07/01/2026
SOYDAŞ İB
İdarə Heyəti üzvü
Natiq Hümbətovun
Avstriyada nəşr olunan
"European Science Review"
jurnalında dərc olunan məqaləsini təqdim edirik :
Some Perspectives in Historiography on the Existence of Kipchak Statehood
The study presents a brief analysis of historiography devoted to the topic of the statehood of the Kipchaks, whom European peoples called Cumans or Comans, and Russians called Polovtsians. The approaches of some Western, Russian-Soviet...
30/12/2025
31 Dekabr -
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
Ailədə başlayarq Eloğluluqda formalaşan və Soydaşlığa gedən
Milli Həmrəylik Günümüz Mübarək olsun !
05/10/2025
"Soydaş" İctimai Birliyi
"Ağsaqqallar Şurası" sədri,
elimizin hörmətli ağsaqqalı,
pedaqoq, alim, konstruktor, inşaatçı-mühəndis, iş adamı, və xeyriyyəçi Hüseyn Artıkoğlunun bu gün 75 illik yubileyidi !
Hüseyn müəllimi doğum günü və yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, işlərində uğurlar arzu edirik !
13/08/2025
Soydaşlıq haqqında
ilkin video müsahibəmiz
Dövlət ilə soydaşlar arasında əlaqələri gücləndirmək üçün hansı addımlar atılmalidir?
Dövlət ilə soydaşlar arasında əlaqələri gücləndirmək üçün hansı addımlar atılmalidir? --- Uğurlu Şərifov
07/07/2025
Soydaşlarımızın miqrasiya sahəsində yaranan hazırkı problemləri ilə bağlı analoji müraciət digər aidiyyəti dövlət qurumlarına da ünvanlanmaqdadır.
01/07/2025
Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
24 mart 2020-ci il tarixindən Azərbaycan Respublikasının ərazisində olan və COVİD-19 pandemiyası ilə əlaqədar ölkəni tərk edə bilmədiyi üçün Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti olma müddəti uzadılan və ölkədə olmaları qanuni hesab edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 31 iyul 2025-ci il tarixinədək Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45-ci maddəsində göstərilən əsaslardan biri olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinin alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməli və ya ölkə ərazisini tərk etməlidirlər.
Qeyd etmək istəyirik ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45-ci maddəsində müvəqqəti yaşamaq üçün icazənin verilməsi və ya həmin icazənin müddətinin uzadılması üçün əsaslar göstərilir. Bu əsaslar arasında ən çox rast gəlinənlər bunlardır: Azərbaycan Respublikasında qanuni əsaslarla çalışan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; təhsil alan tələbələr; ailə üzvləri; elmi, pedaqoji və ya digər sahələrdə çalışan mütəxəssislər; sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar; Azərbaycan Respublikasının vətəndaşı ilə evli olanlar və s.
27/05/2025
Əziz soydaşlar, 28 May - Müstəqillik gününüz mübarək!
Müstəqilliyin əbədi və sarsılmaz olsun can Azərbaycanımız!
21/05/2025
Türklər Dunayın Sahilində
Türk Dövlətləri Təşkilatına üzv ölkə liderlərinin Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə Toplantısı yalnız Köhnə Dünyada baş tutduğuna görə unikaldır. Onun “Şərqin Qərblə qovuşduğu yer” şüarı burada öz sözünü deyir.
Şuşada keçirilən qeyri-rəsmi sammit bu işin təməlini qoydu. Qeyri-rəsmi sammit adətən hər hansı qərar qəbul etməyi yox, o daha çox qəbul edilmiş qərarlar və əldə olunan razılaşmaların müzakirəsinə yönəlik olur. Dünyada və qonşuluqda mövcud vəziyyəti nəzərə alaraq belə görüşlərin keçirilməsi iştirakçı dövlətlərin həm təşkilat daxili vəziyyətə həm də coğrafiyamıza təsir edən proseslərlə bağlı öz baxışlarını təqdim etmələri üçün vacibdir. Bu gün türk dünyası dünya ilə iqtisadi, rəqəmsal və diplomatik baxımdan vahid “səslə” danışmağa çalışır.
TDT Baş katibi Kubanıçbek Omuraliev bildirib ki, 175 milyon əhalisi və 4,5 milyon km² ərazisi olan türk regionu 2024-cü ildə 2,1 trilyon dollardan çox ÜDM və 1,1 trilyon dollar ticarət dövriyyəsi ilə böyük və perspektivli bazardır. 2024-cü ilin sonuna TDT ölkələrinin ümumi xarici ticarət həcmi təqribən 850 milyard ABŞ dolları təşkil edib. Bir neçə il əvvəl daxili ticarət dövriyyəsi cəmi 3 faiz olsa da indi 7 faizə çatıb. Bizim yaxın məqsədimiz bu rəqəmi 10%-ə çatdırmaqdır.
TDT 2022–2026-cı illər üçün strategiyası və «Turkic World Vision – 2040» çərçivəsində profilli nazirlik və qurumlar vasitəsilə qarşılıqlı iqtisadi fəaliyyət sistemi qurulub. 600 milyon dollar kapitala malik “Türk İnvestisiya Fondu” yaradılıb.
KAZINFORM
17/05/2025
Soydaşlığın yaşı olmur !
Prof.Dr. Rafiq Əliyevin
"Süni intellektin emosiyaları" adlı konfransında gənc, perspektivli soydaşımız Əli Quliyevlə birlikdə.
Əli Soydaş'ın qurucularından olan Polad Mehdi'nin bacısı oğludu ...