Bakı KOB Evi
Kiçik biznesin Böyük Ünvanı!
28/09/2024
KOBİA və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, “Marsol Group”, “Məlhəm Beynəlxalq Hospital”, Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Mərkəzi Qan Bankının tərəfdaşlığı ilə Bakı KOB evində 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Bir damla qan, min ümidə can” devizi ilə qanvermə aksiyası keçirilib.
Ətraflı - bit.ly/4ejC8kP
26/09/2024
KOB evləri – operativlik, şəffaflıq və rahatlığın birləşdiyi məkan REPORTAJ KOB evləri – operativlik, şəffaflıq və rahatlığın birləşdiyi məkan REPORTAJ 24 Sentyabr 2024 17:25 Böyük müəssisələrə nisbətən daha çox dəstəyə, həssas yanaşmaya ehtiyac duyan mikro, kiçik və orta sahibkarlar əvvəllər biznesin qurulması və inkişaf etdirilməsi ü....
20/09/2024
20/08/2024
“Bakı KOB evi”ndə Dövlət Dəniz və Liman Agentliyi tərəfindən təqdim edilən müddətsiz xüsusi hazırlıq şəhadətnamələri üzrə sənəd qəbulu və hazır sənədlərin verilməsi xidmətinin göstərilməsinə başlanılıb.
Ətraflı - https://bit.ly/3Za96Qb
07/08/2024
sahəsində subyektlərinin işinin daha da asanlaşdırılması məqsədilə “Bakı KOB evi”ndə “KOB anbarı” yaradılıb. Bakı Baş Gömrük İdarəsi və Hava Limanı vasitəsilə ölkəyə gətirilən mallar üçün KOB subyektləri bu anbarın imkanlarından istifadə edə bilərlər. Anbar 1350 kvadrat metr ərazini əhatə edir. Anbarda KOB subyektlərinin kiçik həcmli malları saxlanılır və “Bakı KOB evi”ndə rəsmiləşdirilməsi həyata keçirilir.
“KOB gömrük anbarı” KOB-ların mallarının operativ şəkildə rəsmiləşdirilməsi, bu sahədə fəaliyyətin sürətləndirilməsi və daha da asanlaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşəbbüsü ilə yaradılıb.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov anbarın fəaliyyəti ilə tanış olublar.
Dövlət Gömrük Komitəsinin rəhbərliyi “Bakı KOB evi”ndə gömrük təmsilçiləri, şirkətləri və idxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlarla görüşüb, müvafiq sahədə fikir mübadiləsi aparıblar. Həmçinin, Dövlət Gömrük Komitəsinin rəhbərliyi “Bakı KOB evi”nin Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsinin xidməti pəncərələrinin fəaliyyəti ilə tanış olublar.
Qeyd edək ki, “Bakı KOB evi”ndə fəaliyyət göstərən Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında Dövlət Gömrük Komitəsi, eləcə də gömrüklə əlaqəli xidmətlər təqdim edən gömrük təmsilçiləri, logistika şirkətləri və digər idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər təqdim olunur. Bu, idxal-ixrac əməliyyatları üzrə sahibkarların vahid mərkəzdən lazımi xidmətləri almasına, bununla da vaxt və əməliyyat xərclərinə qənaət etməsinə imkan verir.
03/08/2024
2024-cü ilin I yarısında sahibkarlar -nə daha çox yükdaşımalar üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları, mənşə sertifikatının alınması, vergi və gömrük məsələləri ilə bağlı müraciət ediblər.
Ətraflı - bit.ly/3LRgTKA
22/07/2024
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə “Reklam bazarında yeniliklər və çağırışlar” mövzusunda ictimai müzakirə təşkil olunub. Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, eləcə də assosiasiyaların və şirkətlərinin 80-ə yaxın təmsilçisi iştirak edib.
ADRA-nın İdarə Heyətinin sədri Fərhad Adıgözəlov qeyd edib ki, sahibkarlar açıq məkanda reklamların yerləşdirilməsi zamanı qaydalara əməl etməlidirlər. Reklam qurğularının müasir tipli yeni daşıyıcılarla əvəzlənməsi onların yerləşdirildikləri ərazilərin və binaların estetik görünüşünə xüsusi rəng qatmaqla yanaşı, şəhər və qəsəbələrin unikal tarixi simasını, milli koloritin qorunub saxlanılmasını təmin etməlidir. Monitor tipli reklam qurğularında yayımlanan reklamların məzmunlarının vahid mərkəzdən idarə olunması məsələsi də aktualdır.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, əvvəlki illərdə reklam qanunvericiliyi barədə məlumatsızlıq bir çox hallarda cərimələrin tətbiq edilməsi ilə nəticələnirdi ki, bu da sahibkarların narazılığına səbəb olurdu. Lakin son dövrlər aparılan müşahidələrə əsasən sahibkarlar artıq daha məlumatlıdır. Bu səbəbdən qurumlararası əməkdaşlıq və maarifləndirmə tədbirlərinin davamlı olması vacibdir. KOBİA sədri reklam yerləşdirilməsi ilə bağlı -lara münasibətdə imtiyaz və güzəştlərin tətbiqinin bu sahədə fəaliyyət göstərən və ya biznesə yeni başlayanlara stimul verə biləcəyini də qeyd edib.
Tədbirdə reklam bazarındakı mövcud vəziyyət, açıq məkanda reklamın yerləşdirilməsi, reklam sahəsində fəaliyyət göstərən subyektlərinin qarşılaşdıqları çətinliklər müzakirə edilib, onların fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb.
Ətraflı - www.smb.gov.az saytının "Xəbərlər" bölməsində.
03/07/2024
TIR nəqliyyat vasitələrinin buraxılış şəhadətnaməsinin verilməsi xidməti üçün "Bakı KOB evi"nə müraciət edə bilərsiniz.
21/06/2024
Bakı Biznes Universitetinin tələbələri ilə Bakı KOB evində görüş. Cənab Orxan Məmmədov tərəfindən -nın fəaliyyəti, universitet-biznes əməkdaşlığı barədə məlumat verilib. Agentliyin təlimlərində iştirak etmiş tələbələrə sertifikatlar təqdim edilib.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
Ziya Bunyadov Prospekti 38C, 1969-cu Məhəllə
Baku
AZ1075
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
