Azərbaycan Respublikasının Mərkəzi Bankı

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Share

Azərbaycan Respublikasının Mərkəzi Bankı /
Central Bank of the Republic of Azerbaijan Bankın inzibati binası Bakı şəhərində yerləşir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı — Azərbaycan Respublikasının mərkəzi bankıdır. Azərbaycan Respublikası Mərkəzi Bankının statusu, onun məqsəd, funksiya və səlahiyyətləri, habelə idarəetmə və təşkilati strukturu, dövlətin mərkəzi bankı kimi dövlət hakimiyyəti orqanları ilə və digər şəxslərlə münasibətləri "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının 10 deka

Photos from Azərbaycan Respublikasının Mərkəzi Bankı's post 02/06/2026

Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş çərçivəsində DB tərəfindən hazırlanmış Azərbaycan üzrə Ölkə İqtisadi İcmalının təqdimatı keçirilib, hesabatın əsas nəticələri, iqtisadi inkişaf perspektivləri və onların mümkün siyasət nəticələri müzakirə olunub.

Görüşdə həmçinin Mərkəzi Bank ilə DB arasında əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

Photos from Azərbaycan Respublikasının Mərkəzi Bankı's post 01/06/2026

Maliyyə sektoru üzrə çox rast gəlinən növbəti əsas anlayışı diqqətinizə çatdırırıq.

Maliyyə məlumatlılığını artırmaq üçün bizi izləməyə davam edin!

28/05/2026

28 May – Müstəqillik Günü münasibətilə xalqımızı ürəkdən təbrik edir, ölkəmizə davamlı inkişaf arzulayırıq!

27/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

27/05/2026

Qurban bayramının hər bir ailəyə bol ruzi və xeyir-bərəkət gətirməsini arzulayırıq!

26/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

25/05/2026

Azərbaycan Mərkəzi Bankı 2024–2026-cı illəri əhatə edən “Maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində maliyyə sektorunda innovasiyaların təşviqi, rəqəmsal maliyyə xidmətlərinin inkişafı və yeni texnologiyaların tətbiqi istiqamətində fəaliyyətini davam etdirir. Bu istiqamətdə tətbiq edilən xüsusi tənzimləmə rejimi innovativ maliyyə məhsullarının məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsinə imkan yaradır.

Xüsusi tənzimləmə rejimi çərçivəsində innovativ maliyyə həllərinin növbəti sınaq mərhələsi üzrə müraciətlərin qəbulu 25 iyun 2026-cı il tarixində başlanılacaq və qəbul prosesi 25 avqust 2026-cı il tarixinədək davam edəcəkdir.

Xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn innovativ maliyyə məhsullarının sınağı Mərkəzi Bank ilə bağlanacaq müqavilə əsasında həyata keçiriləcəkdir.

Ətraflı məlumat üçün: https://www.cbar.az/press-release-5492/view

25/05/2026

27 – 31 may 2026–cı il tarixləri olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

Bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 195 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 10 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi (o cümlədən, 2 satış nöqtəsi 24 saat rejimində olmaqla) məntəqəsi müştərilərə xidmət göstərəcək.

Müvafiq siyahını və iş qrafikini nəzərdən keçirmək üçün bu linkə daxil olun:

https://www.cbar.az/press-release-5491/view

Photos from Azərbaycan Respublikasının Mərkəzi Bankı's post 25/05/2026

2026-cı ilin aprel ayı üzrə Statistik Bülleten Mərkəzi Bankın saytında yerləşdirilib.

Ətraflı məlumat üçün:https://uploads.cbar.az/assets/d3f4d91eae50ab641fe09f2f3.pdf

Photos from Azərbaycan Respublikasının Mərkəzi Bankı's post 25/05/2026

Milli pul nişanları üzrə çox rast gəlinən növbəti əsas anlayışı diqqətinizə çatdırırıq.

Maliyyə məlumatlılığını artırmaq üçün bizi izləməyə davam edin!

Want your business to be the top-listed Government Service in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Rəşid Behbudov Küçəsi 90
Baku
AZ1014

Opening Hours

Monday 09:00 - 06:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00