Dünən yay məktəbinin iştirakçıları ilə Elçin Abbasovun Elm Muzeyində qonaq oldu. Uşaqlar çox maraqlı təcrübələr etdilər, yeni məlumatlar öyrəndilər 👩🔬👨🔬
Maraqlı, interaktiv və əyləncəli sessiyaya görə Elçin müəllimə və Gülzar xanıma dərindən təşəkkür edirik🤗
Elçin Abbasovun İnteraktiv Elm Muzeyi
Boomerang Book Club
Bumeranq Kitab Klubu
Boomerang Book Club
10/07/2023
Əziz valideynlər,
Yayda uşaqları kitab oxumağa həvəsləndirmək istəyirsiniz? Kitabqurdlarını yeni kitablarla tanış etmək istəyirsiniz?
Onda Boomerang Book Club sizə gözəl fürsət təklif edir. Həftəiçi hər gün qeyd olunan saatlarda kitabsevərləri bizə əmanət edə bilərsiniz. Bu saatlarda uşaqlar oxu zalında rahat şəraitdə müəllimlərimizin istiqamətləndirməsi ilə kitablarını seçib oxuyacaqlar. Aylıq abunələr isə evə kitab da götürə biləcəklər.
Oxu saatına bir günlük giriş 5 Azn-dir. Aylıq abunəlik isə 50 AZN-dir.
Bu proqrama 8+ uşaqlar qoşula bilərlər.
Qeydiyyatdan keçmək üçün 0557770726 vatsapp nömrəsinə müraciət edə bilərsiniz.
05/07/2023
Uzun fasilədən sonra şənbə masterklasslarımıza davam edirik! 🤗
Sevinc xanım şənbə günü saat 12-də hər kəsi əyləncəli və maraqlı boyama masterklassına dəvət edir. Seçiminizə uyğun qələm qabı və ya eko-çanta boyaya bilərsiniz.
Dostunuzla birlikdə gəlsəniz, xüsusi endirim də qazanacaqsınız 🤗
Qeydiyyat üçün 0557770726.
17/06/2023
Uşaqlardan böyüyəndə kim olmaq istədiklərini soruşanda əksəriyyəti həkim olmaq istədiyini deyir. Bu, bir tərəfdən peşənin uşaqlara cəlbedici görünməsi ilə bağlıdır. Digər tərəfdən isə intuitiv olaraq həkimlərin onların həyatındakı rolundan irəli gəlir. Çünki həkimlər hələ ana bətnində ikən uşaqların düzgün inkişafını müayinə edir, sağlam doğulmasına kömək edir.
Bu gün tibb işçilərinin peşə bayramıdır. Bu münasibətlə peşəsini vicdanla yerinə yetirən bütün tibb işçilərini təbrik edirik. Sizə layiqli davamçıların yetişməsini arzu edirik.
16/06/2023
Bu yay dərsləri bizimlə təkrar edərək daha çox öyrənmək istəyirsiniz?
Müəllimlərimiz bildirirlər ki, yayda dərsləri təkrar etmək yeni dərs ilində uşaqların daha yaxşı akademik nəticə göstərmələrinə səbəb olur. Ona görə də Azərbaycan bölməsi üzrə Arzu müəllimə, rus bölməsi üzrə isə Yekaterina müəllimə uşaqları məktəbəqədər hazırlığa və təkrara dəvət edirlər.
Dərslər Azərbaycan və Rus bölməsi üzrə aşağıdakı kimi keçiriləcək:
11:00-12:30 - məktəbəqədər hazırlıq 🇦🇿
⏰13:00-14:30 - ibtidai siniflər üçün təkrar 🇦🇿
⏰11:00-12:30 - ibtidai siniflər üçün təkrar 🇷🇺
13:00-14:30 - məktəbəqədər hazırlıq 🇷🇺
Vaxtları seçin, kitabları götürün, gəlin birlikdə öyrənək, üzərinə bir az da əyləncə əlavə edək 😊
ℹ️Əlavə məlumat və qeydiyyat üçün + yaza və ya 0557770726 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
14/06/2023
Bu şəkildə gördüyünüz xanımın adı Mara-Lisa Gezerdir. Mara 2018-ci ildən DAAD (Alman Akademik Mübadilə Xidməti) xətti ilə Azərbaycan Dövlət Dillər Universitetində alman dili dərsi keçir. Mara bu proqram çərçivəsində Azərbaycana gələn ilk və son müəllim deyil. Amma o gördüyü işlərlə bir çox ilklərə imza atmağı bacarıb. Mara ADU-da alman dili tədrisi elə bağlı yeni moetodlar tətbiq edib, Azərbaycanda Alman Dili Müəllimləri Birliyinin inkişafına dəstək olub, xüsusilə pandemiya vaxtı müəllimlərin rəqəmsal texnologiyalar vasitəsilə dil tədrisini mənimsəməsində müstəsna rol oynayıb.
Hazırda xidmət müddəti bitdiyinə görə Mara ölkəmizdən vətəninə qayıtmağa hazırlaşır. O uzun illər ərzində övladları üçün topladığı zəngin kitabxananı bizə əmanət etməyə qərar verdi. Çünki Mara düşünür ki, klubumuzda kitablar ən yaxşı formada istifadə olunacaqlar.
Biz ən dəyərli əşyalarını bizə əmanət etdiklərinə görə Maraya və övladlarına dərindən təşəkkür edir, yeni evdə rahat və hüzurlu bir həyat arzu edir, əmanətlərini yaxşı qoruyub istifadə etməyə söz veririk.
Vielen Dank Mara und Sophie! Aufwiedersehen.
11/06/2023
İyunun 10-da Boomerang Kitab Klubunda İspan günü qeyd olundu. İspaniya səfirliyinin kluba bağışladığı ispan dilində olan kitabların təqdimatına həsr olunmuş tədbiri giriş sözü ilə açan klubun direktoru Cəmilə İsmayılzadə mərkəzin təhsil və əyləncənin kombinasiyasına əsaslanan fəaliyyəti barədə məlumat verdi. Klubun şəraiti, zəngin kitabxanası və oyun otaqları ilə tanış olmuş İspaniyanın Bakıdakı səfirliyinin rəhbəri Patrisiya Serrano Sançez klubla bağlı müsbət təəssüratını bölüşdü və mərkəzin Azərbaycan-İspaniya mədəni əlaqələrinə töhfə verən fəaliyyətini alqışladığını bildirdi.
Tədbir klub üzvlərinin ifasında Azərbaycan və ispan milli rəqslərinin (flamenko) nümayişi ilə davam etmişdir. Tədbirin digər ispaniyalı qonağı, pedaqoq Mariya Qonsalesin auditoriya ilə əyləncəli ispan dili dərsi də keçdi.
Tədbirdə iştirak etdiklərinə görə xanım Sançezə, bütün klub üzvlərinə və qonaqlara dərindən təşəkkür edirik.
01/06/2023
Bu gün Ümumdünya uşaqların müdafiəsi günüdür.
Çox qəribədir ki, hər fürsətdə üstünə qışqırdığımız, hər xırda təcrübəsizlikdə günahlandırdığımız müdafiəsiz balaca balaları biz böyüklərdən müdafiə etmək lazımdır.
Bütün balalara sağlamlıq, özünüifadə etmə imkanı, özünümüdafiə gücü arzu edirik. Qalan bütün uğurlarları onlar özləri əldə edəcəklər.
Gününüz mübarək, əziz uşaqlar! 🤗
31/05/2023
ℹ️Məlumat günü!
Əziz valideynlər,
Yay məktəbi haqqında ətraflı məlumat almaq, məkanla tanış olmaq və endirimlərdən faydalanmaq üçün 03 iyun saat 11:00-15:00 arası buyurub gələ bilərsiniz.
Burda sizin bütün suallara cavab verəcək və qeydiyyatınızı tamamlayacağıq.
23/05/2023
PIRLS (Progress in International Reading Literacy Study) qlobal miqyasda ibtidai təhsili bitirən (10-11 yaşlı) şagirdlərin oxuma və oxuduğunu anlama bacarıqlarını qiymətləndirir.
Qiymətləndirmə zamanı şagirdlərin oxu bacarıqlarını müəyyən etmək üçün koqnitiv testlər, şagirdlərin bu bacarıqlarına təsir edən amilləri müəyyən etmək üçün məktəb, müəllim, şagird və valideyn sorğuları tətbiq edilir.
Son testin nəticələrinə görə, 601-700 bal intervalı ən yüksək, 501-600 bal intervalı yüksək, 500 bal orta, 475-499 bal inetrvalı aralıq, 400-474 bal aşağı beynəlxalq bençmark kimi qəbul edilib.
Təəssüf ki, Azərbaycanlı şagirdlər bu dəfə ən aşağı nəticəni göstərib - 440 bal. 2011-ci ildə nəticə 462, 2016-da 472 olmuşdu.
Maraqlı məqamlardan biri odur ki, müqayisədə şagirdlərin sosial-iqtisadi statusu valideynlərin ali təhsili ilə yanaşı evdə olan kitabların da sayı ilə müəyyən edilib. Evdə 25-dən artıq yaşa uyğun uşaq kitabının olması vaxib göstərici kimi qəbul edilmişdir.
Bu bir daha onu göstərir ki, erkən yaşdan uşaqlara kitab oxumaq, suallar vermək, özlərini ifadə etmələrinə şərait yaratmaq onların akademik nəticələrinə də təsir edir.
Odur ki, daha çox oxuyaq, daha çox öyrədək və daha yaxşı nəticələr əldə edək.
Məlumatı bizimlə bölüşdüyü üçün iqtisadçı Rövşən Ağayevə təşəkkür edirik.
22/05/2023
Bu həftəsonu şagirdlərimiz üçün çox uğurlu keçib. Dərsdən sonra proqramımızın iştirakçıları Aişə Qarayeva .az tərəfindən təşkil olunan proqramlaşdırma olimpiadasında "Robot texnikası" kateqoriyası üzrə, Fərid Abbas şahmat yarışında qalib gəliblər.
Hər iki şəgirdimizi təbrik edirik!
05/05/2023
Nəhayət hamının çoxdan gözlədiyi yay məktəbi üçün qeydiyyatı açıq elan edirik!
📆 Uşaqlar üçün maraqlı, əyləncəli, öyrədici, işləyən valideynlər üçün sərfəli proqramımıza 19 iyunda start veririk.
🔢 Yay məktəbinə 5-12 yaş arası uşaqlar qəbul edilir.
🕐 Məktəbimiz 08:00-19:00 arasında fəaliyyət göstərəcək.
📝 Qeydiyyat və ətraflı məlumat üçün bio hissəsindəki linkə daxil ola bilərsiniz.
ℹ️ Əlavə məlumat üçün 0557770726 nömrəsinə yaza bilərsiniz.
Qeydiyyatdan keçməyə tələsin!
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Address
Boomerang Book Club
Baku
Opening Hours
| Monday | 10:00 - 18:00 |
| Tuesday | 10:00 - 18:00 |
| Wednesday | 10:00 - 18:00 |
| Thursday | 10:00 - 18:00 |
| Friday | 10:00 - 18:00 |
| Saturday | 10:00 - 19:00 |
| Sunday | 10:00 - 19:00 |
