17/06/2026
Quba səyahəti: elm və təbiətin səmimi görüşü
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) İlk Həmkarlar İttifaqı komitəsinin təşkilatçılığı ilə institutun əməkdaşları üçün Azərbaycanın füsunkar güşələrindən biri olan Quba rayonuna unudulmaz səyahət təşkil edilib. Kollektivin asudə vaxtının səmərəli keçirilməsi, əməkdaşlar arasında birlik və komanda ruhunun daha da gücləndirilməsi məqsədilə baş tutan bu gəzinti maraqlı və xoş anlarla yadda qalıb.
Səyahət proqramı çərçivəsində institutun kollektivi Qubanın zəngin təbiəti, sıx meşələri və səfalı guşələri ilə yaxından tanış olublar. Gəzinti zamanı rayonun məşhur təbiət abidələri ziyarət edilib, təmiz dağ havasında gəzintilər təşkil olunub. Şimal bölgəsinin özünəməxsus gözəlliyi, yamyaşıl vadiləri və coşqun çayları gündəlik iş rejimindən uzaqlaşan əməkdaşlara yüksək enerji və xoş ovqat bəxş edib.
Səyahətin ən önəmli tərəflərindən biri elm fədailərinin qeyri-rəsmi, səmimi bir mühitdə bir araya gəlməsi olub. Birgə nahar süfrəsi arxasında bədii proqramlar, maraqlı söhbətlər və intellektual əyləncələr gəzintini daha da rəngarəng edib.
ƏETİ-nin əməkdaşları göstərilən diqqət və yüksək səviyyəli təşkilatçılığa görə İlk Həmkarlar İttifaqı komitəsinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, belə sosial layihələrin və ekskursiyaların işçilərin motivasiyasını artırdığını, onlara mənəvi dincəlmə imkanı yaratdığını xüsusi vurğulayıblar.
12/06/2026
Aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirələrə start verilir.
DAHA ƏTRAFLI: https://www.agro.gov.az/az/news/120620261
04/06/2026
“Toxum, əkin materialları, tütün və tütün məmulatlarının, qeyri-ənənəvi qida məhsullarının və yem bitkiləri”nin standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 27) hibrid formatda iclası keçirilib
“Toxum, əkin materialları, tütün və tütün məmulatlarının, qeyri-ənənəvi qida məhsullarının və yem bitkiləri”nin standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 27) hibrid formatda keçirdiyi İclasda AR KTN-nin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) direktoru, a.e.ü.f.d., dosent Faiq Xudayev, ƏETİ-nin direktor müavini, a.e.ü.f.d., dosent Qərib Novruzlu, ƏETİ-nin elmi işlər üzrə direktor müavini, b.e.ü.f.d., dosent Sevinc Məmmədova, “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin “Aqrar və qida sənayesinin standartlaşdırılması” şöbəsinin müdiri, a.e.ü.f.d. Bayram Əliyev, aidiyyatı sahə üzrə alimlər, mütəxəssislər, şirkət nümayəndələri və aqronomlar iştirak ediblər. İclasda “Milli Standartlaşdırma Sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın 8.2.2-ci bəndinin icrası məqsədilə aşağıdakı dövlətlərarası standartların titul vərəqi ilə birbaşa orijinal nüsxəsinin qəbulunun və yeni standart layihəsinin müzakirəsi aparılıb.
Tədbirdə qeyd edilən standart layihələri haqqında verilən rəy və təkliflər, eləcə də yaranan suallar müvafiq şirkət nümayəndələri tərəfindən cavablandırılıb. Nümayəndələr qeyd ediblər ki, nikotin tərkibli məhsullara aid standartın hazırlanmasında beynəlxalq standartlara istinad edilib. Həmçinin standartda (məhsulun markalanmasında) azyaşlı uşaqların bu məhsullardan istifadəsinin qadağan olunduğu öz əksini tapıb.
İrad və təkliflər nəzərə alınmaqla, standart layihələrin qəbul olunması üçün Azərbaycan Standartlaşdırma İnstitutuna həvalə edilməsi məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub.
01/06/2026
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
27/05/2026
28 may - Azərbaycanın Müstəqillik Günü
26/05/2026
Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.
Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!