29/05/2026
Gənclərin karyera inkişafına dəstək məqsədilə “CV Yazılışı Günləri” davam edir! 💼
Vörkşop çərçivəsində iştirakçılar:
✅ Öz CV-lərini sıfırdan hazırlamaq;
✅ Mövcud CV-lərini təkmilləşdirmək;
✅ Vakansiyalara uyğun şəkildə təqdim etmək bacarıqları qazanıblar.
📌Qeyd edək ki, “CV Yazılışı Günləri” mütəmadi olaraq keçiriləcək.
28/05/2026
GİKM-in regional nümayəndəlik və bölmələrində 28 May - Müstəqillik Günü münasibətilə bir sıra tədbirlər keçirilib.
28/05/2026
Yaşasın müstəqil, qüdrətli, suveren Azərbaycan! 🇦🇿
27/05/2026
Birlik, paylaşma və yardımsevərlik ruhunu yaşadan Qurban bayramınız mübarək!
26/05/2026
🚀 Gələcəyin texnologiyalarını və süni intellekt dünyasının yeniliklərini kəşf etməyə hazırsınız?
İnnovasiya və texnologiya sahəsinə maraq göstərən hər bir gənci Gənclərin Süni İntellekt Forumunda gözləyirik!🤩
Forum çərçivəsində iştirakçılar:
🔹 Süni intellekt sahəsində son yeniliklərlə tanış olacaq;
🔹 Süni intellekt texnologiyalarının iş dünyasına təsirini öyrənəcək;
🔹 Sahənin mütəxəssisləri ilə fikir mübadiləsi aparacaq;
🔹 Gələcəyin peşələri və rəqəmsal bacarıqları barədə faydalı biliklər qazanacaqlar.
⏰9 iyun 14:00
📍Bakı Konqres Mərkəzi
Qeydiyyat üçün link: https://forms.gle/M1LJdoVv4bo2CfW2A
24/05/2026
İş axtarışında doğru və effektiv addımları öyrənmək istəyən “İş axtarışı üsulları” mövzusunda təlim uğurla baş tutub! 💼
Gənclərin Karyera İnkişaf Platforması çərçivəsində keçirilən təlimdə iştirakçılar iş axtarışı strategiyaları, vakansiyaların düzgün təhlili, müxtəlif iş platformalarından səmərəli istifadə və işə qəbul prosesində diqqət edilməli məqamlar barədə məlumat əldə ediblər.
Təlim Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Nərgiz Şirinova tərəfindən keçirilib.
22/05/2026
“Gənclər üçün HR Akademiyası” proqramına qoşularaq insan resursları sahəsində praktik və peşəkar biliklər əldə et!
🎓 12 dərslik və 3 praktiki modulluq proqramın sonunda beynəlxalq sertifikat təqdim olunacaq.
Proqram çərçivəsində:
🔹Əmək qanunvericiliyi və namizəd seçimi;
🔹Performans idarəetməsi və HR proqramları;
🔹Sənədləşmə və kadr kargüzarlığı kimi sahələri öyrənəcəksən.
🔗Qeydiyyat üçün link: https://forms.gle/tuKhNB4p4JtTHRM59
📅 Son qeydiyyat tarixi: 30 may
HR sahəsində karyerana güclü başlanğıc et və gələcəyin peşəkarı ol!
22/05/2026
Azərbaycan Respublikasının Gənclər Fondu gənclər və gənclər təşkilatları üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edir!
🎯Müsabiqənin məqsədi dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq gənclərin və gənclər təşkilatlarının potensialının inkişaf etdirilməsi, onların sosial, iqtisadi, mədəni və ictimai həyatda fəal iştirakının təşviqi, innovativ və ictimai faydalı təşəbbüslərinin dəstəklənməsi, həmçinin milli-mənəvi dəyərlərə sadiq, yaradıcı, vətənpərvər və sosial məsuliyyətli gənclərin formalaşmasına töhfə verməkdir.
Müsabiqə aşağıdakı istiqamətləri əhatə edir:
🔹Milli kimlik, vətənpərvərlik və dəyər əsaslı inkişaf;
🔹️Gənclərin inkişafı və insan kapitalının gücləndirilməsi;
🔹️Sosial inklüzivlik və bərabər imkanların təşviqi;
🔹️Rəqəmsal gələcək, innovasiya və süni intellekt;
🔹️Yaradıcı sənaye və mədəni innovasiyalar;
🔹️Regionlarda gənclərin iştirakçılığı və ictimai fəallıq;
🔹️Dayanıqlı inkişaf və gənclərin ekoloji məsuliyyəti.
Qrantların maksimum məbləğləri:
👤 Gənclərin (fiziki şəxslərin) fərdi layihələri üzrə – 5 000 AZN;
👥 Gənclər təşkilatlarının yerli layihələri üzrə – 10 000 AZN;
🌍 Gənclər təşkilatlarının beynəlxalq layihələri üzrə – 15 000 AZN.
Müsabiqənin müddəti:
• Başlanma tarixi: 22 may 2026-cı il
• Son müraciət tarixi: 22 iyun 2026-cı il saat 18:00
📌Qrant müsabiqəsi haqqında ətraflı məlumat: https://youthfoundation.az/192976/
20/05/2026
📢 Gənclərin İnkişaf və Karyera Mərkəzi keçirilən karyera sərgilərində təmsil olunub.
✨ Bakı Dövlət Universiteti və Azərbaycan İdman Akademiyasında keçirilən sərgilər zamanı tələbə və məzunlara GİKM-in fəaliyyət istiqamətləri, proqram və imkanları haqqında məlumat verilib.
19/05/2026
🎯 “Youth Start” şəxsi inkişaf proqramı çərçivəsində “Layihə idarəetməsində peşəkar yanaşmalar və real təcrübələr” mövzusunda təlim keçiriləcək.
Təlim zamanı iştirakçılara:
🔹 Layihələrin planlaşdırılması və düzgün idarə olunması prinsipləri;
🔹 Layihə idarəetməsində real təcrübələr və praktik yanaşmalar;
🔹 Layihə idarəetməsində qarşılaşılan çətinliklər və həll yolları barədə məlumat veriləcək.
Təlim “Azərpoçt” MMC-nin Layihə və proseslərin idarə olunması departamentinin Direktoru İlkin Haxverdiyev, “SOCAR-KBR” MMC-nin Layihəyə nəzarət meneceri Kamran Cəbrayılov tərəfindən keçiriləcək.
📅 Tarix: 22 may 19:00
📍 Məkan: Gənclər Təşkilatlarının Resurs Mərkəzi
➡️Qeydiyyat üçün link: https://forms.gle/KyGrccffnP1NCFop8
📌 Təlimin sonunda iştirakçılara onlayn sertifikat təqdim olunacaq.
18/05/2026
18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə GİKM-in regional nümayəndəlik və bölmələrində muzeylərə ekskursiyalar təşkil olunub.