Azdəmtteti

Azdəmtteti

Share

Yarandığı dövrdən etibarən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə ixtisaslaşmaqla öz inkişafına başlamışdır.

Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutu
Texniki Təhlükəsizlik baxımından xidmətlər:
Ekspertiza rəylərinin hazırlanması
Təlim-Tədrisin keçirilməsi Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutu

Müstəqil Azərbaycan Respublikasının elmi-texniki tərəqqisi yolunda xüsusi yeri və rolu olan qocaman elm ocaqlarından bi

20/11/2024

Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası və Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə 2-ci dəfə keçiriləcək olan “Sənaye Təhlükəsizliyi Zirvəsi” (STZ2024) 14 dekabr 2024-cü il tarixində “Marriott Hotel Boulevard”-da baş tutacaq!

“Sıfıra doğru” konsept mesajı ilə keçiriləcək zirvə özəl və dövlət sektorunun ən nüfuzlu nümayəndələrini bir araya gətirərək, sənaye təhlükəsizliyi, əməyin və ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi və iş yerində təhlükəsizlik sahələrində ən son yenilikləri, innovasiyaları və qabaqcıl təcrübələri müzakirə etmək üçün əvəzsiz bir fürsət təqdim edir.

Zirvə bir bütöv günü əhatə etməklə rəsmilərin açılış nitqləri, bir davos və bir TEDx formatlı panellər və “HSE Awards” hissələrindən ibarət olmaqla 15-dək spiker və moderatorun iştirakı ilə keçiriləcəkdir.

📌 Daha ətraflı məlumat və bilet sifarişi üçün rəy bölməsinə + yazmağınız kifayətdir.

🌐 www.stz.az
📱 (+994) 77 255 13 40
📅 14 dekabr | 09:00-17:00
📍 Baku Marriott Hotel Boulevard




Photos from Azdəmtteti's post 14/11/2024

COP29 konfransı çərçivəsində 13 noyabr tarixində Mavi Zonada yerləşən Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin pavilyonunda "Təmiz Hidrogen İqtisadiyyatı və Yeni Təchizat Zəncirlərinin İnkişafı" mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun “Fiziki-kimyəvi tədqiqatlar laboratoriyası”-nın Aparıcı elmi işçisi Şahbazova Tövhə Leysan qızı və “Elektrotexniki avadanlığın təhlükəsizliyi və süni işıqlandırma laboratoriyası”-nın Böyük elmi işçisi Hüseynov Zülfü Hafis oğlu iştirak ediblər. Tədbir zamanı Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədinin təqdimatı baş tutub.
Tədbirdə çıxış edən energetika nazirinin müavini Samir Vəliyev Azərbaycanın yaşıl enerji keçidi istiqamətində atdığı addımlardan, yaşıl hidrogen istehsalı və ixracı planlarından danışıb. Yaşıl hidrogenin hazırda qlobal emissiyaların əhəmiyyətli hissəsini təşkil edən ağır sənaye, nəqliyyat və gəmiçilik kimi elektrikləşdirilməsi çətin olan sektorların karbonsuzlaşdırılması üçün zəruriliyi qeyd edilib. COP29 sədrliyinin enerji sahəsində üç təşəbbüsündən birinin hidrogen bəyannaməsi olduğu vurğulanıb. Bu təşəbbüsün ölkələrin daxili hidrogen bazarlarını inkişaf etdirərək istehsal qabiliyyətlərini artırmalarına və regional bazarların inkişafına dəstək olmalarına hesablandığı, Azərbaycanın da Hidrogen üzrə Milli Strateji Baxış sənədinin bu məqsədlə hazırlandığı bildirilib.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev isə Hidrogen üzrə Milli Strateji Baxış sənədinin təqdimatı zamanı qeyd edib ki, hazırda balanslaşdırılmış, sürətləndirilmiş və ambisiyalı ssenarilər nəzərdən keçirilir. Hər ssenari üzrə yaşıl hidrogendən ölkə daxili istifadə və ixrac üçün istiqamətlər, eləcə də tələb olunan bərpa olunan enerji gücünə dair qiymətləndirmələr aparılıb.

07/11/2024

Photos from Azdəmtteti's post 28/10/2024

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiyasının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Texniki təhlükəsizliyin “Yaşıl” inkişafı” adlı elmi-praktiki konfrans keçirilib.
Konfransda Nazirliyin Aparatı və strukturuna daxil olan qurumlarının, eləcə də ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrinin məsul əməkdaşları, həmçinin COP29 Azərbaycan Əməliyyat Şirkəti və “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndələri iştirak ediblər.
Tədbirdə qlobal xarakter alan iqlim dəyişmələrinə qarşı mübarizəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsinin vacibliyi, bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-ci Sessiyasının əhəmiyyəti vurğulanıb.
Elmi-praktiki konfransın gedişatında təqdim olunan elmi məqalələr və məruzələr böyük maraq doğurub, texniki təhlükəsizliyin aktual aspektlərini əhatə edən məsələlər geniş müzakirə olunub və bu sahədə “yaşıl” inkişafa nail olunmasına dair təkliflər səsləndirilib.
Yekunda konfransda çıxış edən məruzəçilərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, konfransda toplanan elmi məqalələr Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunnun “PROHIS” jurnalında dərc olunacaq.
#

17/10/2024

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, suveren dövlət yaratmaq imkanı qazandı. 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir daha 70 il sonra yarandı. 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. 1991-ci ildə meydanlar xalq səsindən kükrəyirdi...Azadlığın yaxınlaşdığını duyan xalq öz əzəli və əbədi arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirmək üçün hər şeyə hazır idi. Bu xalq artıq meydan hərəkatında bərkimiş, Yanvar qırğınını görmüşdü. Birliyini hamıya sübut edərək tarix yazmışdı. Bu tarix hamımızın tarixidir. Müstəqilliyin mübarək, Azərbaycan!

10/10/2024

10 oktyabr Yanğınsöndürənlərin Peşə Bayramı Günüdür.
Əziz yanğınsöndürənlər, peşə bayramınızı təbrik edir, məsuliyyətli və şərəfli işinizdə hər birinizə uğurlar arzulayırıq.
Bu işi uğurla icra edən əməkdaşlarımıza xüsusi minnətdarlığımızı bildiririk.

Photos from Azdəmtteti's post 09/10/2024

09.10.2024-cü il tarixində “Fövqəladə hallar könüllüləri” ilə 2 günlük davam edən “Sərnişin-yük liftlərinin istismarı zamanı texniki təhlükəsilik tədbirləri”, “Elektrik təhlükəsizliyi” və “Qaz təsərrüfatında texniki təhlükəsizlik” mövzularına dair təlimlər başa çatmışdır. Sonda İnstitutumuzun əməkdaşları tərəfindən “Fövqəladə hallar könüllüləri”nə hədiyyələr təqdim edildi.

Photos from Azdəmtteti's post 08/10/2024

Neftqazçıxarmada təhlükə potensiallı obyektlərin təhlükəsizliyinin analizi, profilaktiki tədbirlərin iṣlənilməsi və proqnoz-modelləṣdirmə ṣöbəsinin müdiri Ələkbərov Yaṣar Əliafağa oğlunu yubileyi münasibəti ilə təbrik edirik. Ona uzun ömür, can sağlığı və firəvan həyat arzulayırıq.

26/09/2024

27 Sentyabr- Sinələrini düşmən qarşısında sipər etmiş, Vətən uğrunda canını fəda etmiş Şəhidlərin Anım Günüdür. Hər zaman bayrağımızı Vətən torpağına sancmış şəhidlərimizi qürur və hörmətlə yad edirik!

Photos from Azdəmtteti's post 25/09/2024

25.09.2024-cü il tarixində İnstitutun “Neftqazçıxarmada təhlükə potensiallı obyektlərin təhlükəsizliyinin analizi, profilaktiki tədbirlərin işlənilməsi və proqnoz-modelləşdirmə şöbəsi”nin böyük elmi işçisi Əli Qənbərov və elmi işçisi Cəvahir Rəcəbli tərəfindən “Qaraçuxur” yatağında yerləşən 1 ədəd quyunun II lülə ilə qazılmasına dair sənədlərinə baxış keçirilib. İnstitutun əməkdaşları tərəfindən ekspertiza üçün quyunun sənədləri araşdırılıb. Yekunda əldə olunmuş məlumatlar əsasında Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən ekspertizadan keçirilərək müvafiq rəylərin verilməsi nəzərdə tutulur.

Photos from Azdəmtteti's post 24/09/2024

24.09.2024-cü il tarixində Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun “Elektrotexniki avadanlığın təhlükəsizliyi və süni işıqlandırma laboratoriyası”nın əməkdaşları tərəfindən Sumqayıt şəhərində kabellərin izolyasiya müqavimətinin və avadanlıqların yerləbirləşdirmə müqavimətinin ölçülməsi işləri görülmüşdür.

24/09/2024

İnstitutda 25 oktyabr 2024-cü il tarixində YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ
Texniki təhlükəsizliyin “Yaşıl” inkişafı üzrə iqlim dəyişikliyinə qarşı mübarizədə “Yaşıl planetin yaradılması və onun davamlı inkişafının təmin edilməsi”nə dair “Elmi-texniki və innovativ layihələrin əhəmiyyəti” adlı elmi-praktiki konfrans baş tutacaq.
Konfransda texniki təhlükəsizlik, iqlim dəyişikliyi və ətraf mühitin qorunması mövzuları müzakirə olunacaqdır. Konfransda aşağıdakı qurumlar iştirak edəcək:

• AR Fövqəladə Hallar Nazirliyi
• AR Fövqəladə Hallar Nazirliyinin Akademiyası
• Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
• Azərbaycan Dövlət Dəniz Akademiyası
• Azərbaycan Texniki Universiteti
• AR Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutu
• IST Services

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bununla yanaşı, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən olunub.

Want your business to be the top-listed Government Service in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Təbriz Küçəsi 108
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00