27/05/2026
28 May - Azərbaycanın Müstəqillik Günü
Su və kanalizasiya xidmətləri
27/05/2026
28 May - Azərbaycanın Müstəqillik Günü
27/05/2026
28 May - Müstəqillik Günüdür!
26/05/2026
Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.
Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
26/05/2026
Qurban Bayramınız Mübarək!
25/05/2026
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramovun XIII Ümumdünya Şəhərsalma Forumunda "APA-Economics"ə müsahibəsi
🔗 https://apa.az/infrastruktur/adsea-sedrinin-muavini-magistral-xetler-yeniden-qurulacaq-baki-ve-abseronun-icmeli-su-teminati-artirilacaq-musahibe-967073
21/05/2026
12/05/2026
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəqəmsal xidmətləri “mygov” platformasına inteqrasiya edilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Rəqəmsal dövlət xidmətlərinin “bir pəncərə” prinsipi ilə təqdim olunması üzrə görülən tədbirlər çərçivəsində mayın 12-dən etibarən “e-Su” mobil tətbiqi fəaliyyətini dayandıracaq və rəqəmsal xidmətlər artıq “mygov” platformasında əlçatan olacaq. Görülən işlərin əsas məqsədi vətəndaşlara təqdim olunan xidmətlərin əlçatanlığının artırılması, rəqəmsal proseslərin sadələşdirilməsi, eləcə də əlavə resurs və xidmət kanallarına ehtiyacın minimuma endirilməsidir.
Bu günədək Agentliyin 6 xidməti “mygov” platformasında vətəndaşlara rəqəmsal formada təqdim olunurdu. Hazırda isə mövcud xidmətlərlə yanaşı, qurumun daha 7 xidməti də platformaya inteqrasiya edilir. Növbəti mərhələlərdə mövcud rəqəmsal xidmətlərin təkmilləşdirilməsi və əlavə xidmətlərin “mygov” platformasına inteqrasiyası istiqamətində işlər davam etdiriləcəkdir.
🔗 https://isst.gov.az/news/1205202624
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 09:00 - 15:00 |