18/04/2026
Nazirlikdə növbəti kollegiya iclası keçirilib.
Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında sosial təminat sisteminin ildən-ilə gücləndirildiyini vurğulayan nazir Anar Əliyev bu sahədə aparılan işləri, aktiv məşğulluq proqramlarının mütəmadi genişləndirildiyini diqqətə çatdırıb.
İclasda sosial təminat, əmək və məşğulluq, beynəlxalq əlaqələr, daxili nəzarət və audit sahələrində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
gov.az
15/04/2026
Faydalı məlumatlardan ödənişsiz faydalanın!
Biz fərqli, lakin bizdən olanlar üçün çalışırıq.
Düzgün məlumat = düzgün tətbiq = uğurlu nəticə!
Forum iştirakçıları Türkiyədən dəvət olunan Uzmanlar tərəfindən sertifikatla təltif olunacaqlar.
Qeydiyyat QR kod ilə.
15/04/2026
AQEM-də keçirilən beynəlxalq konfrans çərçivəsində iştirak etdiyim panel bir daha göstərdi: qadın sahibkarlığının güclənməsi artıq strateji prioritetdir.
Süni intellekt və rəqəmsallaşma qadınlar üçün yeni imkanlar açır. Bu imkanlardan düzgün istifadə isə gələcəyin əsas fərq yaradan faktorudur.
Qadının gücü – cəmiyyətin inkişafıdır.
13/04/2026
*Autizmə yanaşmada yeni mərhələ başlayır.*
Autizm sahəsində bilik, təcrübə və fərqli yanaşmaları bir araya gətirən *“Autizm Araşdırmalar və İnkişaf Forum II – 2026”* sizlər üçün dəyərli bir mühit olacaqdır.
*Tarix:* 18 aprel 2026
*Saat:* 09:30
*Məkan:* Nizami Kino Mərkəzi
*Məlumat:* Türkiyədən dəvət olunmuş, autizm sahəsində ən zəngin təcrübəyə malik mütəxəssislər bu sahədə öz peşəkar təcrübələrini və bu sahənin inkişafı üçün görülən işləri sizinlərlə bölüşəcək.
*Forum:*
- fərqli baxışları bir araya gətirən
- düşüncə və yanaşmanı inkişaf etdirən amillər
- real nəticələrə yönələn platformadır.
Bu, sadəcə bir forum deyil — daha dərindən anlamaq, fikir mübadiləsi aparmaq və irəliyə doğru real addımlar atmaq üçündür.
*Diqqət!* Foruma qeydiyyat postdakı QR kod vasitəsilə aparılır.
02/04/2026
2 Aprel – Dünya Autizm Məlumatlandırma Günüdür.
Bu gün sadəcə bir tarix deyil. Bu gün fərqliliyin gücünü qəbul etdiyimiz, anlayışı və empatiyanı prioritetə çevirdiyimiz gündür.
Autizm xəstəlik deyil – bu, fərqli düşünmə və dünyanı fərqli qavrama formasıdır. Bizim əsas vəzifəmiz isə bu fərqliliyi dəyişdirmək yox, onu anlamaq, qəbul etmək və dəstəkləməkdir.
Cəmiyyət olaraq daha inklüziv, daha həssas və daha məlumatlı olmalıyıq. Çünki hər bir uşaq, hər bir fərd düzgün yanaşma ilə öz potensialını maksimum səviyyədə reallaşdıra bilər.
Unutmayaq:Fərqli olmaq zəiflik deyil.Fərqli olmaq – başqa cür güclü olmaqdır.
Gəlin bu gün yalnız paylaşım etməklə kifayətlənməyək. Bir addım daha irəli gedək:maariflənək, öyrənək və dəstək olaq.
14/03/2026
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti hörmətli xanım Aktotı Raimkulovanın dəvəti ilə iftar süfrəsində iştirak etdim.
Bu mübarək Ramazan günlərində ortaq mədəni dəyərlərimizi, mənəvi birliyimizi və türk dünyasının həmrəyliyini əks etdirən belə görüşlər xüsusi önəm daşıyır.
Dəvətə görə təşəkkür edir, bu mübarək ayda tutulan orucların, edilən duaların və paylaşılan süfrələrin hər kəs üçün qəbul olunmasını arzulayıram.
12/03/2026
KOBİAi, Marsol Group və İCMA – İdarəetmə Konsaltinq və Marketinq Assosiasiyası tərəfindən təşkil olunan “İftar Süfrəsi” tədbirində iştirak etdim.
Dəvətə və səmimi təşkilata görə təşkilatçılara təşəkkür edirəm. Allah Ramazan ayının bərəkətini hər birimizin həyatına, ailəsinə və işinə nəsib etsin.
10/03/2026
Milli mədəni irsimiz xalqımızın yaddaşı və kimliyidir.
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşkilatçılığı ilə görkəmli Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş “Qərbi Azərbaycanlıların Milli Geyim İrsi” adlı albom-kitabın və eyni adlı sərginin təqdimat mərasimində iştirak etdim.
Qərbi Azərbaycan mədəniyyətinin zənginliyini, estetik dünyasını və tarixi köklərini əks etdirən bu layihə milli yaddaşımızın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Belə təşəbbüslər yalnız keçmişi xatırlatmır, həm də gələcək nəsillərə kim olduğumuzu və haradan gəldiyimizi anlatmaq üçün mühüm platforma yaradır.
09/03/2026
Milli Aviasiya Akademiyasında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirə dəvət aldım və böyük məmnuniyyətlə iştirak etdim.
Tədbirin yüksək səviyyədə təşkilinə görə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevə xüsusi təşəkkürümü bildirirəm. Akademiyanın rəhbərliyinin elmə, təhsilə və gənclərin inkişafına göstərdiyi diqqət və qayğı təqdirəlayiqdir.
Milli Aviasiya Akademiyası güclü pedaqoji heyəti və yüksək potensiala malik kreativ, innovativ düşüncəli tələbələri ilə ölkəmizin elmi və texnoloji inkişafına mühüm töhfə verən aparıcı təhsil ocaqlarından biridir.
Bu elm və intellekt mühitində yetişən gənclər Azərbaycanın gələcək inkişafının mühüm dayaqları olacaq.
08/03/2026
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva ilə görüşümüz baş tutdu.
Görüş zamanı İDDO Psixi Sağlamlıq Proqramı çərçivəsində son illər ərzində həyata keçirilən fəaliyyətlər və əldə olunan nəticələr haqqında ətraflı məlumat təqdim etdik. Proqramın rəhbəri olaraq görülən işlər, həyata keçirilən layihələr və əldə edilən nəticələr barədə təqdimat etdim.
Eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlarla çalışan mütəxəssislərin daha peşəkar fəaliyyət göstərməsi məqsədilə vahid nəzarət sisteminin qurulması, psixoloji protokolların və standartların hazırlanması, həmçinin yeni xüsusi layihələrin yaradılması və uşaqların psixi sağlamlığının qorunması istiqamətində gələcək planlarımız geniş şəkildə müzakirə olundu.
İDDO Psixi Sağlamlıq Proqramının baş psixoloqu Rövşən Nəzərli isə xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlam inkişafı üçün tətbiq olunmalı terapevtik metodların ardıcıllığı və onların praktik tətbiq mexanizmi barədə məlumat verdi.
Leyla xanım Əliyeva öz dəyərli tövsiyə və məsləhətlərini bölüşərək görülən işlərin daha sürətli və daha effektiv şəkildə həyata keçirilməsi istiqamətində faydalı tapşırıqlar verdi.
Əziz Leyla xanım, dəyərli ziyarətiniz və göstərdiyiniz diqqət üçün Sizə dərin təşəkkürümü bildirirəm. Zərif, nəcib və mehriban qəlbinizə görə Allah Sizi qorusun.❤️
Leyla Aliyeva