcıl və planlı işlər həyata keçirilib.

Daha sonra çıxış edən Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə memarlıq irsinin inventarlaşdırılması, mühafizəsi və bərpası sistemli xarakter alıb. Həmçinin Bakı şəhərinin inkişafı planlaşdırma prinsipləri əsasında həyata keçirilməyə başlanılıb, paytaxtın Baş Planının yenilənməsi, ərazilərin funksional zonalara bölünməsi, yeni yaşayış massivlərinin salınması və mühəndis-kommunikasiya infrastrukturunun modernləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Qeyd olunub ki, bu gün həmin strateji kurs İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir, tarix-memarlıq irsinin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Read Qasımov bildirib ki, bu gün qarşıda duran əsas vəzifə şəhərləri həm tarixi kimliyini qoruyan, həm də müasir urbanistik tələblərə cavab verən dayanıqlı yaşayış mühitinə çevirməkdən ibarətdir.

Milli Məclisin deputatları Könül Nurullayeva, Aydın Hüseynov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, professor Sabir Məmmədov öz çıxışlarında Ümummilli Lider Heydər Əliyevin memarlıq irsinin Azərbaycan xalqının tarixi yaddaşının, mədəni identikliyinin və milli dəyərlərinin ayrılmaz tərkib hissəsi olduğunu bildirib, bu irsin qorunub gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıblar.

31/03/2026

1918-ci ildə xalqımıza qarşı törədilmiş soyqırım tarixinin ən faciəli və unudulmaz səhifələrindən biri kimi yaddaşlara həkk olunmuşdur.

Bəşər tarixində silinməz iz qoyan faciə qurbanlarının əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq.


Want your business to be the top-listed Government Service in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


İstiqlaliyyət Küçəsi, 18
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00