Bakı Baş Səhiyyə Mərkəzi

Bakı Baş Səhiyyə Mərkəzi

Share

Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir

27/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

27/05/2026

Xalqımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edirik.

Bayramınız mübarək!

27/05/2026

🕌 Xalqımızı dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edirik!

Hər bir ailəyə sağlamlıq, rifah və əmin-amanlıq arzulayırıq!

Bayramınız mübarək!

27/05/2026
26/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

Photos from TƏBİB's post 26/05/2026
26/05/2026

“Həkim cavablayır!” rubrikasında Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində çalışan müxtəlif ixtisas həkimləri müasir dövrümüzdə geniş yayılmış xəstəliklər, ən aktual tibbi mövzularla bağlı suallarınızı cavablandırırlar.

Bu dəfəki buraxılışımızda həkim-nevroloq Firuzə Hüseynova "Epilektik və isterik tutmaların fərqləndirilməsi" mövzusu haqqında məlumat verir.

Siz soruşun, həkimlərimiz cavablandırsın...

Sağlamlığınızın qeydinə qalın!

25/05/2026

Hər il mayın 25-i Ümumdünya Qalxanabənzər Vəzi Günü kimi qeyd edilir.

Məqsəd cəmiyyətin diqqətini qalxanabənzər vəzin problemlərinə cəlb etməkdir.

Qalxanabənzər vəzidə yaranan istənilən problemin daha tez müalicəsi üçün ilkin səhiyyə xidmətindən istifadə etmək önəmlidir.

İlkin səhiyyə xidməti göstərən tibb müəssisələrinin həkim-mütəxəssislərinə müraciət etməklə qalxanabənzər vəzin xəstəliklərinin erkən aşkarlanması, həmçinin vaxtında müalicəsinə başlamaq mümkündür.

22/05/2026

Orqanizmdə yod çatışmazlığı hansı xəstəliklərə səbəb olur?

Yod çatışmazlığının əsas risk qrupları hamilə qadınlar, süd verən analar, endemik zonalarda yaşayan şəxslərdir. Bu səbəbdən də bu qrupdan olanlara yod preparatının qəbulu tövsiyə olunur.

Yod bətndaxili inkişaf dövründən ahıl yaşlara qədər orqanizm üçün ən vacib mikroelementlərdəndir.

Ölkəmiz də endemik zona olduğundan uşaqlarda yod elementinin çatışmazlığı müşahidə edilir. Dünyada olduğu kimi ölkəmizdə də yod çatışmazlığının profilaktikasına xörək duzunun yodlaşdırılmasından başlanılır.

Yod ilk növbədə qalxanabənzər vəzin hormonlarının sintezində iştirak edir. Yod çatışmazlığı orqanizmdə tiroid vəzinin funksiyalarına təsir edir.

Vaxtında müdaxilə olunmazsa, qalxanabənzər vəzdə olan düyünlər sərbəst şəkildə hormon sekresiya etməyə başlayır ki, bu da zəhərli zobun inkişafına səbəb olur. Bu, yod çatışmazlığının gecikmiş əlaməti hesab edilir.

Yoda olan sutkalıq tələbat 0-6 yaş aralığında 90 mkq., 6-12 yaş aralığında 120 mkq., 12 yaşdan yuxarı şəxslərdə 150 mkq., hamilələrdə, həmçinin süd verən analarda isə 250 mkq. təşkil edir.

Want your business to be the top-listed Government Service in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Bakı şəhəri, Mikayıl Müşfiq Küçəsi 1M
Baku
AZ1138

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00