27/05/2026
Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.
Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
20/05/2026
Yasamal rayonunda mini futbol meydançası təmir olunub
Gənclərin idmana olan marağını və asudə vaxtlarının səmərəli təşkilini təmin etmək üçün Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Yasamal Bələdiyyəsi tərəfindən Şəfayət Mehdiyev küçəsi 181 ünvanında mini-futbol meydançası təmir olunaraq süni örtüklə təmin edilmiş və ətrafında abadlıq işləri aparılmışdır.
10/05/2026
Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir.
27/04/2026
Yasamal bələdiyyəsi rəhbərliyinin sakinlərlə növbəti görüşü keçirilib
Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədovun və aparatın məsul işçilərinin iştirakı ilə Moskva prospekti məhəllə 3168 ünvanında yaşayan sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir.Səyyar görüşdə çıxış edən bələdiyyənin sədri Tahir Məmmədov ilk öncə sakinlərə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənovun salamlarını çatdırdı.
Daha sonra məhəllə sakinləri yolların təmiri və müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırdılar. Sakinlər adından çıxış edən Pərviz Hüseynov rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Prezident cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi.
Rayon ərazisində sakinlərlə səyyar görüşlər bələdiyyə tərəfindən mütəmadi olaraq davam etdirilir.