24/04/2026
Şagirdlər növbəti “Açıq qapı” günü münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsində olublar.
Onlar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə Tarixi Muzeyini ziyarət ediblər.
Tanışlıq çərçivəsində Ali Məhkəmənin Mülki kollegiyasının hakimi Rəşad Həsənov şagirdlərə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət idarəçiliyində yeri və rolu, habelə qanunvericilik və məhkəmə təcrübəsi barədə məlumat verib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda şagirdlər xoş təəssüratlarını bölüşüb və xatirə fotosu çəkdiriblər.
23/04/2026
2026-cı il 12 iyun tarixdə Ali Məhkəmənin Elmi-məsləhət şurasının növbəti iclasının keçirilməsi nəzərdə tutulur.
✅ İclasda “Məhkəmələr tərəfindən mübahisələrə baxılarkən inzibati praktikada bərabər yanaşma və etimad hüququnun qorunması prinsiplərinin tətbiqi məsələləri" mövzusunda müzakirələrin təşkili planlaşdırılıb.
✅ Müzakirə ediləcək mövzuların əhəmiyyəti nəzərə alınaraq, bu sahələr üzrə ixtisaslaşmış hüquqşünas ekspertlərin ad-hoc üzv kimi Elmi-məsləhət şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka və yazılı mülahizələrini təqdim etməyə dəvət edilir.
✅ Qeyd olunan mövzulara dair elmi müzakirələrdə iştirak etmək istəyən hüquqşünas ekspertlərin 5 iyun 2026-cı il tarixədək aşağıdakı elektron ünvana müraciət etmələri (CV əlavə olunmaqla) təklif olunur. ([email protected])
Ətraflı: https://supremecourt.gov.az/az/media/elanlar
15/04/2026
Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Ali Məhkəmə Şurası yanında Ədalət Akademiyasının rektoru vəzifəsini icra edən Kanat Musin Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.
Ətraflı: https://supremecourt.gov.az/az/media/xeberler
14/04/2026
Azərbaycan Respublikasının Ali Məhkəməsində Türkiyə Respublikası Ali Məhkəməsinin (Yargıtay) 2-ci Cinayət kollegiyasının sədri Yusuf Kuzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Ətraflı: https://supremecourt.gov.az/az/media/xeberler
13/04/2026
İnzibati Prosessual Məcəllənin 98-1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası QƏRARA ALDI:
✅ 1. “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ 2022-ci il 29 iyun tarixindən əvvəl yaranmış şəxslərə pensiya təyinatı və ya onların əmək pensiyasının yenidən hesablanması zamanı həmin Qanunun 45-ci maddəsinin 2017-ci il 01 iyul tarixdən 2022-ci il 29 iyun tarixədək qüvvədə olmuş ikinci cümləsi tətbiq edilməli, bu zaman gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmalıdır.
✅ 2. Hüquqi müəyyənliyi və məhkəmə aktlarının sabitliyini təmin etmək üçün qanunvericiliyin tətbiqinə dair müəyyən edilmiş yeni hüquqi mövqelər bu Qərardadın qəbul edildiyi tarixdən sonra məhkəmələrə verilən yeni iddia ərizələrinə, habelə bu Qərardadın qəbul edildiyi tarixədək verilmiş, lakin birinci instansiya məhkəmələrində icraatı yekunlaşdırılmamış iddia ərizələrinə münasibətdə tətbiq edilməlidir.
✅ 3. Apellyasiya və ya kassasiya məhkəməsinin icraatında olan işlər üzrə əgər şikayət verilmiş məhkəmə aktları qanunvericiliyin tətbiqinə dair əvvəlki hüquqi mövqelərə uyğun çıxarılmışlarsa, yalnız yeni müəyyən edilmiş hüquqi mövqelərə istinadla məhkəmə aktları ləğv olunmamalı, yaxud dəyişdirilməməlidir. Yeni hüquqi mövqelərə istinadla məhkəmə aktının qanuniliyinə qiymət verilməsi bu Qərardadın qəbul edildiyi tarixdən sonra birinci instansiya məhkəmələri tərəfindən yekunlaşdırılmış işlər üzrə veriləcək apellyasiya və ya kassasiya şikayətlərinə münasibətdə tətbiq edilməlidir.
Ətraflı:https://supremecourt.gov.az/storage/pages/2329/kollegial-qerardad-epq-452.pdf
08/04/2026
Ölkəmizdə səfərdə olan Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.
Ətraflı: https://supremecourt.gov.az/az/media/xeberler
07/04/2026
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
İclasda “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi haqqında” qərar layihəsi müzakirə olunaraq təsdiq edilib.
Həmçinin Ali Məhkəmənin məhkəmə kollegiyalarının tərkiblərinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə və əlavə kassasiya qaydasında yenidən baxılmasına dair məhkəmə tərkiblərinin və kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərdən ibarət qarışıq tərkibdə baxılmasına dair Plenumun Qərar layihələrinin müzakirəsi aparılıb.
Sonra 2025-ci ildə Bakı Kommersiya Məhkəməsində, eləcə də Gəncə Şəhər Məhkəməsində qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatlar dinlənilib.
31/03/2026
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü
16/03/2026
XIII Qlobal Bakı Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Şərqi Afrika Ədalət Məhkəməsinin prezidenti Nestor Kayoberanin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Ali Məhkəməsində görüş keçirilib.
Ətraflı: https://supremecourt.gov.az/az/media/xeberler
04/03/2026
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 3 mart tarixli Sərəncamı ilə birinci instansiya məhkəmələrinə təyinat alan 34 hakimin andiçmə mərasimi olub.
Ətraflı: https://supremecourt.gov.az/az/media/xeberler
26/02/2026
26 Fevral - Xocalı Soyqırımı Günü