31/05/2026
Hər il mayın 31-i bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda Ümumdünya Himayədar Ailə Günü kimi qeyd olunur.
ℹ️ Məqsəd valideyn himayəsindən məhrum olan uşaqları ailə şəraitində müvəqqəti böyüdən himayədar ailələrin əhəmiyyətini vurğulamaq, onları dəstəkləməkdir.
➡️ https://sosial.gov.az/az/media/xeberler/bu-gun-umumdunya-himayedar-aile-gunudur-9340
28/05/2026
Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib.
Dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verilərək bildirilib ki, müəssisədə 85 nəfər daimi işlə təmin olunub ki, onlar da əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlardır. Bununla yanaşı, Xocalı və Ağdam rayonlarının 40 sakini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə təşkil edilən 2 aylıq peşə təliminə cəlb olunacaq. Təlim proqramını uğurla başa vuran iştirakçılar müəssisədə işlə təmin ediləcəklər. Gələcəkdə iş yerlərinin sayının 200-ə çatdırılması, əlavə olaraq geyim istehsalının təşkili planlaşdırılır.
Qeyd edək ki, “Qarabağ Tekstil Evi” MMC-nin Xankəndi şəhərində yerləşən tikiş fabrikində hazırda 60 nəfər çalışır.
➡️ https://president.az/az/articles/view/72608
28/05/2026
Birinci vitse-prezident Mehriban Əliyeva 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib.
27/05/2026
28 May – Milli qürur günümüzdür! 🇦🇿
Müsəlman Şərqində ilk parlamentli demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür. 🎉
27/05/2026
Prezident İlham Əliyev 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib.
28 May - Azərbaycanın Müstəqillik Günü
27/05/2026
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib.
26/05/2026
Milli Observatoriya olaraq, hər birinizi Müqəddəs Qurban Bayramı münasibətilə təbrik edirik!
Bu mübarək günlərdə hər birinizə sülh, rifah və birlik dolu bayram arzulayırıq!✨
26/05/2026
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib.
Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.
Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
26/05/2026
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
↪ https://president.az/az/articles/view/72559