21/03/2026
İdarəmizin bütün əməkdaşlarını və ailə üzvlərini Novruz bayramı münasibətlə təbrik edirik!
Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və işlərinizdə nailiyyətlər diləyirəm.
https://president.az/az/articles/view/71943
20/03/2026
Hörmətli həmvətənlər!
Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.
https://president.az/az/articles/view/71956
08/03/2026
Əziz və dəyərli xanımlar,
Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Zəriflik, müdriklik, şəfqət və humanizm kimi ali dəyərləri təcəssüm etdirən qadınlar cəmiyyətimizin inkişafında hər zaman mühüm rol oynayıblar. Bu gün də xanımlar əzmkar fəaliyyətləri ilə ölkəmizin dayanıqlı tərəqqisinə dəyərli töhfələr verirlər.
Bu münasibətlə hər birinizə möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayıram.
Bayramınız mübarək!
26/02/2026
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc əhaliyə qarşı törədilmiş soyqırımı aktı Azərbaycan tarixinin ən dəhşətli səhifələrindəndir.
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
26 Fevral - Xocalı Soyqırımı Günü
12/12/2025
Dərin hörmət və ehtiramla anırıq.
12 Dekabr - Ümummilli Lider Heydər Əliyevin Anım Günü
17/11/2025
SOCAR-da “Əsrin müqaviləsi”nin 31 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində “Əməyin təhlükəsizliyi üzrə lider” və “Peşəkar” müsabiqələrinin qaliblərinin təltifetmə mərasimi təşkil edilib.
SOCAR-ın vitse-prezidenti Ziba xanım Mustafayeva tərəfindən qaliblərə mükafatlar təqdim edilib.
İdarəmizin əməkdaşı, Mülki müdafiə üzrə böyük mühəndis Cavahir Qurbanova da “Əməyin təhlükəsizliyi üzrə lider” müsabiqəsinin qaliblərindən biri olub.
Cəvahir xanımı kollektivimiz adından təbrik edir, əmək fəaliyyətində yeni uğurlar arzulayırıq!
15/11/2025
SOCAR-ın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə İdarəmizin əməkdaşı - İş yerlərinin ekspertizası və monitorinqi şöbəsinin mühəndisi Mətanət Dadaşova SOCAR rəhbərliyi tərəfindən “Fəxri neftçi” döş nişanı ilə təltif olunub.
Mükafatı təqdim edən SOCAR-ın vitse-prezidenti Ziba xanım Mustafayeva onu və digər təltif olunanları təbrik edib, onlara yeni əmək nailiyyətləri arzulayıb.
Həmkarımızı kollektivimiz adından təbrik edir, gələcək fəaliyyətində müvəffəqiyyətlər diləyirik.
09/11/2025
9 Noyabr - Dövlət Bayrağı Günü
08/11/2025
Zəfər Gününüz mübarək, əziz izləyicilər!
8 Noyabr - Zəfər Günü