01/06/2026
ÖVLADLARIMIZI KİBERTƏHLÜKƏLƏRDƏN QORUYAQ!
Təhlükəsiz internet üçün valideyn nəzarəti vacibdir!
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi səhifəsi
01/06/2026
ÖVLADLARIMIZI KİBERTƏHLÜKƏLƏRDƏN QORUYAQ!
Təhlükəsiz internet üçün valideyn nəzarəti vacibdir!
28/05/2026
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən 2026-cı ilin tədbirlər planına əsasən “İnformasiya təhlükəsizliyi təqvimi” layihəsi çərçivəsində May ayı üzrə 29.05.2026-cı il tarixində saat 16:00-da başlanacaq vebinar “DevSecOps Mədəniyyəti” mövzusuna həsr olunur. Vebinarda DevSecOps yanaşmasının təşkilati mühitdə tətbiqi, təhlükəsiz proqram təminatı hazırlanması prinsipləri, təhlükəsizlik nəzarətlərinin CI/CD proseslərinə inteqrasiyası, minimal səlahiyyət prinsipinin tətbiqi, eləcə də təhlükəsiz konteyner və kitabxana idarəçiliyi üzrə yanaşmalar müzakirə ediləcək.
Məruzəçi:
Amin Bünyatov - ABB, Kiberhücumların simulyasiya üzrə qrup rəhbəri
Canlı yayımın təkrarını izləmək, eləcə də növbəti canlı yayımlar barədə məlumat almaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:
https://cert.gov.az/calendar
27/05/2026
25/05/2026
https://www.youtube.com/watch?v=WOnXjB5Sv6M
XRİTDX #wuf13 də kibertəhlükəsizliyin dayanıqlı şəhərlərin inkişafındakı rolunu nümayiş etdirir Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WU...
21/05/2026
XRİTDX WUF13-də kibertəhlükəsizliyin dayanıqlı şəhərlərin inkişafındakı rolunu nümayiş etdirir
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) xüsusi stendlə təmsil olunur.
Forum iştirakçıları stenddə ağıllı və rəqəmsallaşan şəhərlərdə kibertəhlükəsizliyin urban dayanıqlılığın təmin edilməsində oynadığı mühüm rolu əks etdirən təqdimatlar və interaktiv simulyasiyalarla tanış olurlar. Nümayiş etdirilən həllər rəqəmsal texnologiyaların şəhər həyatının bütün sahələrinə inteqrasiyası fonunda informasiya sistemlərinin təhlükəsizliyinin strateji əhəmiyyətini ön plana çıxarır.
Stenddə təqdim olunan simulyasiyalar nəqliyyat, rabitə, enerji və digər kritik xidmətlərə yönəlmiş potensial kibertəhdidlərin mümkün təsirlərini əyani şəkildə nümayiş etdirir. Təqdimatlar göstərir ki, rəqəmsal şəhər ekosistemində baş verə biləcək kiberinsidentlər təkcə texniki problem deyil, həm də şəhər xidmətlərinin fasiləsiz fəaliyyətinə, ictimai təhlükəsizliyə, iqtisadi aktivliyə və vətəndaşların rəqəmsal xidmətlərə etimadına təsir göstərə bilən amildir.
Ətraflı: https://scis.gov.az/az/news/view/363
10/05/2026
XRİTDX-də Ümummilli Lider Heydər Əliyevin doğum günü ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən bir sıra tədbirlər təşkil olunmuşdur.
XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev və Xidmətin şəxsi heyəti Fəxri xiyabanı ziyarət etmiş, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etmişlər. Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulmuşdur.
Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
https://scis.gov.az/az/news/view/361
09/05/2026
10 may - müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin doğum günüdür.
01/05/2026
Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt üzrə təlim proqramı yekunlaşıb
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Süni İntellekt üzrə Tədris Mərkəzi (AI Academy) tərəfindən təşkil edilmiş dövlət qurumlarının əməkdaşları üçün “Məhsul menecerləri üçün süni intellekt” təlim proqramı 1 may tarixində sertifikat təqdimetmə mərasimi ilə yekunlaşıb.
Bu təşəbbüs “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın həyata keçirilməsi ilə bağlı müəyyən edilmiş tapşırıqların icrası istiqamətində dövlət qurumlarında süni zəkanın institusional tətbiqinə hazırlığın sistemli şəkildə gücləndirilməsinə xidmət edir.
Ətraflı: https://scis.gov.az/az/news/view/360