ARKA - Azərbaycan Respublikasının Kino Agentliyi

ARKA - Azərbaycan Respublikasının Kino Agentliyi

Share

Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) rəsmi səhifəsi

🇦🇿 Ölkədə kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi və şəffaf
idarəçilik mexanizmlərinin tətbiqi məqsədilə Azərbaycan Respublikası Prezidentinin
“Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında”
2022-ci il 20 aprel tarixli 1667 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino A

01/06/2026

Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən elan olunan 2026-cı il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi"nə layihə qəbulu başladı.

Müraciətlərin qəbulu üçün son tarix 15 iyul 2026-cı ildir. Reqlamentlə tanışlıq üçün ARKA-nın rəsmi saytına keçid edə bilərsiniz.

01/06/2026

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

30/05/2026

Azərbaycanlı gənc rejissorun layihəsi Kann Film Festivalının marketində təqdim edilib

​Ssenarist və rejissor Nurlan Həsənlinin hazırda inkişaf mərhələsində olan “Yaşıl çəmən” qısa film layihəsi Avstriyada keçirilən nüfuzlu “Linz Film Talent Academy” pitçinq müsabiqəsinin qalibi olaraq Kann Film Festivalının marketində uğurla təqdim olunub. Qeyd edək ki, gənc rejissorun Kann Film Festivalında iştirakı Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən dəstəklənib.

​Güclü bədii baxışa malik qısa və debüt tammetrajlı layihələrin inkişafına yönəlmiş “Linz Film Talent Academy” intensiv ustad dərsləri, mentorluq və pitçinq müsabiqəsini əhatə edir. Bu proqramın qalibi olan “Yaşıl çəmən” layihəsi Kann Film Festivalında xüsusi rezidensiya imkanı əldə edib.

​Proqramın yekununda layihə “Cannes Short Film Corner / Marché du Film” çərçivəsində təşkil olunan xüsusi pitçinq sessiyasında beynəlxalq prodüser, distributor və festival nümayəndələrinin diqqətinə çatdırılıb.

​“Yaşıl çəmən” filmi Amerikaya miqrasiya etməyə çalışan bakılı turist bələdçisinin həyat yoldaşı ilə qurduğu trajikomik plandan bəhs edir.

​Bununla yanaşı, Nurlan Həsənlinin ARKA-nın dəstəyi ilə ərsəyə gəlmiş “Erkən Hisslər” adlı qısa filmi də bu il “Cannes Short Film Corner” market kataloquna daxil edilib.

28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü.

27/05/2026

Qurban bayramınız mübarək!

26/05/2026

“Bakı Türkoloji Qurultayı – 100 il” xüsusi müsabiqəsinin qalibi məlum olub!

​Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə dair Tədbirlər Planı” çərçivəsində elan edilmiş xüsusi film layihəsi müsabiqəsi başa çatıb.

​Bədii-sənədli film kateqoriyası üzrə keçirilən müsabiqəyə ümumilikdə 5 layihə təqdim edilmişdir. Agentlik tərəfindən həyata keçirilən sənədlərin təhlili və yoxlanılması mərhələsində 1 müraciət üzrə Reqlamentin tələbi pozulduğu üçün (fiziki şəxs olaraq müraciət edilib) müsabiqədən kənarlaşdırılıb. Tələblərə cavab verən digər 4 layihə isə Bədii Keyfiyyətə Nəzarət Komissiyası tərəfindən dəyərləndirilməsi üçün seçim mərhələsinə buraxılmışdır.

​Komissiyanın yekun qərarına əsasən, müsabiqənin qalibi "Türk Birliyinin 100 ili" layihəsi seçilmişdir.

Qalib layihənin istehsalçısı "Sabah Media" MMC, rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Sahil Tahirli və Günel Qədirova, prodüseri isə Elvin İsmayıllıdır. Qalib layihənin yaradıcı heyətini təbrik edir, filmin istehsalı prosesində uğurlar arzulayırıq!

Photos from ARKA - Azərbaycan Respublikasının Kino Agentliyi's post 25/05/2026

🎬 2026-cı ilin tammetrajlı bədii filmlərini ərsəyə gətirən 10 rejissorumuzla tanış olun!

​Bu il tamaşaçılara fərqli janr və mövzuları – müharibə, tarix, psixologiya və insan talelərini əhatə edən 10 yeni bədii film təqdim olunacaq. Həmin filmlərə ekran həyatı bəxş edən istedadlı rejissorlarımızı tanıyaq.

​👉 Karuseli vərəqləyərək filmlərimizin yaradıcıları haqqında qısa məlumat əldə edə bilərsiniz 🎥

21/05/2026

“Qara-ağ” qısametrajlı animasiyası “VAFI-RAFI” Beynəlxalq Film Festivalında iştirak edir!

11 yaşlı gənc istedad Kövsər Qurbanovanın “Qara-Ağ” (Black & White) qısametrajlı animasiya filmi Xorvatiyanın Varajdin şəhərində keçirilən 17-ci Beynəlxalq “VAFI-RAFI” Uşaq və Gənclərin Animasiya və Film Festivalının rəsmi proqramına seçilmişdir.

“Qara-Ağ” filminin rəsmi proqramda yer alması ölkəmizin mədəniyyətinin, xüsusilə də milli animasiya kinosunun beynəlxalq platformalarda tanıdılması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Animasiya və uşaq kinosunun dəstəklənməsi Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) fəaliyyətində prioritetlərdən biridir.

Məlumat üçün qeyd edək ki, ARKA tərəfindən prodüser Zeynəb Qurbanova və rejissor Kövsər Qurbanovanın festivalda iştirakı üçün səfər dəstəyi göstərilmişdir.

Gənc rejissoru bu nailiyyət münasibətilə təbrik edir və beynəlxalq arenada ona yeni-yeni uğurlar arzulayırıq!

20/05/2026

📸 "Nargis" jurnalının baş redaktoru Ülviyyə Mahmud Azərbaycan stendini ziyarət edib!

​Kann Film Festivalı çərçivəsində keçirilən "Marché du Film" kino bazarında Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) stendinə olan maraq və ziyarətlər davam edir. Pavilyonumuzun bu dəfəki fəxri qonağı "Nargis" jurnalının baş redaktoru Ülviyyə Mahmud olub.

​Qeyd etmək istərdik ki, milli kinomuzun beynəlxalq arenada tanıdılmasına daim dəstək verən "Nargis" jurnalı ARKA-nın bu ilki Kann Film Festivalındakı iştirakının rəsmi media tərəfdaşıdır.

​Azərbaycan kinosunun qlobal müstəvidə işıqlandırılması və fəaliyyətimizin beynəlxalq miqyasda geniş auditoriyaya çatdırılmasında göstərdikləri əməkdaşlığa görə media tərəfdaşımıza təşəkkür edirik!

Want your business to be the top-listed Government Service in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Ü. Hacıbəyli Küç. 84
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00