Bakı Ağır Cinayətlər Məhkəməsi

Bakı Ağır Cinayətlər Məhkəməsi

Share

Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin rəsmi Facebook səhifəsi

28/12/2024

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədova REAL TV-də yayımlanan "Realda Femida vaxtı" verilişinin qonağı olub.

27/12/2024

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyev REAL TV-də yayımlanan "Realda Femida vaxtı" verilişinin qonağı olub.

Photos from Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası's post 27/12/2024
24/12/2024

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2002-ci il 12 dekabr tarixli 3 nömrəli Qərarında dəyişiklik edilib.

Dəyişikliklərlə tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz.

https://supremecourt.gov.az/storage/pages/2185/20-dekabr-2024-14-sayli.pdf

29/10/2023

Bu gün - oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasından 100 il ötür.

28/10/2023
24/10/2023

Bu gün – oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsindən 3 il ötür.

Müzəffər Azərbaycan Ordusunun 2020-ci ilin sentyabr ayının 27-də başladığı və 44 gün davam edən Vətən muharibəsinin 29-cu günündə Qubadlı şəhərinin 27 illik işğalına son verildi və şanlı Azərbaycan bayrağı Qubadlı şəhərində yenidən dalğalanmağa başladı.

23/10/2023

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılmış cinayət işi üzrə təqsirləndirilən şəxs Babayev Zaur Adil oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 145.3, 149.2.4, 150.3.3, 120.2.4, 120.2.6, 120.2.9 maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkəmənin 23 oktyabr 2023-cü il tarixli hökmü ilə cəzasını həbsxanada çəkməklə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs faktiki nikah münasibətlərində yaşadığı qadını yetkinlik yaşına çatmayan qızının gözləri qarşısında təkrar-təkrar zorlamaqla, onların azadlığını qanunsuz məhdudlaşdırmaqla, eyni zamanda yetkinlik yaşına çatmayan qız uşağının köməksiz vəziyyətindən istifadə etməklə anasının gözü qarşısında qeyri-təbii yolla cinsi əlaqədə olaraq ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməklə, ona çoxsaylı zərbələr endirməklə fiziki ağrılar yetirdikdən sonra onun aman diləyən yalvarışlarına, fiziki cəhətdən ondan kəskin zəif olmasına məhəl qoymayıb, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək, işgəncə və xüsusi ağrılar verdiyini arzu və dərk etməklə təkrarən yetkinlik yaşına çatmayanı zorlamaqla, ona qarşı təkrarən seksual xarakterli zorakılıq hərəkətlər etdikdən sonra törətmiş olduğu cinayət əməlini gizlətməkdən ötrü yetkinlik yaşına çatmayanı qəsdən öldürmək niyyətini həyata keçirmək üçün artıq halsız vəziyyətdə yerdə qalıb ona aktiv müqavimət göstərmək imkanından məhrum olduğundan onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan yetkinlik yaşına çatmayanın bədən səthinə əlindəki bıçaqla ardıcıl zərbələr vuraraq onu qəsdən həyatdan məhrum etməkdə təqsirli bilinmişdir.

20/10/2023

2023-cü il oktyabrın 19-da Şuşa şəhərində türkdilli dövlətlərin Ali Məhkəmələrinin sədrlərinin iştirakı ilə Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Ədalət muhakiməsi və informasiya texnologiyaları: müasir çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda mövzu ətrafında çıxışlar dinlənilmiş, yekunda Türk Dövlətləri Ali Məhkəmələri Konfransının təsis edilməsi ilə bağlı Şuşa Bəyannaməsi imzalanmışdır.
Məhkəmə-Hüquq Şurasının üzvü, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilov qeyd olunan konfransda iştirak etmişdir.

20/10/2023

20 oktyabr - Zəngilan Şəhəri Günüdür.

Bu gün Müzəffər Azərbaycan Ordusunun Zəngilan şəhərini işğaldan azad etməsindən 3 il ötür.

18/10/2023

Bakı Ağır Cinayətlər Məhkəməsində 7 yaşlı Nəzrin Ələmdar qızı Bədirxanovaya (anket məlumatları şərtidir) qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilməsinə dair cinayət işi üzrə yekun məhkəmə qərarı çıxarılmışdır. Həmin məhkəmənin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə baxılan işdə 17.10.2023-cü il tarixli hökmlə təqsirləndirilən şəxs Bayramov Gülverdi Gülağa oğlu (anket məlumatları şərtidir) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

18/10/2023

2000-ci ildən 2021-ci ilin may ayınadək ötən illər ərzində özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək 41 nəfər zərərçəkmiş şəxsə ümumilikdə 2.600.000 manatdan çox ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilən Babayev Aqil Zalış oğlunun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə 18.10.2023-cü il tarixdə hökm çıxarılmışdır. Məhkəmənin hökmünə əsasən Babayev Aqil Zalış oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə qəti olaraq 12 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

Want your business to be the top-listed Government Service in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Səməd Vurğun Küçəsi, 46
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00