01/06/2026
“Ağ ölümə” qarşı birlikdə mübarizə aparmalıyıq
Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 9 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Görüşdə çıxış edən RPŞ-nin rəisi polis polkovnik-leytenantı Anar Xəlilov narkotik maddələrin insan sağlamlığı və gələcəyi üçün ciddi təhlükə yaratdığını, bu bəlanın aludəçisinə çevrilən hər bir gəncin cəmiyyətdən uzaqlaşaraq həyatını məhv etdiyini bildirib.
Erkən nikahların fəsadları mövzusunda da çıxış edən şöbə rəisi, yeniyetmə vaxtlarında gənclərin ailə qurmasının qanunla qadağan olunduğunu, bu cür halların gənclərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edib.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və narkotiklərin insan sağlamlığına vurduğu zərərləri əks etdirən videoçarx nümayiş etdirilib.
27/05/2026
Nərimanov Rayon Polis İdarəsinin təşkilatçılığı ilə T.Həsənov adına 57 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici təbirlər keçirilib.
Görüşdə çıxış edən Nərimamov Rayon Polis İdarəsinin rəisi polis polkovniki Arzu Heydərov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı ciddi fəsadlardan danışıb. Həmçinin iştirakçılara əsrin bəlası hesab olunan narkomaniyaya qarşı mübarizənin effektiv təşkili məqsədilə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti, gənc nəslin sağlam ruhda va düşüncədə formalaşmasının, valideyn etimadını doğrultmasının, Vətənə layiqli vətəndaş kimi yetişməsinin vacibliyi barədə məlumat verilib. Görüşlərin sonunda şagirdləri va digər iştirakçıları maraqlandıran suallar cavablandırılıb, narkotik vasitələrin insan sağlamlığına va cəmiyyətə vurduğu zərərləri əks etdirən videoçarxlar nümayiş etdirilib.
26/05/2026
Daşkəsəndə maarifləndirici tədbir keçirilib
Daşkəsən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbdə “Narkotikə yox deyək” və “Erkən nikahın fəsadları” mövzularında maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin şagird, müəllim və valideyn kollektivləri iştirak ediblər.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi polis polkovniki Məhəmməd Əhmədbəyli narkomaniyanın cəmiyyətə və insan sağlamlığına vurduğu zərərlərdən danışıb, xüsusilə gənc nəslin bu kimi mənfi vərdişlərdən uzaq olmasının vacibliyini vurğulayıb. Həmçinin erkən nikahların yaratdığı sosial və psixoloji problemlər barədə iştirakçılara ətraflı məlumat verilib.
Görüş zamanı məktəbliləri maraqlandıran suallar cavablandırılıb, mövzularla bağlı maarifləndirici söhbətlər aparılıb. Tədbirin sonunda narkomaniyanın fəsadlarından bəhs edən videoçarx nümayiş etdirilib.
26/05/2026
Gənclər arasında narkomaniyaya və erkən nikaha qarşı təbliğat işləri davam etdirilir
Polis əməkdaşları tərəfindən Şirvan şəhərində və Ucar rayonunda yerləşən məktəblərdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.
Görüşlərdə çıxış edən polis əməkdaşları narkomaniyanın insan sağlamlığına, ailəyə və cəmiyyətə vurduğu zərərlərdən, həmçinin erkən nikahın yaratdığı sosial və psixoloji problemlərdən danışıblar.
Tədbir iştirakçılarına sağlam həyat tərzi, təhsil və düzgün seçimlərin əhəmiyyəti barədə məlumat verilib, onları gələcəklərinə məsuliyyətlə yanaşmağa çağırıblar.
Görüşlərin sonunda narkotiklərin insan sağlamlığına vurduğu zərərləri əks etdirən videoçarxlar nümayiş etdirilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.
26/05/2026
Sağlam gələcək naminə narkotikə yox deyək!
📍Antinarkotik təbliğatı çərçivəsində polis əməkdaşları tərəfindən Astara rayon Kakalos kənd tam orta ümumtəhsil məktəbi, Yardımlı şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbi və Cəlilabad rayon Göytəpə şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbində növbəti maarifləndirici görüşlər keçirilib.
🔹 Çıxışlarda narkotik vasitələrin insan sağlamlığına, cəmiyyətin təhlükəsizliyinə və gənclərin gələcəyinə vurduğu ciddi zərərlər barədə ətraflı məlumat verilib, zərərli vərdişlərdən uzaq durmağın vacibliyi vurğulanıb.
🔹 Şagird və tələbələrə hüquqazidd əməllərin məsuliyyəti izah olunub, sağlam həyat tərzi seçiminin uğura aparan əsas yol olduğu diqqətə çatdırılıb.
26/05/2026
Beyləqanda maarifləndirmə tədbirləri davam etdirilir
Beyləqan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Gənclər Evində şagirdlərin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi polis polkovniki Ceyhun Qurbanov narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu ağır fəsadlardan danışaraq məktəbliləri bu kimi təhlükəli hallardan uzaq olmağa çağırıb. Bildirilib ki, sağlam düşüncə və düzgün seçim hər bir gəncin həyatında mühüm rol oynayır.
Görüş zamanı iştirakçılara digər zərərli vərdişlərin yaratdığı mənfi nəticələr, təhlükəli mühitlərdən qorunma yolları və sağlam həyat tərzinin üstünlükləri barədə məlumatlar verilib. Eyni zamanda internetdə törədilən dələduzluq halları, saxta linklər və şəxsi məlumatların qorunması ilə bağlı vacib tövsiyələr diqqətə çatdırılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzuya dair maarifləndirici videoçarx nümayiş etdirilib.