03/06/2026
Məhkum qadınlar uşaq evlərindən onların görüşünə gəlmiş övladları ilə birgə maraqlı və əyləncəli vaxt keçiriblər.
https://penitensiar.justice.gov.az/news/398
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti
03/06/2026
Məhkum qadınlar uşaq evlərindən onların görüşünə gəlmiş övladları ilə birgə maraqlı və əyləncəli vaxt keçiriblər.
https://penitensiar.justice.gov.az/news/398
02/06/2026
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı hərbi marş sədaları altında meydanın mərkəzinə gətirilib, şəhidlərin abidəsi önünə gül dəstələri qoyulub, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra ədliyyə naziri Fərid Əhmədovun təbrik və tövsiyələri onlara çatdırılıb.
Andiçmə mərasimində Vətənə, xalqa və dövlətə sədaqət andı içən gənc əsgərlər Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əmrinə hər zaman hazır olduqlarını, nizam-intizamı qoruyacaqlarını bildiriblər.
Sonda şəxsi heyətin marş sədaları altında təntənəli keçidi izlənilib.
01/06/2026
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
Bu gün uşaqların hüquqlarının qorunmasının, onların rifahının təmin edilməsinin və sağlam gələcəyinin formalaşdırılmasının vacibliyini bir daha xatırladır.
Bütün uşaqları bu əlamətdar gün münasibətilə təbrik edir, onlara xoşbəxt gələcək arzulayırıq.
28/05/2026
28 May – Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edir, ölkəmizə davamlı tərəqqi arzulayırıq!
Müstəqilliyimiz əbədi və sarsılmaz olsun!
27/05/2026
Xalqımızı Qurban bayramı münasibətilə təbrik edirik.
Bu müqəddəs bayram hər bir ocağa ruzi, sevinc və firavanlıq gətirsin.
Qurban bayramınız mübarək olsun!
26/05/2026
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayının və penitensiar müəssisələrin vakant ştat vahidlərinin layiqli namizədlərlə komplektləşdirilməsi və şəffaflığın təmin olunması məqsədilə əvvəlcədən dərc edilmiş elanlara uyğun olaraq müraciət etmiş və seçim mərhələlərini uğurla başa vurmuş 41 nəfər yeni əməkdaşın andiçmə mərasimi keçirilib.
Tədbirdə Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov hərbi qulluqçu kimi gizir, həmçinin kiçik rəis heyəti vəzifələrinə təyin edilərək xüsusi rütbələr almış əməkdaşlara ədliyyə naziri Fərid Əhmədovun təbriklərini çatdırıb, onlara gələcək xidmətlərində uğurlar diləyib, ədliyyə işçisi adını şərəflə daşımağı tövsiyə edib.
Çıxış edən gənclər onlara göstərilən etimadı doğrultmaq üçün var qüvvələri ilə çalışacaqlarını, ədliyyə işçisi adını daim uca tutacaqlarını bildiriblər.
Sonda təntənəli qaydada and içən əməkdaşlara xidməti vəsiqələr təqdim edilib.
22/05/2026
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında cari il üzrə imzalanmış birgə tədbirlər planına uyğun olaraq "İnsan Hüquqları Aylığı" çərçivəsində 12 və 13 saylı cəzaçəkmə müəssisələrində “Sülh dili: qarşılıqlı hörmət və anlayış” mövzusunda məhkumlarla görüş təşkil edilib.
https://penitensiar.justice.gov.az/news/395
22/05/2026
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq "İnsan Hüquqları Aylığı" çərçivəsində 1 və 15 saylı cəzaçəkmə müəssisələrində pulsuz hüquqi yardım və maarifləndirmə işi həyata keçirilib.
https://penitensiar.justice.gov.az/news/394
19/05/2026
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Sosial Xidmətlər Agentliyi arasında imzalanmış birgə tədbirlər planına əsasən və “İnsan Hüquqları Aylığı” çərçivəsində 4 saylı cəzaçəkmə müəssisəsində üç yaşınadək uşaqları ilə birlikdə yaşayan məhkum qadınlarla görüş keçirilib.
https://penitensiar.justice.gov.az/news/393
18/05/2026
Tərbiyə işinin təşkili idarəsinin Psixoloji və sosial iş şöbəsi “İnsan Hüquqları Aylığı” çərçivəsində Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə cəza çəkən yeniyetmə məhkumların iştirakı ilə “Mənim hədəflərim” mövzusunda seminar təşkil edib.
https://penitensiar.justice.gov.az/news/392