Dövlət Məşğulluq Agentliyi

Dövlət Məşğulluq Agentliyi

Share

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyi

Dövlət Məşğulluq Agentliyi (DMA) ölkədə əmək münasibətlərinin inkişafı və tam məşğulluğun təmin edilməsi istiqamətində dövlətin iqtisadi və sosial siyasətini icra etmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində yaradılan publik hüquqi şəxsdir. Aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial mü

29/05/2026

⏰ “Sosial saat”ın budəfəki qonağı Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin müdiri Namiq Məmmədovdur.

ℹ️ 1 iyun saat 11:30-da DOST TV-də canlı yayımlanacaq verilişdə peşə hazırlığından danışılacaq, həmçinin sizi maraqlandıran suallar cavablandırılacaq.

Kanala keçid linki:
👉 https://www.youtube.com/

Photos from Dövlət Məşğulluq Agentliyi's post 28/05/2026

Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib.

Dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verilərək bildirilib ki, müəssisədə 85 nəfər daimi işlə təmin olunub ki, onlar da əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlardır. Bununla yanaşı, Xocalı və Ağdam rayonlarının 40 sakini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə təşkil edilən 2 aylıq peşə təliminə cəlb olunacaq. Təlim proqramını uğurla başa vuran iştirakçılar müəssisədə işlə təmin ediləcəklər. Gələcəkdə iş yerlərinin sayının 200-ə çatdırılması, əlavə olaraq geyim istehsalının təşkili planlaşdırılır.

Qeyd edək ki, “Qarabağ Tekstil Evi” MMC-nin Xankəndi şəhərində yerləşən tikiş fabrikində hazırda 60 nəfər çalışır.

➡️ https://president.az/az/articles/view/72608

28/05/2026

Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizə köçürülən vətəndaşlarımızdan biri də Afət Məmmədovadır. ☀️

Doğma 📍 Füzulidə məskunlaşdıqdan sonra işlə bağlı Dövlət Məşğulluq Agentliyinə müraciət edən qəhrəmanımız ilk növbədə peşə bacarıqlarına yiyələnməsi üçün Qarabağ Peşə Hazırlığı Mərkəzində peşə kurslarına cəlb olunub.

Kursu başa vurduqdan sonra dərzi kimi işlə təmin olunan həmsöhbətimizin uğur hekayəsini özündən dinləyək. ⭐️

28/05/2026

Birinci vitse-prezident Mehriban Əliyeva 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib.

27/05/2026

28 May – Milli qürur günümüzdür! 🇦🇿

Müsəlman Şərqində ilk parlamentli demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür.

27/05/2026

Prezident İlham Əliyev 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib.

28 May - Azərbaycanın Müstəqillik Günü

27/05/2026

Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizə köçürülərək məşğulluğu təmin edilmiş vətəndaşlarımızdan biri də Nicat Cəfərovdur. ✨

Ata yurdu 📍Füzulidə məskunlaşdıqdan sonra Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə işlə təmin edilən həmsöhbətimiz hazırda “PAŞA Holding”in nəzdində fəaliyyət göstərən “PashaPay” şirkətində satış təmsilçisi olaraq çalışır.

⭐️ Uğur hekayəsini qəhrəmanımızın özündən dinləyək.💬

27/05/2026

Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizə köçürülərək məşğulluğu təmin olunan vətəndaşlarımızdan biri də Nicat Cəfərovdur. ✨

Ata yurdu 📍Füzulidə məskunlaşdıqdan sonra Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə işlə təmin edilən həmsöhbətimiz hazırda “PAŞA Holding”in nəzdində fəaliyyət göstərən “PashaPay” şirkətində satış təmsilçisi olaraq çalışır.

⭐️ Uğur hekayəsini qəhrəmanımızın özündən dinləyək.💬

Want your business to be the top-listed Government Service in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Salatın Əsgərova 85
Baku
1009

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00