Sosial Xidmətlər Agentliyi

Sosial Xidmətlər Agentliyi

Share

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi

Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

29/05/2026

Photos from Sosial Xidmətlər Agentliyi's post 28/05/2026

Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib.

Dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verilərək bildirilib ki, müəssisədə 85 nəfər daimi işlə təmin olunub ki, onlar da əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlardır. Bununla yanaşı, Xocalı və Ağdam rayonlarının 40 sakini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə təşkil edilən 2 aylıq peşə təliminə cəlb olunacaq. Təlim proqramını uğurla başa vuran iştirakçılar müəssisədə işlə təmin ediləcəklər. Gələcəkdə iş yerlərinin sayının 200-ə çatdırılması, əlavə olaraq geyim istehsalının təşkili planlaşdırılır.

Qeyd edək ki, “Qarabağ Tekstil Evi” MMC-nin Xankəndi şəhərində yerləşən tikiş fabrikində hazırda 60 nəfər çalışır.

➡️ https://president.az/az/articles/view/72608

28/05/2026

28/05/2026

Dövlət müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir. 🇦🇿

28/05/2026

Birinci vitse-prezident Mehriban Əliyeva 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib.

27/05/2026

28 May – Milli qürur günümüzdür! 🇦🇿

Müsəlman Şərqində ilk parlamentli demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür. 🎉

27/05/2026

Prezident İlham Əliyev 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib.

28 May - Azərbaycanın Müstəqillik Günü

Photos from Sosial Xidmətlər Agentliyi's post 27/05/2026

🔹 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə himayədar ailələrlə görüş keçirilib.

ℹ️ 31 May - Ümumdünya Himayədar Ailə Gününə həsr olunan görüşdə himayədar valideynlər və həmin ailələrə yerləşdirilən uşaqlar iştirak ediblər.

Görüş himayədar ailə institutunun inkişafına töhfə vermək, himayədar valideynlərlə uşaqlar arasında münasibətlərin daha da möhkəmləndirilməsini təşviq etmək məqsədi daşıyıb.

Tədbirdə himayədar ailələrin xidmətlə bağlı təəssüratları dinlənilib, əldə etdikləri təcrübələr ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

İştirakçılara Agentliyin fəaliyyət istiqamətləri və himayədar ailələrlə bağlı həyata keçirilən sosial dəstək və xidmət mexanizmləri barədə ətraflı məlumat verilib.

Görüş çərçivəsində uşaqlar üçün master-klas da təşkil edilib.

27/05/2026

🔹Evdə sosial xidmətə ehtiyacı olan şəxs hara müraciət etməlidir❓

ASAN Radio

27/05/2026

Sizi Qurban bayramı mübasibətilə təbrik edir, bu əlamətdar günlərin ölkəmiz və xalqımız üçün uğurlu olmasını diləyirik. 🎉

27/05/2026

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib.

Want your business to be the top-listed Government Service in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Bakı şəhəri, Ziya Bünyadov Pr. 1965, Çinar Park Biznes Mərkəzi, 1-ci Bina, 2-ci Mərtəbə
Baku
1075

Opening Hours

Monday 09:30 - 18:30
Tuesday 09:30 - 18:30
Wednesday 09:30 - 18:30
Thursday 09:30 - 18:30
Friday 09:30 - 18:30