Azərbaycan Dövlət Kukla Teatrı

Azərbaycan Dövlət Kukla Teatrı

Share

AZƏRBAYCAN DÖVLƏT KUKLA TEATRI

30/05/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü də daxil olmaqla, iyun ayının bütün bayram və istirahət həftələrində səhnəmizdə xüsusi coşğu olacaq 🎭✨🎈🎉💫
Balacalarımızın sevinc dolu anlarına birlikdə şahid olmaq, özünüzü evinizdə hiss etmək üçün böyük kukla evimizdə görüşək 🤗🏡🎪💖🌈🧸
Sizi sevgi, nağıl və möhtəşəm tamaşalarla dolu günlər gözləyir

28/05/2026

Bayram və istirahət günlərində bizim səhnədə tamam başqa bir coşğu yaşanır.
Balacalarla ən gözəl görüş yeri yenə də bizim əziz kukla teatrıdır. Gəlin, bayram sevincini birlikdə paylaşaq. 🎭✨

28/05/2026
19/05/2026

Bu həftə bizim səhnədə hər gün bir-birindən rəngarəng tamaşalar var 🎭✨
Məncə, belə fürsət hər zaman ələ düşmür... Bəlkə dəyərləndirək? 😊

18/05/2026

Teatrımızın 95 illik yubileyi münasibətilə ünvanlanan təbriklər sırasında Xəzər Medianın Mərkəzinin Baş direktoru, Xalq artisti Murad Dadaşovun səmimi və dəyərli təbriki bizim üçün xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Dövlət Kukla Teatrının rəhbərliyi və kollektivi adından hörmətli Murad Dadaşova teatrımıza göstərdiyi daim diqqətə, xoş münasibətə və ünvanladığı ürək sözlərinə görə dərin minnətdarlığımızı bildiririk.
Sənətə və mədəniyyətə verilən bu dəyər bizim üçün həm böyük mənəvi dəstək, həm də yeni yaradıcılıq uğurlarına stimuludur.

Photos from Azərbaycan Dövlət Kukla Teatrı's post 16/05/2026

Bu gün Azərbaycan kukla sənətinin tarixində əlamətdar gündür.
Azərbaycan Xalq Maarif Komissarlığının 16 may 1931-ci il tarixli əmri ilə Bakıda Türk Kukla Teatrının əsası qoyuldu. Məhz həmin gündən səhnədə kuklalar yalnız uşaqların deyil, bütöv bir xalqın duyğularını, nağıllarını və yaddaşını danışmağa başladı.
1932-ci ilin aprelində təqdim olunan ilk tamaşa — “Sirk” isə bu sənət yolunun ilk parlaq addımı oldu.
Aradan keçən illər ərzində kukla sənəti nəsilləri birləşdirən, milli mədəniyyətimizi yaşadan və səhnəyə yeni nəfəs gətirən bir məktəbə çevrildi.
95 illik tarixi yolun hər səhifəsində sənətə sevgi, səhnəyə sədaqət və uşaqların təbəssümü dayanır. 🎭✨
Mədəniyyət Nazirliyinin "Sənətim.az" səhifələri yubileyimizlə bağlı sosial hesablarında paylaşımlar edib.

https://www.facebook.com/share/p/18XR2oL31f/

https://www.instagram.com/p/DYZVNOpMGxu/?igsh=MTNpcnRlbGI5ZTN



Qeyd: İlin sonunadək teatrın yubiley tədbirinin təşkili nəzərdə tutulub.

Photos from Azərbaycan Dövlət Kukla Teatrı's post 15/05/2026

🎭 Bu gün Kukla Teatrında nağıl dolu bir gün olacaq.
Əziz balalar, gününüzü nağıllarla bəzəmək üçün sizi teatrımıza gözləyirik! 🧚‍♂️🎪🎈
🕛 “Əlibaba və 40 quldur” — 12:00, 14:00
🕓 “Üç cəsur” (rus dilində) — 16:00
🎟️ Biletlər teatrın kassasında və iticket.az-da
✨🎭

Rəşad Əhmədzadədən, Bakı, Azərbaycan » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi 12/05/2026

Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış təşəkkür teleqramı Prezidentin rəsmi Prezident.az
internet saytında dərc olunub.
Qeyd edək ki, sözügedən teleqramda ölkə başçısının mədəniyyət və incəsənət sahəsinə göstərdiyi diqqət və qayğı yüksək qiymətləndirilib.

Rəşad Əhmədzadədən, Bakı, Azərbaycan » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” sərəncamınıza əsasən Azərbaycan Dövlət Kukla Teatrının əməkdaşları - Əməkdar mədəniyyət işçisi Aslan Fətullayevin, aktyorlar Sərıyyə Mansurova və Cavid İbrahim...

12/05/2026

🪄 “Əlibaba və qırx quldur”la başladığımız sehrli səhnə yolçuluğunda toruna qızıl balıq düşəcəyinə ümid edən qoca balıqçı ilə qarşılaşdıq 🎣✨

🐰 Sonra quyruğunu itirib kədərlənən Dovşanı tək qoymadıq, ona dəstək olub yenidən sevindirdik 💛

💪 Bu macərada “Üç cəsur”dan cəsarət aldıq, dostluğun və birlik olmağın gücünü bir daha hiss etdik!

🎭 Və nəhayət… hamımızı bir araya gətirən “Aldanmış Canavar”ın möhtəşəm premyerasında yenidən eyni səhnədə görüşdük! 🌟

Nağıllar bitmir, səhnədə sehr davam edir… ✨🎪

🎭

Photos from Ilham Aliyev's post 09/05/2026
Want your business to be the top-listed Government Service in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


NEFTÇİLƏR PROSPEKTİ , 36
Baku

Opening Hours

Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Saturday 10:00 - 18:00
Sunday 10:00 - 18:00